• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"Vəhişilikləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur" - ŞƏRH EDİLDİ

Gündəm / Dünya

22-02-2024, 06:03

"Vəhişilikləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur" - ŞƏRH EDİLDİ

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilib. Həmin gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, Xankəndidə yerləşmiş 366-cı alayın iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirib. Hücum başladıqdan sonra orada yaşayan təxminən 2500-ə yaxın dinc əhali azərbaycanlıların nəzarətində olan yaxın ərazilərə çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd göstərib. Onların arasında qarlı-şaxtalı havada həyatını qurban verənlər də olmuşdu. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil". Bu sözləri Dovletxeberlerinə açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, bu, əsl soyqırım idi: "Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı işğalı zamanı təkcə dinc əhaliyə deyil, sosial məişət obyektləri, tarixi-dini abidələrimizə qarşı da qəddarlıq törədilib. Məktəblər, məzarlıqlar klublar, kitabxana və xəstəxanalar yerlə-yeksan edilib.

Bu misli görünməmiş hadisələrə Ulu Öndər Heydər Əliyevin dövründə siyasi qiymət verilib. Xocalı soyqırımı təkcə azərbaycanlılara yox, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etdi. Həmin tarixdən etibarən hər il Xocalı soyqırımı günü qeyd olunur. Bundan əlavə Ümummilli Liderin 1997-ci il 25 fevral sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da sükut dəqiqəsi elan olunub. Müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan "Xocalıya ədalət" kampaniyası sayəsində bu soyqırımın bütün dünyaya çatdırılması istiqamətində mühüm işlər görülüb. Əsasən, 2008-ci ildən daha geniş vüsət almış bu təbliğat nəticəsində 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyib. Yüzminlərlə insan təbliğat kampaniyasına qoşulmuş, baş verən hadisələri daha dərindən öyrənmişdir. Eyni zamanda, Xocalı soyqırımı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, İordaniya, Pakistan, Sloveniya, Əfqanıstan, Meksika və s. kimi bir çox ölkələrdə Xocalı soyqırımının tanınması ilə bağlı sənədlər qəbul olunub. 2013-cü ildə Qahirədə İƏT dövlət başçılarının iştirakı ilə keçirilən İslam Zirvə Konfransında qəbul olunmuş Kommunikendə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çalışmışlar".
РЕКЛАМА
Топ-10 красивых девушек с пышными формами

dzen.ru


0
5
:
5
9

РЕКЛАМА
Оформите ВНЖ в Венгрии прямо сейчас
Скидка 5% в честь дня защитника Отечества до 24 февраля

yourworld.agency
Menu
"Vəhişilikləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur" - ŞƏRH EDİLDİ
20 Fevral 17:20 | 2 139


"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilib. Həmin gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, Xankəndidə yerləşmiş 366-cı alayın iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirib. Hücum başladıqdan sonra orada yaşayan təxminən 2500-ə yaxın dinc əhali azərbaycanlıların nəzarətində olan yaxın ərazilərə çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd göstərib. Onların arasında qarlı-şaxtalı havada həyatını qurban verənlər də olmuşdu. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, bu, əsl soyqırım idi: "Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı işğalı zamanı təkcə dinc əhaliyə deyil, sosial məişət obyektləri, tarixi-dini abidələrimizə qarşı da qəddarlıq törədilib. Məktəblər, məzarlıqlar klublar, kitabxana və xəstəxanalar yerlə-yeksan edilib.

Bu misli görünməmiş hadisələrə Ulu Öndər Heydər Əliyevin dövründə siyasi qiymət verilib. Xocalı soyqırımı təkcə azərbaycanlılara yox, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etdi. Həmin tarixdən etibarən hər il Xocalı soyqırımı günü qeyd olunur. Bundan əlavə Ümummilli Liderin 1997-ci il 25 fevral sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da sükut dəqiqəsi elan olunub. Müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan "Xocalıya ədalət" kampaniyası sayəsində bu soyqırımın bütün dünyaya çatdırılması istiqamətində mühüm işlər görülüb. Əsasən, 2008-ci ildən daha geniş vüsət almış bu təbliğat nəticəsində 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyib. Yüzminlərlə insan təbliğat kampaniyasına qoşulmuş, baş verən hadisələri daha dərindən öyrənmişdir. Eyni zamanda, Xocalı soyqırımı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, İordaniya, Pakistan, Sloveniya, Əfqanıstan, Meksika və s. kimi bir çox ölkələrdə Xocalı soyqırımının tanınması ilə bağlı sənədlər qəbul olunub. 2013-cü ildə Qahirədə İƏT dövlət başçılarının iştirakı ilə keçirilən İslam Zirvə Konfransında qəbul olunmuş Kommunikendə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çalışmışlar".

Deputat sözlərinə davam edərək bildirib ki, bu hadisələr təbliğ olunsa da, II Qarabağ müharibəsinə qədər Ermənistan tərəf bu məsələyə məhəl qoymadığı üçün Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilməyib: "Hətta erməni tərəfi BMT-nin torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar qəbul etdiyi 4 qətnamədən də imtina ediblər. Çox acınacaqlı haldır ki, bu soyqırımın törədilməsi, həmçinin qətnamənin icra olunmaması ilə bağlı Ermənistana qarşı heç bir tədbir görülməmişdi. Şükürlər olsun ki, Xocalı soyqırımında, vaxtilə işğal olunmuş digər ərazilərimizdə törədilmiş hadisələrdə canlarını qurban vermiş şəhidlərimizin qanı yerdə qalmadı. 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalmış torpaqlarımızı azad etməklə yeni reallıqlar yaratdı. "Dəmir yumruq" qalib gəldi.2023-cü il 19-20 sentyabr tarixlərində aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də separatçılardan təmizləndi. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda üçrəngli bayrağımızı ucaltdı. Azərbaycan xalqı artıq özünü qalib dövlətin qalib vətəndaşı kimi hiss etməyə başladı. Bu gün Xocalıda və digər bölgələrimizdə köçə hazırlıq işləri gedir. Bu da o deməkdir ki, Azərbaycan xalqı heç vaxt keçmişini unutmayacaq. Ənənəvi olaraq hər il fevralın 26-da minlərlə insan "Ana harayı" abidəsini ziyarət edir. Xocalı soyqırımının 30-cu ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdi. Bu yürüşdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirliklər, agentliklər və digər şirkət rəhbərləri, həmçinin siyasi partiyaların nümayəndələri iştirak edərək Azərbaycan xalqına qarşı törədilmiş bu faciəni unutmadıqlarını bir daha dünyaya bəyan etmişdilər. Bu gün də Azərbaycan Xocalı soyqırımı ilə əlaqədar təbliğat kampaniyasını davam etdirir. Bundan sonra da ermənilərin törətdikləri bu vəhişilikləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur".

Oxunub: 306
Paylaş:
Digər xəbərlər

Gündəm

26-02-2022, 05:26

Xocalı soyqırımından 30 il ÖTÜR

Gündəm

26-02-2023, 01:05

Xocalı soyqırımından 31 il ÖTÜR

Gündəm

23-02-2023, 13:21

Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılmasında rolu mövzusunda dəyirmi masa keçirilmişdir

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Dün, 17:34
    Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
  • 18-09-2026, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • 18-09-2026, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • 18-09-2026, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • 18-09-2026, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • 18-09-2026, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 18-09-2026, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • 18-09-2026, 09:24
    Paşinyan Almaniyaya getdi
  • 18-09-2026, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • 17-09-2026, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • 17-09-2026, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • 17-09-2026, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • 17-09-2026, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • 17-09-2026, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • 17-09-2026, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • 17-09-2026, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
Dün, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə