• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Xəyal Məmmədov: Azərbaycan təhsili Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Gündəm

10-08-2023, 11:47

Xəyal Məmmədov: Azərbaycan təhsili Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Ümummilli liderimiz Heydər Əliyevin istər 1969-82-ci illərdə, istərsə də müstəqillik tariximizdə ölkəmizə rəhbərlik etdiyi dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatlar təhsil sisteminin inkişafı üçün əsaslı baza yaradıb
ümummilli liderimiz Heydər Əliyevin istər 1969-82-ci illərdə, istərsə də müstəqillik tariximizdə ölkəmizə rəhbərliyi dövründə bütün sahələrdə böyük inkişafın əsası qoyulub. ötən əsrin 70-80-ci illərində yaradılan sosial-iqtisadi, intellektual potensial sonrakı dövrdə Azərbaycan dövlətinin həqiqi müstəqilliyini təmin edən bünövrə olub. Bu səbəbdən, ekspertlər təhsil və elmin inkişafında dahi şəxsiyyətin rolunu xüsusi qeyd edirlər. Onların fikrincə, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsi yaranmasaydı, onların möhkəm maddi-texniki bazası qurulmasaydı, ölkədən kənarda yüksəkixtisaslı mütəxəssislər, xüsusən, milli hərbi kadrlar hazırlanmasaydı, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafı təmin olunmasaydı, Azərbaycan bu gün müasir sivilizasiyaya cavab verən böyük elmi, milli təhsil sistemi və zəngin mədəniyyəti olan ölkəyə çevrilə bilməzdi.
Bunu faktlar da sübuta yetirir. Belə ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində - 1969-82-ci illərdə müxtəlif bölgələrdə 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib. Bu illərdə texniki-peşə təhsili məktəblərinin sayı 76-dan 184-ə, ali məktəblərin sayı 12-dən 17-yə çatdırılıb. Məhz həmin illərdə onlarla gənc SSRİ-nin məşhur ali məktəblərində təhsil almaq hüququ qazanıb. üstəlik, 1969-cu ildən başlayaraq, xaricə təhsil almağa göndərilən gənclərin sayı ildən-ilə artıb. Nəticədə həmin il 47 nəfər xaricdə təhsil almağa göndərilmişdisə, artıq 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə çatıb. Sonrakı illərdə hər il 1000-1400 nəfər zəruri ixtisaslar üzrə xaricə təhsil almağa göndərilib. Bu illərdə xaricdə təhsil alan ixtisaslı kadrların sayı 15 mindən artıq olub. O illərdə fundamental elmi araşdırmalar nəticəsində 2280 elmi, elmi-texniki, xalq təsərrüfatı əhəmiyyətli nəticələr alınıb. Həmin illərdə xeyli elmi-tədqiqat institutları da yaradılıb.
Lakin müstəqilliyimizin ilk illərində Azərbaycan dövlətinin yaşadığı böhran bütün digər sahələrdə olduğu kimi, təhsildə də ciddi fəsadların meydana gəlməsinə şərait yaratdı. ölkəmizin təhsil sistemi tamamilə çökdü, mövcud qanunvericilik bazası qüvvədən düşdü, yeni qanun isə əsaslı islahatlar üçün stimuldan çox, əngələ çevrildi. Qanunda normativ xarakterli müddəaların olmaması, biri-birinə zidd maddələr, real inkişaf prosesinin nəzərə alınmaması tezliklə qanunun dəyişdirilmə zərurətini ortaya çıxartdı. Bundan başqa, məktəblərin lazımi avadanlıqlarla və texniki şərtlərlə təmin olunmaması, uşaq və gənclərin təhsildən yayınmağa meylliliklərinin artması demək olar ki, təhsil sahəsində və ümumiyyətlə, Azərbaycan cəmiyyətində dərin problemlər yaratmışdı. Lakin ümummilli liderimizin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi və Onun rəhbərliyi ilə aparılan böyük islahatlar bütün digər sahələrdə olduğu kimi, təhsildə də dönüş yaratdı. “Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazmdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”, - deyən ümummilli liderimiz Heydər Əliyev təhsil sahəsində olan boşluqların aradan qaldırılması üçün dərhal təlimatlar verdi. İlk olaraq isə O, hüquqi bazanın möhkəmləndirilməsi yönündə addımlar atdı. Ulu öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında bu sahə üzrə çox mütərəqqi məsələlər təsbit olundu. Buna paralel olaraq, onbirillik icbari təhsilə keçidlə pulsuz ümumi orta təhsilə dövlət təminatı verildi. Bu, təhsilə, təhsilli insana dahi liderin qiyməti idi. Sonrakı prosesdə təhsil işçilərinin sosial vəziyyətini gücləndirməyə yönələn addımlar atıldı. 1997-ci ildə AMEA-ya ayrılan vəsait artırıldı, işçilərinin məvacibi 50 faiz, rütbə məvacibi iki dəfə qalxdı.
Bundan başqa “Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında” 2001-ci ildə imzaladığı Fərman, 2002-ci ildə Prezident yanında Dövlət Dil Komissiyasının yaradılması Ulu öndər Heydər Əliyevin dövlət dilinə diqqətinin nəticəsi idi. ölkədə bütün yazışma və nəşrlərin latın qrafikasına keçilməsi və həmin tarixin ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd edilməsi də Ulu öndərin adı ilə bağlıdır.
