• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Dünya mediası erməni təxribatları haqda NƏ YAZIR...

Dünya

15-09-2022, 09:25

Dünya mediası erməni təxribatları haqda NƏ YAZIR...
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun 50 hərbi qulluqçusu şəhid olub. Cavab tədbirləri nəticəsində düşmən ağır itkilər verib.



Ermənistan mediasında yer alan xəbərlərə görə, sərhəddə baş vermiş toqquşmlarda 200-dən çox erməni hərbçi ölüb, xeyli sayda yaralı var.



Son günlər Ermənistan-Azərbaycan sərhədində yaşanan olaylar region ölkələri ilə yanaşı, dünyanın da diqqət mərkəzindədir. Əksər ölkələr və beynəlxalq təşkilatlar Bakı və İrəvana döyüşlərin dayandırılması, problemin sülh yolu ilə həll edilməsi barədə çağırışlar ediblər.



Bəs, dünya mətbuatı sərhəd toqquşmaları barədə nə yazır?



Rusiyanın “Kommersant” qəzetində “Ermənistan və Azərbaycan sərhəd tanımır” sərlövhəli məqalə dərc olunub. Məqalədə deyilir ki, toqquşmalar Avropa İttifaqı və Rusiya başda olmaqla əsas vasitəçi roluna iddia edən oyunçular üçün sınağa çevrilib. Müəllif yazır ki, Brüssel təşəbbüsü əldən vermək fikrində deyil. Bu məqsədlə Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar təcili olaraq Bakı və İrəvana göndərilib.



Qəzetin Ermənistanın KTMT-yə müraciəti ilə bağlı digər məqaləsində deyilir ki, Cənubi Qafqazda baş verənlər Rusiya Federasiyasının beynəlxalq nüfuzuna zərbədir: “Çünki belə çıxır ki, kritik məqamlarda müttəfiqlərini qoruya bilmir. Amma ümid var ki, siyasi baxımdan Rusiya diplomatiyası yenə də hərbi əməliyyatları dondura, ən azı özü və Ermənistan üçün danışıqlar apara biləcək”,



“Reuters” agentliyində dərc olunan məqalədə bildirilir ki, Ermənistanla Azərbaycan sərhədində hərbi eskalasiya zaman baxımından önəmlidir:



“Rusiya əvvəllər Ermənistan və Azərbaycan arasında ən nüfuzlu vasitəçi olub. Kreml prezident Vladimir Putinin Cənubi Qafqazda axan qanı dayandırması üçün əlindən gələni etdiyini desə də, Ukraynadakı müharibə Moskvanın regionda sülhün təminatçısı statusunu sarsıdıb”.



Müəllif yazır ki, Ermənistan və Azərbaycan arasında genişmiqyaslı müharibə neft və qaz kəmərləri üçün mühüm dəhliz olan Cənubi Qafqazda sabitliyi pozmaq təhlükəsi yaradır, Ukraynadakı müharibə artıq enerji təchizatında problemlər yaradıb.



Ukraynanın “Gordonua” nəşri isə yazır ki, Azərbaycan Ukraynaya qarşı müharibədə rus qoşunlarının zəifləməsini fürsət hesab edir: “Azərbaycan belə bir məqamda başa düşür ki, Rusiyanın müdaxiləyə gücü çatmaz. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olub-olmamasının artıq əhəmiyyəti yoxdur.. Ərdoğan təkcə Putin və rus generallarını deyil, həm də Mərkəzi Asiyada nüfuz uğrunda yarışdığı KTMT-ni ələ salır”.



Məşhur rus politoloq Sergey Medvedev “Facebook” hesabında yazdığı statusda Rusiyanın təsir zonasında daha çox “zəlzələlər” olacağını proqnozlaşdırdığını qeyd edib:



“Rusiya ordusunun bütün döyüşə hazır hissələrinin mərhələli şəkildə məhv edilməsi ilə bizi Abxaziya və Cənubi Osetiyada maraqlı hadisələr gözləyir: Gürcüstanın yerində olsaydım, vaxt itirməzdim. Rusiyanın son 30 ildə əziyyətlə zəbt etdiyi və əzizlədiyi Terekdən Memelə qədər uzanan torpaqlar qurşağı yavaş-yavaş parçalanır: Osetiya, Abxaziya, Krım, Dnestryanı, Belarus. Çeçenistanı da unutmaq olmaz. Uğursuz Kreml strateqləri fevralın 24-də hansı Pandora qutusunu açdıqlarını bilmirlər”.



Almaniyanın “Süddeutsche Zeitung” qəzeti hesab edir ki, Rusiya artıq vasitəçi rolunu yerinə yetirə bilmir: “Rusiya hər iki tərəf üçün əsl məyusluq yaradıb”.



İsrailin “Jerusalem Post” nəşri qeyd edib ki, Ermənistan son vaxtlar dünya məsələlərində Rusiyaya daha çox meyl edir, Azərbaycan isə İsrailə dostdur.



“Azərbaycan və Türkiyə əsas müttəfiqlərdir. Bu o deməkdir ki, Qafqazdakı münaqişə kiçik münaqişə deyil, Türkiyənin Suriyadakı rolu və Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlıdır”, - deyə müəllif bildirib.



Müəllif onu da qeyd edib ki, Moskvadan təcrid olunmuş və asılı vəziyyətə düşən Ermənistan çətin vəziyyətdədir, bəlkə də dünyanın diqqətini Ukraynaya yönəltməsinin bədəlini ödəyir. Bildirilir ki, ABŞ-ın rəhbərlik etdiyi dünya düzəninin çökdüyünə dair fikirlərin artdığı bir vaxtda ölkələr 50 və ya 100 il əvvəl müəyyən edilmiş sərhədləri yenidən cızmağa çalışdıqca, belə müharibələr və münaqişələr daha çox olacaq.



Britaniyanın “Guardian” qəzeti isə bildirir ki, Cənubi Qafqaz Azərbaycandan Türkiyəyə, oradan da Avropaya və digər dünya bazarlarına qaz və neftin daşınması üçün mühüm arteriyadır. Rusiya, Türkiyə və İran da daxil olmaqla regional güclər Cənubi Qafqaza müxtəlif dərəcədə sərmayə qoyurlar.



“The New York Times”da dərc olunan məqalədə deyilir ki, Rusiyanın cənubunda və iki keçmiş sovet respublikası arasında müharibənin yenidən alovlanması Ukraynanın şimal-şərqində son günlər məğlubiyyətlərdən ağlını itirmiş Rusiya prezidenti Vladimir Putinin narahatlığını artırıb. Həmçinin bildirilir ki, diqqətdən kənarda qalan Qafqazda toqquşmalar həm Moskva, həm də Qərb üçün problemlər yaradır.



Londonda yerləşən “Chatham House”un Rusiya və Avrasiya proqramının əməkdaşı Lorens Broers isə yazıb ki, Bakı Rusiyaya təsir imkanlarını artırıb. Broers Azərbaycanla Ermənistan arasında toqquşmaların davam edəcəyini proqnozlaşdırıb.



Almaniyanın nüfuzlu "Deutsche Well" (DW) nəşri yazır ki, Rusiya Ukraynada acınacaqlı məğlubiyyətə uğrayıb. Nəşr iddia edir ki, Rusiyanın zəifləməsindən istifadə edən Azərbaycan Ermənistanla haqq-hesab çəkir.



Hazırladı: Akif İsmayılov

Oxunub: 402
Paylaş:
Digər xəbərlər

Gündəm

14-09-2022, 09:55

Məktəblərdə Bilik Günü qeyd edilməyəcək - TAPŞIRIQ

Gündəm

14-09-2022, 18:36

“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Anar Eyvazov

Gündəm

14-09-2022, 10:01

Şəhid və atası dəfn edilir

Gündəm

14-09-2022, 08:49

Şəhid Xəyalın nəşi ailəsinə təhvil verildi

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Dün, 17:34
    Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
  • 18-09-2026, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • 18-09-2026, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • 18-09-2026, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • 18-09-2026, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • 18-09-2026, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 18-09-2026, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • 18-09-2026, 09:24
    Paşinyan Almaniyaya getdi
  • 18-09-2026, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • 17-09-2026, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • 17-09-2026, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • 17-09-2026, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • 17-09-2026, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • 17-09-2026, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • 17-09-2026, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • 17-09-2026, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
Dün, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə