• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanın Ermənistandan tələb etdiyi 4 kənd hansılardır…

Cəmiyyət

11-03-2024, 11:44

Azərbaycanın Ermənistandan tələb etdiyi 4 kənd hansılardır…
Bir neçə gün əvvəl rəsmi Bakı bəyanat yayaraq bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndin dərhal azad edilməsini tələb edir. Söhbət Qazax rayonun işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir.



Bildirilir ki, sözügedən kəndlər eksklav deyil. Eksklav ölkənin əsas hissəsindən kənarda yerləşən və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan ərazidir.



Belə olan halda Qazaxın adıçəkilən 4 kəndi eksklav hesab edilmir və dərhal azad edilməlidir. Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi isə delimitasiya prosesi çərçivəsində həll ediləcək.



Bir neçə gün əvvəl “Hraparak” qəzetində dərc edilən məqalədə deyilir ki, baş nazir Nikol Paşinyan parlamentdə keçirdiyi qapalı toplantıda Azərbaycana ilk növbəfə verilməsi tələb olunan 4 kənd barədə danışıb. Münhendə də Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı müzakirə aparılıb.



Bildirilir ki, hakim “Mülki müqavilə” partiyasından olan deputatlarla söhbətində Paşinyan vurğulayıb ki, söhbət ilk növbədə Bağanıs Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir. Ermənistan bu kəndləri işğal etdikdən sonra özünün Tavuş rayonunun ərazisinə daxil edib. “Yeri gəlmişkən, Tavuş qubernatoru Ayk Qalumyan da bildirib ki, onların rayonunda azərbaycanlı kəndləri var”, - “Hraparak” yazıb.



Hökumətyönlü mənbələrdən “Hraparak”a bildirlib ki, adıçəkilən 4 kəndin coğrafi mövqeyi elədir ki, onların təslim edilməsi Ermənistan üçün problem yaratmayacaq. Qəzet yazır ki, Azərbaycan tərəfi əvvəlcə problemsiz əraziləri tələb edir, Ermənistan cəmiyyəti buna öyrəşəndən sonra qalan kəndlər də təslim ediləcək.Bağanis Ayrım Coğaz çayının sahilində yerləşir. Kənd İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyi üçün xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal etdi. Kənd 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edilib. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb.
Azərbaycanın Ermənistandan tələb etdiyi 4 kənd hansılardır…
İşğal zamanı kəndib 10 sakini həlak olub, 15 nəfər yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Kənddə işğal olunan zaman 600 nəfər yaşayırdı. indi Bağanıs Ayrım kəndindən məcburi köçkün həyatı yaşayan insanlar Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar.



Barxudarlı dağətəyi ərazidə yerləşir. Kəndi barxudarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanıb. Sofulu yaşayış məntəqəsinin adı isə əvvəllər Zəngəzur və Qazax qəzalarında yaşayan kəngərlilərin sofulu tayfasının adı ilə bağlıdır.



Kəndlərə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.



Barxudarlı və Sofulu kəndlərində yerləşən 230 evin hamısı talan edilərək yandırılıb. Ümumilikdə 530 nəfər öz evlərini məcburi şəkildə tərk etməli olur. Hazırda Barxudarlı və Sofulu kəndlərindən olan məcburi köçkünlərin 85%-i Qazax şəhərinin mərkəzində, digərləri isə rayonunun müxtəlif ərazilərində məskunlaşıblar.



Qızıl Hacılı yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adından götürülüb. Kənd 11 may 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2010-cu ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri daha bir vəhşilik törədərək gecə zamanı kənd qəbiristanlığını dağıdıblar. Təqribən 30 məzar tamamilə dağıdılıb. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 266 nəfər əhali yaşayır. Əhalinin 127 nəfəri kişilər, 139 nəfəri qadınlardan ibarətdir.

Oxunub: 335
Paylaş:
Digər xəbərlər

Gündəm

23-01-2024, 10:58

8 kənd Azərbaycana qaytarılmalıdır - Britaniyadan ÖZƏL AÇIQLAMA

Cəmiyyət

22-01-2024, 07:26

Qazaxın işğalda olan kəndlərindən yeni GÖRÜNTÜLƏR

Dünya

23-02-2023, 10:22

Vardanyanın yerinə o gətirilir - Paşinyan razılıq verdi

Siyasət

26-12-2023, 09:22

Paşinyan Sankt-Peterburqda: Putinin ona çətin sualları var

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Dün, 17:34
    Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
  • 18-09-2026, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • 18-09-2026, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • 18-09-2026, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • 18-09-2026, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • 18-09-2026, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 18-09-2026, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • 18-09-2026, 09:24
    Paşinyan Almaniyaya getdi
  • 18-09-2026, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • 17-09-2026, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • 17-09-2026, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • 17-09-2026, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • 17-09-2026, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • 17-09-2026, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • 17-09-2026, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • 17-09-2026, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
Dün, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə