• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

XİN Ermənistanın əsassız bəyanatını rədd etdi

Gündəm

25-12-2022, 18:27

XİN Ermənistanın əsassız bəyanatını rədd etdi


Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi fikirləri təhrif edən 24 dekabr 2022-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.



Qeyd olunub ki, Ermənistan XİN-in Azərbaycanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını, beynəlxalq hüququ pozduğunu iddia etməsi riyakarlıqdan başqa bir şey deyil:



"Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal edilməsinə, yüz minlərlə əhalinin ərazilərimizdən qovulmasına və kütləvi qırğınlar törədilməsinə baxmayaraq, Azərbaycan tərəfi 25 il ərzində Ermənistanla münaqişənin danışıqlar və dinc yolla həll edilməsi istiqamətində danışıqlar prosesinə sadiq qalıb. 44 günlük Vətən müharibəsində tam qalibiyyətə və ərazilərin işğaldan azad olunmasına baxmayaraq, Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini də məhz Azərbaycan tərəfi irəli sürüb.



Azərbaycanın Praqa və Soçi razılaşmalarını pozması, sülh prosesinə maneçilik törətməsi fikri də eynilə əsassızdır. Qeyd edək ki, Praqa və Soçi razılaşmalarında bütün problemli məsələləri suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa baxmayaraq, məhz Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməklə yanaşı, Laçın yolu ətrafında yaranmış vəziyyətdən göründüyü kimi Azərbaycanın suverenliyinə qarşı müdaxilələrini davam etdirir. Bununla yanaşı, məhz Ermənistan tərəfinin dekabr ayında Brüsseldə liderlər arasında görüşə maneçilik törədən şərtlər irəli sürməsi, o cümlədən xarici işlər nazirlərinin 23 dekabr tarixli Moskva görüşünə getməkdən imtina etməsi sülh prosesinə hansı tərəfin maneçilik törətdiyini açıq-aşkar nümayiş etdirir.



Azərbaycan tərəfinin Ermənistanla delimitasiya olunmamış sərhəd istiqamətində daha əlverişli mövqelərə sahiblənməsinin guya Azərbaycanın Ermənistanın hər hansı bir ərazisini işğal etməsi kimi qiymətləndirilməsi təəccüb doğurur. Belə ki, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsi faktı, hələ də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 8 kəndini işğal altında saxlaması və bir çox istiqamətlərdə hərbi mövqelərini məhz Azərbaycanın suveren əraziləri daxilində yerləşdirməsi nəzərə alınaraq, qeyd edilən ərazidə hər hansı bir mövqenin əvvəl məhz Ermənistana məxsus olması iddiasının heç bir əsasının olmadığını bir daha göstərir.



Bütün tarixi əsərlərdə, xəritələrdə və qəbul edilmiş sənədlərdə qeyd edildiyi kimi indiki Ermənistanda bir sıra ərazilərin Azərbaycanın tarixi torpaqları olması barədə fikirlərin Ermənistana qarşı ərazi iddiaları kimi qiymətləndirilməsi, habelə Azərbaycanın etnik təmizləmədə təqsirləndirilməsi riyakarlıqdır və Ermənistanın tarixi faktlardan xəbərsiz olduğunu sübut edir".



Qeyd olunub ki, Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır:



"Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1988-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 200 mindən çox azərbaycanlı Ermənistandan qaçqın düşüb. Bütün bunlardan əlavə, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 30 ilə yaxın işğalı dövründə Ermənistan tərəfi 700 mindən artıq azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirib, yalnız Xocalıda bir gecə ərzində 613 nəfəri kütləvi şəkildə amansızlıqla qətlə yetirib.



Laçın yolunun fəaliyyətinin bərpa olunması barədə çağırışlara gəldikdə, görünür ki, Ermənistan tərəfi qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı Laçın yolunda həyata keçirilən etirazların onun bu istiqamətdə fəaliyyətinə, etirazların üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazisindən hələ də çıxarmayan erməni silahlı qüvvələrinin təchizatına, 6-cı bəndə zidd olaraq Laçın yolundan minaların daşınması kimi hərbi təxribatlarına maneçilik törətməsindən narahatdır.



Qeyd edək ki, Laçın yolunda etirazların humanitar böhran təhdidi yaratdığı və guya ermənilərin blokadada olduqları barədə iddiaların heç bir əsası yoxdur. Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejimi dəyişməz olaraq qalır. Videogörüntülər təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirir. Bununla yanaşı, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Azərbaycan hökuməti, həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib.



Bir daha bəyan edirik ki, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi niyyəti və sülh quruculuğu təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq destruktiv fəaliyyəti davam etdirməsi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımları bölgədə sülhün bərpasına xidmət etmir. Azərbaycan beynəlxalq hüququn ona verdiyi əsasla müvafiq sülh quruculuğu tədbirlərini davam etdirəcək".

Oxunub: 426
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
Hadisə
6-11-2026, 09:51
Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
28-10-2026, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
27-10-2026, 09:46
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
Son xəbərlər
  • Bugün, 10:28
    Əliyev-Paşinyan görüşündə nələr müzakirə olunacaq? - AÇIQLAMA
  • Bugün, 10:26
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • Bugün, 09:50
    Qəzza əməliyyatlarından Knesset sədrliyinə - Matan Kahana kimdir?
  • Bugün, 09:47
    ADY yükdaşımanı 13 % artırıb
  • Bugün, 09:41
    “Azeri Light” ucuzlaşdı
  • Bugün, 09:38
    Zəngəzur dəhlizi üçün tarix açıqlandı: 2028-ci ildə Naxçıvana quru yol açılır?
  • Bugün, 09:37
    Avro ucuzlaşdı, rubl bahalaşdı - Dollar isə...
  • Bugün, 09:32
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • Bugün, 09:29
    Ukrayna Rusiyanın ən böyük neft terminalını vurdu
  • Bugün, 09:21
    TƏBİB-dən yeni qanun gəlib Orxan həkimin işçisini işdən azad etdi
  • Bugün, 09:16
    24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
  • Bugün, 09:12
    Paşinyan Putini saymadı: Moskvaya getmədi - İrəvan cəzalandırılacaq?
  • Bugün, 09:02
    Pezeşkian Türkiyəyə gedir
  • Bugün, 09:00
    İsraildə yeni parlament fəaliyyətə başladı
  • Bugün, 08:57
    Paşinyan Türkiyəyə getdi
  • Bugün, 08:55
    Paytaxtda 15 istiqamətdə tıxac var
  • Bugün, 01:33
    İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
  • Dün, 11:19
    Bərdədə təhsil idarəsi ətrafında qalmaqallı iddia: Rəhbərə avtomobil hədiyyə edildiyi bildirilir
  • 9-11-2026, 09:03
    Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi
  • 9-11-2026, 09:00
    Bir sıra dağlıq və dağətəyi ərazilərə qar yağıb
  • 9-11-2026, 08:25
    Xankəndidə Prezidentin adından ziyafət verildi
  • 9-11-2026, 08:23
    “Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
  • 9-11-2026, 08:16
    Nəriman yenə ehtiyatda qaldı
  • 9-11-2026, 08:11
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • 8-11-2026, 19:10
    İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər – VİDEO – YENİLƏNİB
  • 8-11-2026, 14:54
    Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - Video
  • 8-11-2026, 14:33
    Şuşada Ərdoğanın rəsmi qarşılanmasına hazırlıq - GÖRÜNTÜLƏR
  • 8-11-2026, 13:42
    Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərə Səhiyyə naziri göz yumur
  • 8-11-2026, 13:24
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi
  • 8-11-2026, 13:21
    Azərbaycan xalqı bir olduqda, qarşısında heç bir qüvvə dayana bilməz
  • 8-11-2026, 09:41
    Mehriban Əliyevadan Zəfər Günü PAYLAŞIMI
  • 8-11-2026, 08:28
    Azərbaycanda Zəfər Günü qeyd olunur
  • 8-11-2026, 08:24
    Prezidentin köməkçisindən Zəfər Günü paylaşımı
  • 8-11-2026, 08:17
    Şuşanın azadlığından 6 il ötür
  • 7-11-2026, 21:31
    Bakı DYP-sindən yağışlı hava ilə bağlı sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Daha çox
6-11-2026, 10:29
Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərdən Cənab İlham Əliyevə müraciət etdi
6-11-2026, 11:43
Laçın Rayon sakini Orxan Cəbraylın qanunsuz əməllərindən Ombudsmana müraciət etdi
8-11-2026, 13:42
Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərə Səhiyyə naziri göz yumur
Bugün, 09:21
TƏBİB-dən yeni qanun gəlib Orxan həkimin işçisini işdən azad etdi
6-11-2026, 15:22
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçlğı ilə “8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. 06.11.2026
5-11-2026, 20:57
Şəhid övladının işlə təmin olunması ilə bağlı şikayət: Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyindən araşdırma tələb olunur
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə