Bakıda taksi sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
xebernur.com -a daxil olan videogörüntülərdə 77 BY 163 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etdiyi, qəza şəraiti yaratdığı görünür. Sürücü avtomobili anidən sağa-sola hərəkət etdirir, digər avtomobillərin hərəkətinə maneə törədir.
Görüntülər Ziya Bünyadov prospektində lentə alınıb.
Avtomobil “Bolt” taksi şirkətinə məxsusdur, hətta arxa hissəsində təhlükəli sürdüyü təqdirdə əlaqə saxlamaq üçün telefon nömrələri də yerləşdirilib.
Həmin görüntüləri təqdim edirik: