• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycan-İtaliya əməkdaşlığı təhsilimizə mühüm töhfə verəcək - Deputat

Gündəm

5-09-2022, 09:33

Azərbaycan-İtaliya əməkdaşlığı təhsilimizə mühüm töhfə verəcək - Deputat
“Azərbaycanla İtaliya arasında əlaqələr son illər sürətlə inkişaf etməkdədir və siyasi dialoq olduqca fəaldır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması bu fikri bir daha təsdiq edir. Bu baxımdan Prezident İlham Əliyevin İtaliyaya növbəti uğurlu səfəri xüsusi əhəmiyyət daşıyır. Səfərdə bir çox mühüm məsələlər ətrafında geniş müzakirələr aparıldı”.


Bu fikirləri açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, ikitərəfli əlaqələrdə önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir.

“Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bu əməkdaşlıq ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək, Azərbaycan təhsilinin inkişafına töhfə verəcək”.


Deputat xatırladıb ki, ikitərəfli əlaqələrdə digər önəmli bir istiqamət enerji sahəsində əməkdaşlıqdır.

“Azərbaycan İtaliyanı neftlə təchiz edən əsas ölkədir. 1994-cü ildə müstəqilliyimizin bərpasından sadəcə üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində işləməyə dəvət edən ilk ölkə oldu və Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. Bu qısa müddətdə əldə edilmiş mühüm nailiyyətdir.

Hazırda dünyada baş verən müxtəlif hadisələr səbəbindən Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qazın nəqli planlaşdırılır. Ümumi ixrac 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.

Heç şübhəsiz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji ölkəmizin resurslarının daha da inkişaf etdirilməsi istiqamətində çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyət üçün yol xəritəsidir.

Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın azad etdiyi ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir”.


Azərbaycanın keçən il müstəqilliyin 30-cu ildönümünü qeyd etdiyini diqqətə çatdıran C.Məmmədov bildirib ki, ölkəmiz hər zaman müxtəlif dövlətlərlə əməkdaşlıq sahələrini tapmağa çalışır.

“Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Dövlətimizin hər zaman öz müstəqil siyasəti olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Artıq 30 ildir ki, ölkəmiz müstəqildir və Azərbaycan vətəndaşları əbədi olaraq müstəqil yaşamaq istəyirlər. Azərbaycan bu gün artıq sabit siyasi mövqeyə və iqtisadiyyata malikdir. Müstəqil və güclü olmaq üçün zamanında əsaslı maliyyə yatırımları edilib. Ölkəmizin inkişafında bu amillər çox ciddi rol oynayır.

Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məqsədlərdəndir. Buna görə də yeni qlobal nizamın regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq istiqamətində ölkəmizin nələr əldə edəcəyi, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı ölkəmiz üçün çox önəmlidir.

Təəssüflə onu da qeyd etmək lazımdır ki, müasir dünyada beynəlxalq hüquq normaları tamamilə pozulub. Beynəlxalq hüquq normaları Azərbaycanla bağlı da pozulub. Azərbaycan torpaqları işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdi və onlardan ciddi dəstək gözləyirdi. Ancaq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilmədi. Azərbaycan özü bu qətnamələrin icrasını həyata keçirdi. Bu gün ölkəmiz gələcəyə böyük nikbinliklə baxır”, - millət vəkili bildirib

Oxunub: 362
Paylaş:
Digər xəbərlər

Gündəm

9-08-2021, 13:08

Azərbaycanda diplomu tanınmayan xarici universitet filialları - SİYAHI

Cəmiyyət

27-05-2021, 11:54

Deputat: "Şuşa Dövlət Mədəniyyət və İncəsənət Universiteti təsis edilməlidir"

Siyasət

12-03-2020, 21:41

Elman Nəsirov: Azərbaycan-Türkmənistan münasibətləri strateji əhəmiyyətə malikdir

Cəmiyyət

27-02-2020, 11:25

Məhərrəm Əliyev: Türkiyə və Azərbaycan arasında hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək

Gündəm

24-02-2020, 11:57

Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • Bugün, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • Bugün, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • Bugün, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • Bugün, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Bugün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Bugün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Bugün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
31-07-2026, 17:32
Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
31-07-2026, 21:28
"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə