• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Türkiyədə Ukrayna üçün sülh danışıqları: Azərbaycan da iştirak edə bilər

Siyasət / Dünya

21-02-2025, 11:15

Türkiyədə Ukrayna üçün sülh danışıqları: Azərbaycan da iştirak edə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedib. Bu səfər təkcə rəsmi danışıqlarla deyil, həm də simvolik məqamlarla yadda qalıb.

Xüsusilə Zelenskinin Ankarada keçirilən rəsmi qarşılanma mərasimində Ərdoğanın çətirini onunla paylaşması sosial mediada geniş rezonans doğurub. Analitiklər bu jesti yalnız nəzakət əlaməti kimi deyil, Türkiyənin Ukraynaya verdiyi dəstəyin simvolu kimi də qiymətləndirirlər.

Bu görüş Ukrayna liderinin son beynəlxalq toplantılara qatılması ilə bağlı yaşanan gərginliklər fonunda mühüm əhəmiyyət kəsb edir. Məsələn, Ər-Riyadda Rusiya və ABŞ rəsmilərinin uzun fasilədən sonra ilk dəfə görüş keçirməsi diqqət çəkib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Zelenskinin də toplantıya qatılmasını istəyib, lakin Vaşinqton və Moskva buna razılıq verməyib. Ukrayna Prezidenti bu görüş barədə yalnız mediadan xəbər tutduqlarını bildirib.

Türkiyə indiyədək Rusiya-Ukrayna münaqişəsində balans siyasətini qorumağa çalışsa da, son hadisələr Ankaranın Kiyevə daha açıq dəstək nümayiş etdirdiyini göstərir. Ərdoğanın çətiri altında dayanan Zelenskinin Türkiyədən hansı zəmanətlər aldığı isə yaxın günlərdə aydınlaşacaq.

Bəzi ekspertlər Türkiyənin Ukraynaya qoşun göndərmək ehtimalını tamamilə istisna etmirlər. Ankara ilə Kiyev arasında hərbi sahədəki strateji əməkdaşlıq, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı və müdafiə sənayesi layihələri nəzərə alındıqda, bu ssenarinin gələcəkdə daha çox müzakirə predmeti ola biləcəyi düşünülür.
Ətraflı

Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, hazırkı situasiyada heç kəsin Ukrayna üçün edəcəyi nəsə yoxdur:

“Bu saatdan sonra Türkiyənin Ukraynaya edəcəyi nəsə yoxdur. Əslində heç kəsin edə biləcəyi bir şey yoxdur. Türkiyə sadəcə olaraq Rusiya-Ukrayna müharibəsinin tezliklə yekunlaşmasını, Rusiyanın leqal haqlarının geri verilməsini istəyir. Bununla bağlı beynəlxalq hüquq çəriçivəsində Türkiyə həm Rusiya, həm də Ukrayna ilə ikitərəfli münasibətlərini müharibənin başlayandan bu yana heç dəyişdirməyib. Hər iki ölkəyə bərabər yanaşıb. Xüsusilə də, Türkiyə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı görüşə Rusiyanın müharibə tərəfi kimi dəvət edilib, Ukraynanın dəvət edilməməsini tənqid edən ölkədir. İki ölkə savaşırsa, hər iki tərəfin liderləri də, nümayəndələri də dəvət edilməlidir. Amma Trampın həm Putinlə olan əlaqələri, həm digər ölkələri istəməməsi səbəbindən Ukrayna masada oturmadı”.

Ekspert vurğulayıb ki, Türkiyə yaxın vaxtlarda vasitəçiliyə əl atacaq:

“Rusiya-Ukrayna üçün sülh masasının Türkiyə olacağını düşünürəm. Bunu Rusiya da, Ukrayna da qəbul edər. ABŞ da buna "yaşıl işıq" yandıracaq. Bu saatdan sonra Türkiyənin göstərə biləcəyi tək yardım Ukraynanın da sülh masasındada iştirakını təmin etməkdir. Hazırda hər kəs haradasa, tərəfini dəyişib Rusiya tərəfdarı olmuşkən cənab Prezidentimizin böyük cəsarəti, tarixi lider siması ilə Rusiya masadaykən Zelenskini qəbul etməsi və bir çox razılaşmalara gəlməsi böyük hadisədir. Bu, hər igidin işi deyil. Türkiyə bir daha türklüyünü, böyük dövlət olduğunu, məzlumun yanında olduğunu göstərdi. Bu, əslində bütün dünyaya mesajdır”.

İ.Muğlu vurğulayıb ki, Türkiyə sülh masası olsa, burada Azərbaycan da iştirak edəcək:

“Azərbaycan müstəqil bir türk dövlətidir. Təbii ki, Azərbaycanın Türkiyə ilə qardaşlıqdan da o tərəfə əlaqələri var. İki dövlət bir millət anlayışı ilə Suriya məsələsində birgə hərəkət etdiyimiz kimi Ukrayna məsələsində də cənab Rəcəb Tayyib Ərdoğanla, cənab İlham Əliyevin eyni pəncərədən məsələyə baxacaqlarına inanıram. Çünki hər iki ölkə də tezliklə müharibənin bitməsini istəyir. Bu müharibənin qalibi olmadığı kimi, ən çox ziyanı yenə bu regionda olan dövlətlər yaşayıb. Bu ölkələrin başında Türkiyə, Azərbaycan və digər türk dövlətləri gəlməkdədir. Qafqaz Rusiyadan başqa hər kvadrat metrininin türk olduğu coğrafiyadır. Müharibənin ən böyük zərəri biz türk millətinə dəyib.Onun üçün Azərbaycan da Türkiyə kimi düşünməkdədir və birlikdə hərəkət edəcəklər. Türkiyə əgər sülh masası olsa, Azərbaycan da böyük ehtimalla o masada yerini alacaq və Türkiyə ilə eyni yolu izləyəcək”.

Oxunub: 156
Paylaş:
Digər xəbərlər

Siyasət / Dünya

19-02-2025, 11:42

Ankaradan verilən MESAJ - Zelenski Ərdoğanın çətiri altında...

Dünya

18-02-2025, 15:44

Ərdoğanla Zelenskinin görüşü BAŞLADI

Gündəm / Siyasət

24-02-2024, 08:12

Zelenski Azərbaycana GƏLİR?

Siyasət

14-04-2022, 08:54

"Rusiya Ukrayna ilə kifayətlənməyəcək" - Zelenski

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Dün, 17:34
    Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
  • 18-09-2026, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • 18-09-2026, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • 18-09-2026, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • 18-09-2026, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • 18-09-2026, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 18-09-2026, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • 18-09-2026, 09:24
    Paşinyan Almaniyaya getdi
  • 18-09-2026, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • 17-09-2026, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • 17-09-2026, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • 17-09-2026, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • 17-09-2026, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • 17-09-2026, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • 17-09-2026, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • 17-09-2026, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
Dün, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə