• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Hansı deputatlar süni intellektdən istifadə edirlər? - "İçimdə qorxu var ki..."

Cəmiyyət

11-03-2025, 10:58

Hansı deputatlar süni intellektdən istifadə edirlər? - "İçimdə qorxu var ki..."
Süni intellekt tədricən həyatımıza daxil olmaqdadır. Onun vasitəsilə fotolar, videolar hazırlanır, mahnılar bəstələnir. Hətta bəzən tələbələr də yazı işlərini süni intellektin köməyilə hazırlayırlar.

Bəs deputatlar necə, onlar da süni intellektdən istifadə ediblərmi?

Milli Məclisin üzvlərinə bu sualla müraciət edib.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc süni intellektdən istifadə etdiyini deyib:

"Bəli, süni intellektdən istifadə etmişəm. Qlobal trendi, əsas kommunikasiya strategiyalarını anlamaq, Big dataların yaratdığı yeni çağırışları təyin etməyə çalışmışıq. Buxar maşını, elektrik enerjisinin kəşfi, internetin yaranışı, smart texnologiyalar... İndi də 5-ci nəsil inqilabi texnologiyanın - süni intellektin bəşəriyyəti hara aparacağı dövlətlərin 1 nömrəli kursuna çevrilib. Son Avropa zirvəsi ABŞ, Avropa Birliyi və Çinin hədəflərini aydın göstərib".


Deputat Elnarə Akimova həmkarından fərqli olaraq süni intellektdən istifadə etmədiyini bildirib.


Süni intellektdən hələlik istifadə etməyən parlamentarlardan biri də Elman Nəsirovdur. Deputat bunun insanın yaradıcılıq potensialına mənfi təsiri olduğunu düşünür:

"Süni intellektin həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilməkdə olduğunun fərqindəyəm. Bu proses çox sürətlə getməkdədir. Mənim fərd olaraq bu məsələdə skeptik yanaşmam mövcuddur. Süni intellektə köklənəndə sanki insanın öz yaradıcılıq potensialı "yuxuya" gedir. Sanki o, işdən kənarda qalır. Elə bil o cilalanmır, arxayın olur ki, hər şeyi onun yerinə süni intellekt yerinə yetirəcək. İnsan donuq varlığa çevrilir. Ona görə də mən şəxsən süni intellektdən istifadə etmirəm. Gələcəkdə necə olacaq bilmirəm. İçimdə qorxu var ki, süni intellektə köklənsəm, ona əsaslansam, sanki yaradıcılıq fəaliyyətimdə sönmə başlayacaq. Mən özümə deyil, süni intellektin imkanlarına arxanlanacağam. Sabahı bilmirəm, süni intellekt həyatımıza o qədər daxil ola bilər ki, sadəcə başqa variant qalmaz".
Ətraflı

Mahir Süleymanlı da hələlik süni intellektdən istifadə etməyən deputatlar sırasındadır.

"Hələ ki süni intellektdən istifadə etməmişəm. Amma artıq dünya və texnologiya inkişaf edir. Yəqin ki, gələcədə istifadə edəcəyik", - o deyib.


Milli Məclisin gənc üzvü Fariz İsmayılzadə də süni intellektdən istifadə etməyib.


"Hazırda gündəlik həyatımda özüm süni intellektdən istifadə etmirəm. Amma bilirəm ki, bəzi banklara, qurumlara, İT təşkilatlarına zəng edəndə orada baza cavabları verilərkən süni intellektdən istifadə olunur. Mən bununla bir neçə dəfə üzləşmişəm. Banka zəng etmişəm, süni intellekt cavab verib. Əsas suallara onlar cavab verirlər. Gündəlik həyatımızda internet resurslarından istifadə edəndə bilirəm ki, onun arxasında süni intellekt də durur. Məsələn, axtarış sistemlərində süni intellekt dayanır. Hansısa mətnləri yazanda onlar özləri cümləni tamamlayırlar. Belə bazada xidmətlərə rast gəlinir. Ümumiyyətlə, bizim tədris proseslərində süni intellektdən istifadə nəticəsində çox ciddi problemlər yaranır. Çünki tələbələr süni intellektdən istifadə edərək bəzi tapşırıqlarını yerinə yetirir, inşalarını yazırlar. Bu da tə bizdə yox, dünyada tədrisin qarşısında ciddi çağırışlar, problemlər yaradır. Ali təhsil ocaqları bununla necə mübarizə aparacaqlarını bilmirlər".


Deputat Ülviyyə Həmzəyeva sorğumuza belə cavab verib:


"Bildiyiniz kimi, süni intellekt indiyə qədər inkişaf etdirdiyimiz maraqlı və bəzi sahələrdə vacib texnologiyalar sırasındadır. Bu gün suni intellekt hər gün istifadə etdiyimiz və bir çox xidmət sahəsində önəmli rol oynayır. Geniş spektrli texnologiya filmoqrafiyada fotoların və fikirlərimizin canlandırmasına belə qadirdir. Buraya tövsiyə edən proqramlardan tutmuş, real vaxt rejiminə qənaət məsələsinin daxil olması insanı sevindirir. Lakin sual yaranır, bütün bunları həqiqətən də çoxumuzun təsəvvür etdiyi süni intellekt təşkil edir? Bu da insan tərəfindən yaradılan bir proqramdır və təkamül prosesindədir. Biz özümüz də onu öyrədirik. AI (Artificial Intelligence)
insan zəkasını tələb edən, vəzifələri yerinə yetirə bilən kompüter sistemlərinin inkişafına aiddir. Bu vəzifələrə öyrənmə, əsaslandırma, problem həll etmə, qavrayış və dili anlama daxildir. Süni intellekt sistemləri məlumatları təhlil etmək, dəyişən ssenarilərə uyğunlaşdırmaq və onların fəaliyyətini davamlı olaraq təkmilləşdirmək üçün nəzərdə tutulub.
Mən yeniliklərə qarşı deyiləm və bunu zamana qənaət kimi dəyərləndirirəm. Özüm istifadə etməmişəm, lakin edəcəyimə əminəm.
Onu da qeyd edim ki, süni intellekt insan əməyini də bir növ sığışdırıb aradan çıxarır. Bir tərəfdən yaxşıdırsa, digər tərəfdən rahatlığa alışdırır insanı. Unutmayaq ki, insanı insan edən, məhz əməyi və gördüyü işləridir.
Arzu edərdim ki, süni intellekt xeyirli olması gərəkən yerlərdə işlədilsin".


Deputat Pərvanə Vəliyeva süni intellektdən nə üçün istifadə etməsindən danışıb:


"Bəli, süni intellektdən istifadə etmişəm. 2021-ci ildə rəhbərlik etdiyim layihə çərçivəsində ölkəmizə süni intellekt üstünlüyü olan portativ rentgen cihazını gətirməyə nail olmuşduq. Cihaz Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna ianə edildi. Pandemiya dövründə karantin səbəbiylə insanların tibb müəssisələrinə rutin başçəkmələri azalmışdı. Qeyd etdiyim süni intellekt üstünlüyü olan rentgen cihazı ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə birgə keçmiş qaçqın və məcburi köçkünlərin yaşadığı ərazilərdə səyyar müayinələr təşkil etdik. Nəticədə vərəm, pnevmaniya, hətta COVİD-19 və ağciyərlə bağlı olan digər xəstəliklərin erkən aşkarlanmasına nail olundu. Cihazın süni intellekti rentgen şəklini oxuya bilir və diaqnozu təyin edir. Bu isə radioloq, rentgenoloq olmayan tibb müəssisələrində həkimin assistenti rolunu əvəzləmək deməkdir. Cihazla aparılan səyyar müayinələr böyük töhfə verdiyindən, bundan sonra dövlət tərəfindən daha bir neçə belə aparat satın alınaraq istifadə edildi".

Oxunub: 168
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-05-2023, 09:07

Hər 4 nəfərdən biri işsiz qalacaq - Təhlükəli PROQNOZ

Hadisə

24-06-2023, 10:25

Süni göldə bir nəfər batıb

Dünya

15-04-2022, 06:23

"Minatəmizləmədə insanın bir günə gördüyü işi dronlar 90 dəqiqəyə edir"

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
Hadisə
6-11-2026, 09:51
Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
28-10-2026, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
27-10-2026, 09:46
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
Son xəbərlər
  • Bugün, 10:28
    Əliyev-Paşinyan görüşündə nələr müzakirə olunacaq? - AÇIQLAMA
  • Bugün, 10:26
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • Bugün, 09:50
    Qəzza əməliyyatlarından Knesset sədrliyinə - Matan Kahana kimdir?
  • Bugün, 09:47
    ADY yükdaşımanı 13 % artırıb
  • Bugün, 09:41
    “Azeri Light” ucuzlaşdı
  • Bugün, 09:38
    Zəngəzur dəhlizi üçün tarix açıqlandı: 2028-ci ildə Naxçıvana quru yol açılır?
  • Bugün, 09:37
    Avro ucuzlaşdı, rubl bahalaşdı - Dollar isə...
  • Bugün, 09:32
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • Bugün, 09:29
    Ukrayna Rusiyanın ən böyük neft terminalını vurdu
  • Bugün, 09:21
    TƏBİB-dən yeni qanun gəlib Orxan həkimin işçisini işdən azad etdi
  • Bugün, 09:16
    24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
  • Bugün, 09:12
    Paşinyan Putini saymadı: Moskvaya getmədi - İrəvan cəzalandırılacaq?
  • Bugün, 09:02
    Pezeşkian Türkiyəyə gedir
  • Bugün, 09:00
    İsraildə yeni parlament fəaliyyətə başladı
  • Bugün, 08:57
    Paşinyan Türkiyəyə getdi
  • Bugün, 08:55
    Paytaxtda 15 istiqamətdə tıxac var
  • Bugün, 01:33
    İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
  • Dün, 11:19
    Bərdədə təhsil idarəsi ətrafında qalmaqallı iddia: Rəhbərə avtomobil hədiyyə edildiyi bildirilir
  • 9-11-2026, 09:03
    Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi
  • 9-11-2026, 09:00
    Bir sıra dağlıq və dağətəyi ərazilərə qar yağıb
  • 9-11-2026, 08:25
    Xankəndidə Prezidentin adından ziyafət verildi
  • 9-11-2026, 08:23
    “Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
  • 9-11-2026, 08:16
    Nəriman yenə ehtiyatda qaldı
  • 9-11-2026, 08:11
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • 8-11-2026, 19:10
    İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər – VİDEO – YENİLƏNİB
  • 8-11-2026, 14:54
    Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - Video
  • 8-11-2026, 14:33
    Şuşada Ərdoğanın rəsmi qarşılanmasına hazırlıq - GÖRÜNTÜLƏR
  • 8-11-2026, 13:42
    Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərə Səhiyyə naziri göz yumur
  • 8-11-2026, 13:24
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi
  • 8-11-2026, 13:21
    Azərbaycan xalqı bir olduqda, qarşısında heç bir qüvvə dayana bilməz
  • 8-11-2026, 09:41
    Mehriban Əliyevadan Zəfər Günü PAYLAŞIMI
  • 8-11-2026, 08:28
    Azərbaycanda Zəfər Günü qeyd olunur
  • 8-11-2026, 08:24
    Prezidentin köməkçisindən Zəfər Günü paylaşımı
  • 8-11-2026, 08:17
    Şuşanın azadlığından 6 il ötür
  • 7-11-2026, 21:31
    Bakı DYP-sindən yağışlı hava ilə bağlı sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Daha çox
6-11-2026, 10:29
Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərdən Cənab İlham Əliyevə müraciət etdi
6-11-2026, 11:43
Laçın Rayon sakini Orxan Cəbraylın qanunsuz əməllərindən Ombudsmana müraciət etdi
8-11-2026, 13:42
Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərə Səhiyyə naziri göz yumur
Bugün, 09:21
TƏBİB-dən yeni qanun gəlib Orxan həkimin işçisini işdən azad etdi
6-11-2026, 15:22
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçlğı ilə “8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. 06.11.2026
5-11-2026, 20:57
Şəhid övladının işlə təmin olunması ilə bağlı şikayət: Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyindən araşdırma tələb olunur
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə