Paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bu barədə Kanal 15 - ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumat verib.
Hadisə mayın 20-də saat 21:30 radələrində Nobel prospekti 171 ünvanında qeydə alınıb. İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hyundai”markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu qəsdən vuraraq ona müxtəlif dərəcəli xəsarət yetirməklə xuliqanlıq hərəkətləri edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət İşi başlanılıb,iki nəfər şübhəli şəxs qismində saxlanılıb. İstintaq tədbirləri davam etdirilir.