Azərbaycan tarixinin yazılması, bu məsələdə yeni yanaşmaların meydana gəlməsi də məhz Heydər Əliyevə məxsus oldu. Onun vaxtında edilən müdaxiləsi nəticəsində bu sahədə də yanlış istiqamətə yönələn bir prosesin qarşısı alındı. Belə ki, tarixin yenidən yazılması və bu zaman subyektiv fikrə əsaslanma növbəti yanlışa yol aça bilərdi. Amma ümummilli liderimiz buna da imkan vermədi. Məlumdur ki, SSRİ dövründə ölkə tarixi ciddi təhrif edilmişdi. Müasir dövrdə isə bəzi təhrifləri bərpa etmək əvəzinə böyük bir dövrün üstündən xətt çəkmək cəhdləri açıq hiss olunurdu. Bu prosesi məhz dahi şəxsiyyətin qərarları dayandırdı...
ümummilli lider Heydər Əliyevin “Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 1998-ci il Sərəncamı ilə təhsildə islahatların yeni mərhələsinə start verildi. Bir il sonra “Təhsil sahəsində İslahat Proqramı” qəbul edildi. Azərbaycan Avropa, Cənub-Şərqi Asiya regionları və YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı təhsil sənədləri, diplomlar və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında konvensiyalara qoşuldu.
Artıq təhsil sistemində ayrı-ayrı istiqamətlər üzrə 14 inkişaf proqramı təsdiq edilib. Məktəblilərin pulsuz dərsliklə təmin olunması siyasətinin bünövrəsi məhz o dövrdən qoyulub. Elə məktəb tikintisi ilə bağlı proses də bu dövrdə yenidən canlandı. Statistikaya nəzər salsaq, görərik ki, 1993-2002-ci illər ərzində ümumilikdə 137 yeni ümumtəhsil məktəbi üçün bina tikilib. Müstəqilliyini yenicə qazanan bir ölkədə bu, əslində, o qədər də asan olmayıb...
Həmin dövrdə tələbatın cəmi 10 faizini təşkil edən 137 məktəb əslində böyük işlərin başlanğıcı idi. “Məktəb tikintisinə dair Dövlət Proqramı” nın qəbul edilməsindən sonra məktəb tikintisi daha intensiv xarakter aldı. İndi bu istiqamətdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan fəaliyyət Onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müxtəlif yeni müasir tipli məktəblərin tikintisi geniş vüsət alıb. Bir tərəfdən bu, təhsilə dövlət qayğısının göstəricisidirsə, digər tərəfdən şagirdlərin məktəbə, dərsə, biliyə olan münasibətini formalaşdırır. Hazırda Azərbaycanda 4 min 500-dən artıq məktəb var. Onların yarısı son 5-6 ildə tikilib. Dövlətin hər il ayırdığı investisiya hesabına bir çox köhnə məktəb binaları yeniləri ilə əvəzlənib, şagird sıxlığı olan məktəblərdə korpuslar tikilib, əhali sıxlığı müşahidə edilən ərazilərdə isə ikinci məktəb açılıb. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin yüksək sürətlə inkişafına əsaslı zəmin yaradır.



Xəyal Məmmədov

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri.
. Dovletxeberleri.az

Oxunub: 311
Paylaş:
Digər xəbərlər

Gündəm

5-05-2022, 09:29

Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarını təşkil edir

Siyasət

12-12-2022, 22:39

Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan dövlətinin qüdrətlənməsinə sərf edib" - DEPUTAT

Gündəm

15-07-2023, 10:48

Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlişi geniş formatda qeyd olunub

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
Bugün, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Bugün, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • Bugün, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • Bugün, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • Bugün, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • Bugün, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • Bugün, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • Bugün, 09:24
    Paşinyan Almaniyaya getdi
  • Bugün, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • Dün, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • Dün, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • Dün, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • Dün, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • Dün, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • Dün, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • Dün, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • Dün, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • 16-09-2026, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
Bugün, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
16-09-2026, 16:54
Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə