• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Xankəndidə Zəfər Paradı: Həm dosta, həm də düşmənə verilən MESAJ

Gündəm

7-11-2023, 16:28

Xankəndidə Zəfər Paradı: Həm dosta, həm də düşmənə verilən MESAJ
Sabah Azərbaycan Zəfər Gününün üçüncü ilini qeyd edəcək. Zəfər Günü ilə əlaqədar olaraq, bu ilin sentyabr ayında separatçılardan təmizlənən Xankəndi şəhərində hərbi parad keçiriləcək.



Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi paradda nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur. Parad sentyabr ayında baş tutan antitteror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini tam təmin etməsindən sonra keçirilir.



Xankəndidə hərbi paradın keçirilməsi niyə əhəmiyyətlidir?



Milli Məclisin deputatı Mahir Abbaszadə hər il Zəfər Gününün müxtəlif hadisələrlə yaddaşlarda qaldığını bildirib:



"44 günlük Vətən müharibəsi Ermənistanın kapitulasiya aktına imza atması, Azərbaycan Ordusunun qarşısında diz çökməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan ilk dəfə Zəfər bayramını qeyd etməyə başladı. Artıq üçüncü ildir ki, Zəfər Gününü qeyd edirik. Hər il Zəfər Günü bizim yadaşımızda müxtəlif hadisələrlə qalmaqdadır. Biz qələbədən sonra bir dəfə qələbə paradını Bakıda qeyd etmişik. Sonra belə bir parad Şuşada keçirilib. Budəfəki parad Azərbaycanın tarixi şəhərlərindən biri olan və uzunmüddət erməni işğalı altında qalmış Xankəndidə keçiriləcək. Bu, parad bir daha Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi gücündən xəbər verir".



Deputat söyləyib ki, paradın Xankəndidə keçirilməsi tarix ədalətin bərpa edildiyini aydın göstərir:



"Bu hərbi paradla bir daha göstəririk ki, Xankəndi Azərbaycanın qədim şəhərlərindən biridir. Bu, ərazidə hərbi paradın keçirilməsində də, şəhərin inkişaf etdirilməsində də söz sahibi Azərbaycan olaraq qalır mesajıdır. Qələbə paradı Azərbaycanın hərbi gücünü göstərməklə yanaşı, həm də onun tarixi ədaləti bərpa etməsini göstərir. Bununla həm də düşmənlərimizə göstəririk ki, Azərbaycanla diqtə dili ilə danışmaq, zor tətbiq etmək mümükün deyil. Azərbaycan Ordusu hər an Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını həyata keçirməyə hazırdır. Azərbaycan xalqı bir daha göstərir ki, öz ordusuna inanır. Ordu da Azərbaycanın istənilən ərazisində hərbi parad keçirə bilər”.
Xankəndidə Zəfər Paradı: Həm dosta, həm də düşmənə verilən MESAJ
Deputat söyləyib ki, parad həm də dostlarımıza ünvanlanan bir mesajdır:




“Azərbaycanın haqq işini və mübarizəsini dəstəkləyən dost dövlətlərə bir daha mesajdır ki, onların da dəstəyi ilə biz artıq qədim şəhərimiz Xankəndidəyik. Azərbaycanın güclü Ali Baş Komandanı, güclü ordusu var. Millət öz ordusuna və liderinə qətiyyətlə inanır. Bundan sonra heç kəs bizim ərazimizə müdaxilə edə bilməyəcək”.



Milli Məclisin deputatı Vüqar İskəndərov Zəfər paradının Xankəndidə keçirilməsinin böyük rəmzi məna daşıdığını bildirib:



“Vətən müharibəsindəki şanlı qələbəmiz, birgünlük antiterror tədbirləri suverenliyimizin tamamilə bərpa olunması ilə nəticələndi. 100 il həsrətində qaldığımız dədə-baba yurdlarımıza tam sahibləndik. Biz regionun ən qürurlu xalqı olduğumuzu bütün dünyaya sübut etdik. Ali Baş Komandanın zəkası, dünya siyasətini yaxşı bilməsi, qətiyyəti, şanlı ordumuzun şücaəti bütün qələbələrimizi şərtləndirdi. Zəfər Paradının Xankəndidə keçirilməsinin çox böyük rəmzi mənası var. Xankəndi Qarabağın ən böyük şəhəri və mərkəzidir. Ali Baş Komandanın orada hərbi paradı qəbul etməsi bütün dünyaya Azərbaycanın qalib xalq olması mesajını verir. Digər məsələ bütün dünyaya Azərbaycanın gücünü,qüdrətini göstərir. Dünya Azərbaycanlılarının qürur mənbəyidir”.
Xankəndidə Zəfər Paradı: Həm dosta, həm də düşmənə verilən MESAJ
Deputat paradın Xankəndidə keçirilməsinin düşmənlərə ciddi mesaj olduğunu söyləyib:



“Düşünürəm ki, həmin gün özünü azərbaycanlı hiss edən hər bir şəxs yalnız sevinəcək və qürur hissi keçirəcək. Vətəndaşlarımız “Nə yaxşı ki, azərbaycanlıyam deyəcək”. Düşmənlərə “Biz Qarabağda, Şərqi Zəngəzurdayıq, Xankəndiyə yerləşmişik” mesajıdır. Bu parad bir daha əldə etiyimiz qələbənin böyüklüyünü və əzəmətini göstərəcək”.



Milli Məclisin deputatı Arzu Nağıyev isə Azərbaycanın bütün ərazilərində bayraqlarımızın dalğalanmasının qürurverici olduğunu deyib:



“Biz Zəfər Gününü üç ildir ki, qeyd edirik. Bakıda, Şuşada hərbi paradlar keçirmişik. Bu dəfəki hərbi parad Xankəndidə olacaq. Qürurverici andır ki, bu gün Azərbaycanın bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır. Xankəndidə bayrağı qaldırarkən cənab Prezident İlham Əliyevin verdiyi mesajlardan çıxan nəticələrdə bir daha təsdiq olundu ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bundan sonra biz quruculuq işləri və Ermənistanla sülh sazişinin imzalanması kimi məsələlərlə məşğul olacağıq. Bu, həqiqətən də, qürurvericidir”.
Xankəndidə Zəfər Paradı: Həm dosta, həm də düşmənə verilən MESAJ
A.Nağıyev Xankəndidə keçiriləcək paraddan düşmənlərin nəticə çıxarmalı olduğunu deyib:



“Biz illərlə həsrətində olduğumuz şərəf və qürur bayramını Xankəndidə keçiririk. Düşmən də nəticə çıxarmalıdır ki, nə qədər Azərbaycan xalqı və onun rəşadətli ordusu varsa, biz öz qalibiyyətimizi daim göstərəcəyik. Biz quruculuq işlərini paralel olaraq aparacağıq. 30 il ermənilərlə müxtəlif təxribatlara düşünürdü ki, Azərbaycan ərazisində qondarma dövlət quracaqlar. Buna nail ola bilmədilər və ola bilməyəcəklər də. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Xankəndidə Azərbaycan bayrağı dalğalanır və Qarabağ Azərbaycandır. Hər bir vətəndaşımız fəxr edir ki, Azərbaycan qalib dövlətdir”.

Oxunub: 298
Paylaş:
Digər xəbərlər

Gündəm

30-10-2023, 09:38

Zəfər paradı Xankəndidə olacaq: hazırlıq gedir!

Gündəm

7-11-2023, 06:49

Xankəndi Zəfər paradına hazırdır

Gündəm

9-11-2022, 11:41

Zəfər günü Salyanda

Gündəm

10-12-2022, 08:38

“Şanlı Zəfər tariximiz.”

Cəmiyyət

4-11-2023, 11:10

Ağstafada şagirdlərlə 8 Noyabr-Zəfər Günü münasibəti ilə vətənpərvərlik mövzusunda görüşlər keçirilir

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Dün, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
Hadisə
Dün, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
Dün, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Bugün, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • Bugün, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • Bugün, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • Bugün, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • Bugün, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • Bugün, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • Bugün, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • Dün, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • Dün, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • Dün, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • Dün, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Dün, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • Dün, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • Dün, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • Dün, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • Dün, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • Dün, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • Dün, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • Dün, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • Dün, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • Dün, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Dün, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • Dün, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • Dün, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • Dün, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • Dün, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
  • Dün, 09:48
    Sabunçuda avtomobil piyadanı vurub öldürdü
  • Dün, 09:43
    Azərbaycan nefti 2008-ci ilin rekorduna yaxınlaşır
  • Dün, 09:42
    Xəstəxana direktoru vəzifədən azad edilib
  • Dün, 09:38
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • Dün, 09:26
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 09:21
    Bu axşam Avropa Liqasında maraqlı oyunlar var - TƏQVİM
  • Dün, 09:17
    Jurnalistlərin helikopteri qəzaya uğradı - 3 nəfər öldü
  • Dün, 09:14
    Azərbaycan-BƏƏ münasibətləri müzakirə edildi - Hikmət Hacıyev açıqladı
  • 15-09-2026, 16:19
    Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
Dün, 16:54
Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
14-09-2026, 16:59
ABŞ səfirliyinin rəsmisi Xankəndi səfərindən yazdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə