Türkiyə parlamentində təmsil olunan Səadət Partiyasının sədri dəyişib.
Məlumata görə, partiyanın ötən gün keçirilən qurultayında 8 ildir təşkilata rəhbərlik edən Temel Karamollaoğlu namizədliyini irəli sürməyib.
Yeni qurultayda partiyanın Kayseri bölgəsindən deputat seçilən Mahmut Arıkan sədr seçilib.