Bu gün Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukraynaya səfər edəcək.
Xebernur.com Avropa Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, o və digər 15 üzvü olan nümayəndə heyəti Ukrayna hökumətinin nümayəndələri ilə görüşlər keçirmək üçün Kiyevə yola düşüb.
Bildirilib ki, səfər Rusiyanın əsassız təcavüzü qarşısında Komissiyanın Ukraynaya dəstəyinin güclü simvoludur.
Həmçinin vurğulanıb ki, Komissiya ilə Ukrayna hökuməti arasında keçiriləcək görüşdə Aİ və Ukrayna arasında əməkdaşlığın bir çox sahələri üzrə fikir mübadiləsi aparmaq, müharibədən sonra qarşıdan gələn yenidənqurma və bərpa, eləcə də ölkənin Avropaya inteqrasiya yolunu müzakirə etmək imkanı olacaq.
"Bu, həm də Ukrayna ilə gələcək əməkdaşlığı dərinləşdirmək üçün bir fürsətdir", - deyə məlumatda qeyd edilib.