• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İcra hakimiyyətlərinin ləğvi məsələsi MÜZAKİRƏ EDİLİR

Siyasət

13-08-2025, 19:16

İcra hakimiyyətlərinin ləğvi məsələsi MÜZAKİRƏ EDİLİR

Azərbaycanın yerli idarəetmə sistemində mühüm dəyişikliklər gözlənilir. Uzun illər bölgələrdə əsas icraedici orqanı kimi fəaliyyət göstərən icra hakimiyyətləri struktur islahatlarının astanasındadır.

İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir. Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur.

Növbəti mərhələdə isə icra hakimiyyətlərinin ləğv edilə biləcəyi müzakirə edilir. Qeyd edək ki, artıq işğaldan azad edilən bölgələrdə Prezidentin nümayəndəlikləri sınaqdan keçirilir və onların fəaliyyəti özünü doğruldub. Ekspertlər növbəti mərhələdə icra hakimiyyətlərinin ləğvi və bütün səlahiyyətlərin nümayəndəliklərə ötürülməsi ehtimalını müzakirə edirlər.

Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlət idarəçiliyinin əsaslarını müəyyənləşdirir və yerli icra hakimiyyəti bu konstitusion qurumlar sırasına daxildir: "Konstitusiyanın 24-cü maddəsinə əsasən, icra hakimiyyətinin təşkilati fəaliyyəti qanunvericilik və Prezidentin aktları ilə tənzimlənir. Bu isə o deməkdir ki, yerli icra hakimiyyətinin tam şəkildə ləğvi yalnız Konstitusiyaya dəyişiklik edilməklə mümkündür".

O qeyd edib ki, parlamentdə və ictimai diskussiyalarda bu məsələ bir neçə dəfə səsləndirilib:

"Mənim tərəfimdən də bu məsələ dəfələrlə qaldırılıb. Hazırda bu, yalnız müzakirə xarakteri daşıyır və Konstitusiyada dəyişiklik edilmədiyi müddətdə hüquqi qüvvəyə malik deyil".

Hüquqşünas bildirib ki, icra başçısı ilə xüsusi nümayəndə arasında fərq təkcə struktur fərqi deyil, həm də idarəetmə fəlsəfəsi ilə bağlıdır:

"İcra başçısı ənənəvi idarəetmə modelinin elementidir. Onun əsas vəzifəsi dövlət siyasətinin yerli səviyyədə həyata keçirilməsi, sosial-iqtisadi inkişaf planlarının icrası və mərkəzi icra orqanlarının qərarlarının bölgədə icrasını təmin etməkdir. Başqa sözlə, icra başçısı əsasən yerli idarəçi rolunu oynayır və gündəlik həyatın bütün sahələrinə - təhsil, səhiyyə, sosial təminat, kommunal xidmətlər, sahibkarlıq mühiti, ekoloji vəziyyət və s. sahələrə cavabdehlik daşıyır.

Xüsusi nümayəndəliklər isə daha strateji xarakter daşıyan bir instituttur. Bu idarəetmə modeli əsasən Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilir. Məqsəd sadəcə idarəçilik deyil, yüksək səviyyədə koordinasiya, bərpa və inkişafdır. Xüsusi nümayəndəlik birbaşa Prezidentin nəzarəti altında fəaliyyət göstərir və iri infrastruktur layihələrinin icrasına, investisiya cəlbinə, təhlükəsizlik və məskunlaşma proseslərinə nəzarət edir. Yəni bu institut daha çox transformasiyaedici və planlaşdırıcı gücə malikdir".



O eyni zamanda diqqətə çatdırıb ki, "hansı institutun səlahiyyətləri daha genişdir: icra hakimiyyəti, yoxsa xüsusi nümayəndəlik?" sualına cavab vermək asan deyil. Çünki onların funksional mandatları fərqlidir:

"İcra başçısının səlahiyyətləri sahə üzrə geniş olsa da, onun strateji qərar qəbul etmək imkanı məhduddur. Bu, həm maliyyə resurslarının məhdudluğu, həm də normativ çərçivələrin mərkəzi icra orqanlarına bağlı olması ilə əlaqədardır.

Əvəzində, xüsusi nümayəndəliklər daha təsirli və çevik səlahiyyətlərə malikdir. Maliyyə resurslarına çıxış imkanları daha çevikdir, qərarvermə zənciri daha qısa olduğundan operativ qərarlar qəbul edə bilirlər. Prezidentə birbaşa hesabat verir və bu xüsusilə Qarabağda bərpa prosesinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mövcud şəraitdə praktiki baxımdan xüsusi nümayəndəliklər icra hakimiyyətlərindən daha güclü hesab edilə bilər. Çünki dövlətin əsas prioritetləri sayılan - bərpa, reinteqrasiya və təhlükəsizlik bu strukturlar vasitəsilə həyata keçirilir".

İcra hakimiyyətlərinin ləğvi məsələsi gündəmdədir

"Qeyd etdiyim kimi, bu məsələ geniş şəkildə müzakirə olunur. Cəmiyyətdə formalaşan fikir ondan ibarətdir ki, artıq xüsusi nümayəndəliklər fəaliyyət göstərən ərazilərdə icra hakimiyyəti əhəmiyyətini itirib və ləğv edilməlidir. Lakin bu, hüquqi baxımdan hələ mümkün deyil. Konstitusiyada dəyişiklik olmadan belə bir ləğv prosesi legitim sayıla bilməz. Ona görə də yaxın perspektivdə bu iki idarəetmə modelinin paralel şəkildə fəaliyyətini gözləyirik.

Hazırda ərazi bütövlüyü bərpa olunan regionlarda xüsusi nümayəndəliklər çevik və geniş səlahiyyətlərə malik struktur kimi fəaliyyət göstərir. Ölkənin digər hissələrində isə ənənəvi icra hakimiyyəti öz fəaliyyətini davam etdirir. Bu vəziyyət gələcəkdə dəyişə bilər. Mən hesab edirəm ki, müasir çağırışlara cavab verə bilməyən yerli icra hakimiyyətləri artıq institut kimi effektivliyini itirmək üzrədir. Səlahiyyətləri məhdud, resursları azdır və onların fəaliyyətində paralelliklər mövcuddur".

Əliməmməd Nuriyev vurğulayıb ki, eyni zamanda bu istiqamətdə bələdiyyələrin fəaliyyətsizliyi də özünü göstərir:

"Yerli icra hakimiyyətləri ilə paralel fəaliyyət göstərən bələdiyyələrin bir çox funksiyaları təkrar olunur. Bu isə əlavə yük, xərclər və bürokratiya yaradır, qənaətcillik prinsipinə ziddir. Buna görə də bu sahədə ciddi islahatların aparılması zəruridir.

Mən düşünürəm ki, idarəetmənin regional səviyyəyə keçirilməsi vacibdir. Xüsusi nümayəndəlik institutu artıq bir sıra sahələrdə səmərəli fəaliyyət göstərdiyini sübut edib. Bu baxımdan hesab edirəm ki, yerli icra hakimiyyəti institutundan imtina etməyin vaxtı çatıb. Bununla yanaşı, bələdiyyələrin statusu dəyişdirilməli, onların funksional yükü artırılmalı və ümumilikdə idarəetmənin təkmilləşdirilməsi istiqamətində dərin islahatlar həyata keçirilməlidir.

Regional idarəetmə forması kimi xüsusi nümayəndəliklər bu rola daha çox uyğun gəlir. Hələlik bu institut bir siyasi struktur kimi ümumi səlahiyyətlərə malik deyil, daha çox əlaqələndirmə və iqtisadi layihələrin icrası funksiyasını yerinə yetirir. Amma bu institutların Konstitusiyada öz əksini tapması üçün dəyişikliklərə ehtiyac var".

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş şəraitdə belə islahatların həyata keçirilməsi üçün daha münbit zəmin yaranıb:

Bu, həm idarəetmənin səmərəliliyini artıracaq, həm də bürokratiyanı azaldacaq. Eyni zamanda, yerli strukturların - xüsusən bələdiyyələrin yerli əhali qarşısında məsuliyyətini artıracaq və dövlət xərclərinin azalmasına səbəb olacaq.

Bütün bunları nəzərə alaraq düşünürəm ki, dövlət idarəetməsinin optimallaşdırılması ilə bağlı müzakirələr davam etməlidir. Biz yerlərdə daha effektiv institutların yaradılmasına nail olmalıyıq.

Bu istiqamətdə iki əsas yol mümkündür. Birinci yol hibrid modelin tətbiqidir. Bu halda, strateji əhəmiyyətli zonalarda xüsusi nümayəndəliklər yaradılır, digər ərazilərdə isə mövcud icra hakimiyyəti strukturu fəaliyyətini davam etdirir. İkinci yol isə tam struktur dəyişikliyini nəzərdə tutur. Bu yanaşmada icra hakimiyyətləri ləğv edilir və onların funksiyalarının bir hissəsi bələdiyyələrə və ya regional əsasda fəaliyyət göstərən xüsusi nümayəndəliklərə ötürülür".

Hüquqşünas onu da diqqətə çatdırıb ki, ikinci model daha məqsədəuyğun görünür, lakin bu daha çox konstitusion dəyişiklikləri zəruri edəcək:

"Yekun olaraq qeyd etmək istərdim ki, icra hakimiyyəti hüquqi idarəetmə sisteminin praktik elementidir və Konstitusiya ilə təsbit olunub. Xüsusi nümayəndəliklər isə postmüharibə dövründə dövlətin qarşısında duran yeni vəzifələrə cavab olaraq yaradılmış çevik idarəetmə mexanizmidir. Hazırda bu iki model müəyyən mənada bir-birini tamamlayır. Lakin aralarında bir rəqabət də hiss olunur.

Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yaxın perspektivdə dövlət idarəetməsində daha ciddi struktur islahatları gözləniləndir.

Bildiyimiz ki, bu il Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilib. Buna görə də istisna etməzdim ki, növbəti aylarda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum ehtimalı ola bilər.

Müzakirələrin nəticəsi olaraq isə hesab edirəm ki, bütün bu proseslər daha rasional, çevik və səmərəli bir regional idarəetmə modelinin formalaşmasına gətirib çıxaracaq".

Oxunub: 198
Paylaş:
Digər xəbərlər

Siyasət

6-05-2022, 20:57

İcra Hakimiyyətlərinin ləğv ediləcək? - Eldar Əzizovdan AÇIQLAMA - VİDEO

Gündəm

13-06-2024, 15:06

Ailə Məcəlləsinə dəyişiklik təsdiqləndi

Şou Biznes
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Dün, 09:10
Azərbaycanda ağır qəza - ÖLƏN VAR
15-10-2026, 09:37
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
12-10-2026, 10:11
Rusiyada azərbaycanlı sürücü piyadanı öldürüb
Son xəbərlər
  • Bugün, 19:06
    İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
  • Bugün, 10:10
    Serbiyada növbədənkənar parlament seçkiləri - Vuçiç baş nazir olur?
  • Bugün, 10:04
    Bu gün maraqlı oyun var: "Qarabağ" - "Neftçi"
  • Bugün, 09:40
    Minimum maaş 700 manat olmalıdır - İqtisadçıdan maraqlı İZAH
  • Bugün, 09:39
    Ramiz Mehdiyev bu ordenlərdən məhrum ediləcək: “İstiqlal”, “Şərəf”, “Şöhrət”... - SİYAHI
  • Dün, 18:09
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Laçın Rayon İcra Hakimiyyətində geniş tərkibdə müşavirə keçirilmişdir.
  • Dün, 18:09
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Laçın Rayon İcra Hakimiyyətində geniş tərkibdə müşavirə keçirilmişdir.
  • Dün, 16:54
    1616 2026-cı il tarixində Laçın Rayon İcra Hakimiyyəti başçısının Mişni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Laçın
  • Dün, 13:34
    Bloger Sevin Hüseyova barəsində ittihamedici hökm çıxarıldı - Səidə Bəkirqızı məhkəməni uddu
  • Dün, 11:49
    Azərbaycan millisi bu gün DÇ-2028-in səfər oyununa çıxır
  • Dün, 11:45
    Qubada yeni bələdiyyələr yaradıldı
  • Dün, 11:33
    Dövlət qulluqçularının pensiyası yeni qaydada hesablanacaq
  • Dün, 11:30
    14 Oktyabr 2026-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının Zerti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin YAP-ın VIII Qurultayında Prezident İlham Əliyev Cənablarının nitqindən irəli gələn vəzifələrin müzakirəsi ilə bağlı tədbir k
  • Dün, 10:49
    Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
  • Dün, 10:34
    AQEM-in yeni baş katibi o oldu
  • Dün, 10:31
    Mətbuat Şurasına 815 şikayət daxil olub – Rəşad Məcid
  • Dün, 10:26
    Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
  • Dün, 10:14
    Hesablama Palatasının strukturu dəyişir
  • Dün, 09:45
    İran prezidenti Ermənistandadır
  • Dün, 09:10
    Azərbaycanda ağır qəza - ÖLƏN VAR
  • Dün, 09:07
    Prezidentliyinin 23 ili: Azərbaycanın uğurla keçdiyi tarixi mərhələlər
  • 15-10-2026, 16:18
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində keçirilmişdir. 15.10.2026
  • 15-10-2026, 14:41
    Ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Himayəçilər Şurasının növbəti iclası keçirildi.
  • 15-10-2026, 11:43
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 15-10-2026, 11:37
    14.10.2026-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və təşkilatçılığı ilə tədbir keçirilmişdir.
  • 15-10-2026, 11:27
    "Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
  • 15-10-2026, 10:35
    Dövlət Agentliyi MAXE qəbulu elan etdi
  • 15-10-2026, 10:30
    ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana gedib
  • 15-10-2026, 10:15
    Azərbaycan nefti ucuzlaşıb
  • 15-10-2026, 10:12
    Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib
  • 15-10-2026, 09:49
    Türkmənistan Prezidenti Azərbaycana gəlib
  • 15-10-2026, 09:47
    Azərbaycan vətəndaşları Rusiyadan deportasiya olunublar
  • 15-10-2026, 09:41
    Qızıl və gümüş bahalaşıb
  • 15-10-2026, 09:39
    Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
  • 15-10-2026, 09:37
    Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
Daha çox
14-10-2026, 18:22
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Ağbulaq obasında keçirilmişdir. 14.10.2026
Dün, 13:34
Bloger Sevin Hüseyova barəsində ittihamedici hökm çıxarıldı - Səidə Bəkirqızı məhkəməni uddu
14-10-2026, 13:18
Laçın Rayon İcra Hakimiyyəti başçısının Kamallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tədbir keçirilmişdir.
13-10-2026, 16:02
Pirşağı hövzəsində 32 kilometrlik kanalizasiya kollektorunun tikintisinə başlanılır
15-10-2026, 11:37
14.10.2026-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və təşkilatçılığı ilə tədbir keçirilmişdir.
12-10-2026, 11:18
Direktor məktəbdəki tələbləri izah etdi: dar geyim, qısa ətək, makiyaj olmaz!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə