• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Şuşada Düma ilə Natəvanın birgə abidəsi qoyula bilər - Reklamçı-memardan maraqlı TƏKLİF

Cəmiyyət / Mədəniyyət

3-02-2022, 10:46

Şuşada Düma ilə Natəvanın birgə abidəsi qoyula bilər - Reklamçı-memardan maraqlı TƏKLİF“Qarabağda sosial abidə komlekslərinin salınması bütün dünya ictimaiyyəti ilə Qarabağ arasinda körpü rolunu oynayacaq. Sosial reklam və memarlıq vəhdəti bu ərazilərin turizm potensialına öz töhfəsini verəcək”.

Bununla bağlı fikirlərini Modern.az-la bölüşən Azərbaycan Reklamçılar İttifaqının İcraçı direktoru, memar Cahid Həsənov ilk növbədə atılmalı olan addımlardan danışıb.

O, azad olunmuş ərazilərimizdə açıq məkanda reklamın daha hansı formasından istifadənin mümkünlüyü barədə fikirlərini bölüşüb.


– Reklam deyəndə insanların gözü önündə ilk növbədə hansısa əmtəə canlanır. Amma reklamın kommersiya reklamından da güclü bir formatı vardır. Bu sosial reklamdır. Yaxşı formada memarlıq həllini tapmış bir abidə kompleksi əslində ən böyük sosial reklama çevrilə bilər. Hansısa bir milli ornametli fiqur özü bir sosial reklamdır.


Sosial reklamın ənənəvi və yeni formatları var:


Birincisi, reklam lövhələri. Sosial reklam dedikdə həmin ərazilərdə hər 100-200 metrdən bir abidələrin tarixi fotoları, dağıdılmış fotoları, bərpadan sonrakı fotoları yerləşdirilməlidir. Və əlavə olaraq o bölgələrə məxsus mədəni irsimizi tərənnüm etdirən sosial reklamlar yerləşdirilməlidir. O ərazilərdə xüsusi zona bölgüləri də həllini tapmalıdır. Zonalar üzrə sosial reklamlar yerləşdirmə strategiyası həll olunmalıdır. Qəhrəmanlar parkı ərazilərində, bu parklara gedən yollarda vətənpərvərlik mövzulu reklamlar yerləşdirilməlidir. Bu dediklərim sosial reklamların lövhə versiyasıdır.Şuşada Düma ilə Natəvanın birgə abidəsi qoyula bilər - Reklamçı-memardan maraqlı TƏKLİFİkincisi, heykəllər, atributlar. Dediyim kimi, o ərazilərdə - yol ətrafı hissələrdə vətənpərvərlik, sülhsevərlik mövzulu müxtəlif formatlı kiçik həcmli olsa abidə kompleksləri, heykəllər, bununla yanaşı, mədəni irsimizi tərənnüm etdirən abidə kompozisiyaları da ucaldılmalıdır. Məsələn: qarabağlı bir xanımın Qarabağ xalçası toxuyan anı, Qarabağda kişi, qadın, uşaq geyimlərinin heykəl forması, musiqi alətləri, muğam üçlüyü, dulusçuluqla, zərgərliklə əlaqəli kiçik həcmli heykəl və s. kompozisiyalar, kiçik memarlıq formatları quraşdırılsa, çox gözəl olar. Bu dediklərim sosial reklamın memarlıq formatıdır. Bu formatın tətbiqi həm də o ərazilərdə açıq muzey formatının yaranmasına xidmət edəcək. Hər hansı bir turist bu ərazilərdə qonaq olarkən, daha doğrusu bir tədbirə gedib və həmin gün qayıdarsa – vaxtı olmadığına görə muzeylərə gedə bilməzsə belə, dediyim formatlar əsasında bu regionun tarixinə elə yolüstü, yəni sosial reklamlar vasitəsi ilə geniş miqyasda səyahət etmiş olar. Tam məsuliyyətimlə deyə bilərəm ki, bu, dünya memarlıq və şəhərsalma tarixində bir ilk formatdır, sosial reklamların yeni bir formasıdır.


Üçüncüsü, park və xiyabanlar. Memarlıq və şəhərsalmada şəhərlər ərazisində parklar mühüm əhəmiyyət kəsb edir. Şəhərə gələn qonağı biz mütləq şəhərin ən yaxşı parklarına səyahətə aparırıq. Daha dolğun desəm, parkları şəhərin qonaq otaqlarıdır. İşğaldan azad olunan ərazilərimizdə inşa ediləcək parklar, qələbə kompleksləri, bayraq meydanları, hətta Şəhidlər xiyabanları heç də sovetlər birliyindən qalan ənənəvi formatlar kimi olmasın gərək. Bunun üçün işlədiyim layihələrdə ilk olaraq bu parklar ərazisində olacaq abidə komplekslərinin heç də ənənəvi yaralanmış heykəl, güllələnmiş uşaq, ağlayan ana və s. kimi formatları mən tam inkar edirəm. Yeni təklifimlə burada ucaldılacaq heykəllər gülümsəməli, qürurlu duruşlu, xeyrin şərə qalibiyyətini özündə tərənnüm etdirməlidir. Və parklar da rəngarəng çıraqlarla, şırıltılı fəvvarələrlə, yaşıllıqla, gül-çiçəklərlə zənginləşməlidir. Bu adda parklar daha əvvəlkilər kimi ildə bir dəfə anım günlərində ziyarət olunan məkan yox, insanların gündəlik gəldikləri yerə çevrilmiş olur. Və təbii ki, yeniyetmələrimizin vətənpərvər ruhda böyüməsində böyük rol oynamış olar. Digər tərəfdən də park və xiyabanlarda ucaldılacaq hər hansı bir abidə kompleksi (təbii ki yaxşı memar layihələndirilməsi ilə) bütün dünya xalqları ilə öz dillərində birbaşa danışa bilən bir vasitədir. Yəni reklamın yayımında daşdan olan heykəllər keşməkeşli yollarımızı, tariximizi dünyaya daha çevik çatdıran bir vasitədir. Bu, sosial reklamın genişmiqyaslı yayım formasıdır.Şuşada Düma ilə Natəvanın birgə abidəsi qoyula bilər - Reklamçı-memardan maraqlı TƏKLİFCahid Həsənov özünün də bir memar və reklamçı kimi konkret təklif və layihələri olduğunu diqqətə çatdırıb:


- Fürsətdən istifadə edib iki hazır layihəmi ictimaiyyətə təqdim etmək istərdim. Bildiyiniz kimi, dünya şöhrətli yazıçı Aleksandr Düma Xan qızı Xurşidbanu Nətəvan ilə görüşüb. Bunu əsərlərində də təfərrüatı ilə yazıb. Amma fransızların əksəriyyətinin bundan xəbəri yoxdur. Məhz belə bir dünya şöhrətli adamla şair Natəvanın, Qarabağ xanının qızının şərəfinə park salınsa gözəl olar. Mən bunun layihəsini artıq hazırlamışam. Təsəvvür edin ki, bu layihə həyata keçib, Qarabağa gələn xarici turistlər bu kompleksdə xatirə şəkilləri çəkdirib dünyaya yayımlayırlar. Yaxud da “Sarı Gəlin” Abidə Kompleksi layihəm. Şuşa şəhəri üçün “Sarı Gəlin” Abidə Kompleksi layihəsi işləmişəm. Bu layihə 60 metr diametrindədir. Musiqili fəvvarənin orta hissəsində Sarı gəlinin heykəli yerləşir. Bu heykəlin kürsüsü 4 metr, heykəlin hündürlüyü isə 3.5 metrdir.

Oxunub: 521
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
Hadisə
Dün, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
27-10-2026, 09:46
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
16-10-2026, 09:10
Azərbaycanda ağır qəza - ÖLƏN VAR
Son xəbərlər
  • Bugün, 11:37
    İlham Əliyev Ərdoğana məktub göndərdi
  • Bugün, 11:19
    Ceyhun Bayramov Türkiyəyə getdi
  • Bugün, 11:11
    Oktyabr çağırışının yekunları müzakirə edildi
  • Bugün, 10:59
    “Yaşasın Türkiyə Cümhuriyyəti, yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!”
  • Bugün, 10:54
    Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
  • Bugün, 10:48
    Ombudsmanın səlahiyyət müddəti bitir
  • Dün, 20:53
    Elçin Kərimovla bağlı diqqətçəkən məqamlar: Hesablama Palatasının hesabatı nəyi üzə çıxarıb?
  • Dün, 17:38
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 28.10.2026
  • Dün, 11:06
    Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
  • Dün, 10:44
    Azərbaycan Məkkə konvensiyasına qoşulacaq - Kamran Əliyev
  • Dün, 10:42
    İlham Əliyev beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb
  • Dün, 10:14
    İtkin düşmüş kimi axtarılan 12 nəfər tapılıb
  • Dün, 10:11
    Ramiz Mehdiyevin müsadirə olunacaq əmlaklarının siyahısı
  • Dün, 10:06
    Ərdoğan nazirlər və kəşfiyyat rəhbəri ilə qapalı toplantı keçirdi
  • 27-10-2026, 19:51
    YAP Laçın rayon təşkilatı laçınlıların kompakt məskunlaşdığı Tərtər şəhərində müşavirə keçirib.
  • 27-10-2026, 14:57
    İlham Əliyevin təşəbbüsü qlobal dialoq platformasına çevrilib
  • 27-10-2026, 14:32
    İlham Əliyev qonaqlarla belə görüşdü - VİDEO
  • 27-10-2026, 09:46
    Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
  • 27-10-2026, 09:40
    Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
  • 27-10-2026, 09:37
    Şahzadənin əmisi oğlu ölü tapıldı - Bir nəfər saxlanıldı
  • 27-10-2026, 09:35
    Təbii qazın qiyməti artdı
  • 27-10-2026, 09:33
    TKTA saxta diplomlarla bağlı xəbərlərə aydınlıq gətirdi
  • 27-10-2026, 09:26
    TÜRKPA-nın Baş katibi Devlet Bahçeli ilə görüşüb
  • 27-10-2026, 09:19
    Bir sıra ərazilərdə bu gün işıq olmayacaq
  • 27-10-2026, 09:16
    Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı mesaj verdi
  • 27-10-2026, 08:57
    İsraildə parlament seçkiləri keçirilir
  • 27-10-2026, 08:55
    Paytaxtda 19 istiqamətdə tıxac var
  • 26-10-2026, 18:15
    “El Pizza” restoranı bağlandı - VİDEO
  • 26-10-2026, 15:57
    Azərbaycanda 8 saatlıq iş günü dəyişə bilər
  • 26-10-2026, 15:11
    Təcili yardım maşınlarında yenilik tətbiq olunur
  • 26-10-2026, 11:51
    Onlara pensiya əlavəsi veriləcək: deputat açıqladı - SİYAHI
  • 26-10-2026, 10:47
    Ümit Özdağ Bakıya gəlir - TARİX
  • 26-10-2026, 09:46
    Deputatın həbs edilən oğlu partiyanın da üzvüdür
  • 26-10-2026, 09:37
    Xətai rayonunda cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ
  • 26-10-2026, 09:34
    “AzInTelecom” tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
Daha çox
25-10-2026, 14:56
Nuranə Abdullayeva Prezident İlham Əliyevə müraciət etdi
Dün, 20:53
Elçin Kərimovla bağlı diqqətçəkən məqamlar: Hesablama Palatasının hesabatı nəyi üzə çıxarıb?
Dün, 17:38
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 28.10.2026
25-10-2026, 18:14
Xırdalanda “Şirinlər” Erkən İnkişaf Mərkəzi ilə bağlı iddialar: Rəqqiyə Musazadənin fəaliyyəti araşdırılmalıdırmı?
23-10-2026, 17:23
Heydər Əliyevin aqrar quruculuq irsi: ərzaq suverenliyi və kəndə dönüş siyasəti
23-10-2026, 23:43
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə