• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Prezident təqaüdçüləri: 674 bal toplayan tələbədən abituriyentlərə MƏSLƏHƏT

Cəmiyyət

16-02-2022, 09:34

Prezident təqaüdçüləri: 674 bal toplayan tələbədən abituriyentlərə MƏSLƏHƏT2021-2022-ci təhsil ilinin qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alır. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyan tələbələrdən isə 15-i Prezident təqaüdçüsü olub. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

Bu tələbələr 250 manat Prezident təqaüdü alacaqlar.

xebernur.com saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.



İsmayıl Əsədov Gəncə şəhərind’ki 27 nömrəli tam orta məktəb-liseyin məzunudur. Qəbul imtahanları zamanı 674 bal toplayıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə ali təhsil alır.

İsmayıl uğur hekayəsi barədə Modern.az-a danışıb:


- İsmayıl, ali məktəbə necə hazırlaşırdın? Valideynlərin dərs oxumağını tələb edirdimi?


- Ali məktəbə hazırlıq müddətimdə repititor yanına gedir, bununla yanaşı, öz qurduğum dərs planları üzərindən də irəliləyirdim. Əksərən, valideynlərim tərəfindən belə bir tələb olmurdu, çünki mən öz hədəfimin fərqində idim və bunun üçün də çox çalışmalı olduğumu bilirdim.


- Neçə yaşından indiki ixtisas üzrə ali təhsil almaq istəyinə hakim kəsildin? Yoxsa, topladığın bala uyğun seçim etdin?


- Maliyyə ixtsasında oxumaq xəyalım idi, 13-14 yaşımdan məndə bu sahəyə maraq oyanmışdı. Müəyyən dövrlərdə başqa bir neçə ixtisas da seçimlərimin içində yer almışdı, amma sonda bu sahədə irəliləməyimin daha məqsədəuyğun olacağını düşündüm. Bu sahə üzrə daha çox uğur qazanacağıma inanıram.



- Asudə vaxtını necə keçirirdin? Sosial şəbəkələrdən hansı məqsədlə istifadə edirdin?


- Asudə vaxtlarımı ilk başlarda hobbilərimə və dostlarıma ayırırdım. Lakin imtahan tarixi yaxınlaşdıqca, hobbilərimin bəziləri ilə müəyyən müddətə məşğul olmamağı qərara aldım. Sosial şəbəkələrdən dostlarımla ünsiyyətdə olmaq və hazırlıq dönəmimdə faydalı ola biləcək məlumatlar əldə etmək məqsədilə müxtəlif araşdırmaşlar etmək üçün istifadə edirdim. Məncə, hər abituriyent sosial şəbəkədən faydalı şəkildə istifadə etməlidir.


- İsmayıl, xəyalının gərçək olması necə bir hissdir?


- Dürüst olsam, belə bir şey xəyallarım arasında yer almırdı, sadəcə baş verməsinin yaxşı olacağını düşünürdüm. Xəyallarımı gerçəkləşdirmədən bunun necə bir hiss ola biləcəyini deyə bilməyəcəyəm.


- Təhsilini xaricdə davam etdirmək istərsənmi? Gələcək üçün belə bir planın var?


- İnkişafa can atan hər bir gənc kimi mən də xaricdə təhsilimi davam etdirmək istəyirəm. Dünyanın ən yaxşı universitetlərində dövrün ən savadlı insanlarından faydalanmağı kim istəməz ki? Hər bir tələbə xaricdə təhsil alıb, biliyini möhkəmləndirməlidir.


- Prezident təqaüdünə layiq görüləcəyini təxmin etmişdin?


- İmtahan cavabları açıqlandıqdan sonra abituriyentlərin ümumi nəticələrinə baxdıqda, adımın ixtisas qrupum üzrə ən yüksək nəticə göstərmiş 25 nəfərin arasında olacağını təxmin etmişdim. Ən yüksək nəticə göstərən tələbələrdən biri olaraq da, prezident təqaüdünə layiq görüələcəkdim.


- İmtahana hazırlaşan şagirdlərə hansı məsləhətləri vermək istərsən?


- Ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq, uzunmüddətli bir prosesdir. Abituriyentlərə verə biləcəyim ən önəmli məsləhətlərdən biri planlı olaraq çalışmaqdır. Düzgün planın qurulması özlüyündə zəif nöqtələrin və onların həll yollarının müəyyənləşdirilməsindən keçir. Təbii ki, iş sadəcə planın qurulmasıyla bitmir, onun tətbiq edilərək yoxlanılması, əskikliklərinin tamamlanması işin növbəti mərhələsidir. Planlı olduqdan sonra yerdə qalan çalışmaqdır. Bu proses davamlı olduqda nəticələr də arzuolunan olur.

Oxunub: 380
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
Hadisə
Bugün, 09:46
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
16-10-2026, 09:10
Azərbaycanda ağır qəza - ÖLƏN VAR
15-10-2026, 09:37
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
Son xəbərlər
  • Bugün, 14:57
    İlham Əliyevin təşəbbüsü qlobal dialoq platformasına çevrilib
  • Bugün, 14:32
    İlham Əliyev qonaqlarla belə görüşdü - VİDEO
  • Bugün, 09:46
    Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
  • Bugün, 09:40
    Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
  • Bugün, 09:37
    Şahzadənin əmisi oğlu ölü tapıldı - Bir nəfər saxlanıldı
  • Bugün, 09:35
    Təbii qazın qiyməti artdı
  • Bugün, 09:33
    TKTA saxta diplomlarla bağlı xəbərlərə aydınlıq gətirdi
  • Bugün, 09:26
    TÜRKPA-nın Baş katibi Devlet Bahçeli ilə görüşüb
  • Bugün, 09:19
    Bir sıra ərazilərdə bu gün işıq olmayacaq
  • Bugün, 09:16
    Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı mesaj verdi
  • Bugün, 08:57
    İsraildə parlament seçkiləri keçirilir
  • Bugün, 08:55
    Paytaxtda 19 istiqamətdə tıxac var
  • Dün, 18:15
    “El Pizza” restoranı bağlandı - VİDEO
  • Dün, 15:57
    Azərbaycanda 8 saatlıq iş günü dəyişə bilər
  • Dün, 15:11
    Təcili yardım maşınlarında yenilik tətbiq olunur
  • Dün, 11:51
    Onlara pensiya əlavəsi veriləcək: deputat açıqladı - SİYAHI
  • Dün, 10:47
    Ümit Özdağ Bakıya gəlir - TARİX
  • Dün, 09:46
    Deputatın həbs edilən oğlu partiyanın da üzvüdür
  • Dün, 09:37
    Xətai rayonunda cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ
  • Dün, 09:34
    “AzInTelecom” tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
  • Dün, 09:23
    "El-Klasiko"da "Real" qalib gəldi
  • Dün, 09:15
    Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama
  • Dün, 09:12
    İrana hücumla bağlı qərarını açıqladı
  • Dün, 09:10
    Bu kiçik vərdişlərlə daha xoşbəxt olun
  • Dün, 09:08
    Çində Kommunist Partiyasının V Plenumu başlayıb
  • Dün, 09:05
    Rusiya qazı Azərbaycandan keçərək İrana nəql olunacaq
  • Dün, 08:56
    Hörmüzün idarə olunması əvvəlki kimi olmayacaq - Əraqçi
  • Dün, 08:54
    Paytaxtda 14 istiqamətdə tıxac var
  • 25-10-2026, 18:14
    Xırdalanda “Şirinlər” Erkən İnkişaf Mərkəzi ilə bağlı iddialar: Rəqqiyə Musazadənin fəaliyyəti araşdırılmalıdırmı?
  • 25-10-2026, 14:56
    Nuranə Abdullayeva Prezident İlham Əliyevə müraciət etdi
  • 25-10-2026, 12:54
    Sabah da yağış yağacaq, şimşək çaxacaq
  • 25-10-2026, 12:52
    Cayşankarın səfəri münasibətlərin fəallaşması üçün mühüm imkanlar yaradıb - DEPUTAT
  • 25-10-2026, 12:14
    Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
  • 25-10-2026, 12:12
    Bu rayonlara qar yağdı - FAKTİKİ HAVA
  • 23-10-2026, 23:43
    Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Daha çox
25-10-2026, 14:56
Nuranə Abdullayeva Prezident İlham Əliyevə müraciət etdi
25-10-2026, 18:14
Xırdalanda “Şirinlər” Erkən İnkişaf Mərkəzi ilə bağlı iddialar: Rəqqiyə Musazadənin fəaliyyəti araşdırılmalıdırmı?
22-10-2026, 10:42
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR – Yeni stansiya ilin sonunda açılır
23-10-2026, 23:43
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
23-10-2026, 17:23
Heydər Əliyevin aqrar quruculuq irsi: ərzaq suverenliyi və kəndə dönüş siyasəti
23-10-2026, 12:20
Şuşada vətəndaş qəbulu keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə