Naxçıvan Muxtar Respublikasında 5,3 bal gücündə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya bildirilib ki, yeraltı təkanlar saat 22:15 radələrində qeydə alınıb.
Zəlzələ 10-15 saniyə davam edib. İlkin məlumata görə dağıntı və tələfat yoxdur. Əlavə məlumat veriləcək.
Naxçıvanda baş verən zəlzələ hər hansı dağıntı və tələfat törətməyib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.