![]()
Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Şəhərin X.R.Ulutürk prospektində "Daewoo” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Mənbə_Report.az