Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Ceyhun Cəfərov, onun birinci müavini olmuş Tacəddin Novruzov və İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olmuş Natiq Kərimovun müsadirə edilən əmkaklarının siyahısı məlum olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, həmin şəxslərin bir neçə əmlakı xüsusi müsadirə edilərək məcburi qaydada və əvəssiz olaraq dövlət nəfinə alınıb.
xebernur.com
“Report”a istinadən müsadirə edilən əmlakların siyahısını təqdim edir:
Ceyhun Cəfərov (həbsdə olan sabiq icra başçısı)
Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin Poçt Daşıma Mərkəzinin bağçılıq yoldaşlığın I sektor 02 saylı bağ sahəsində yerləşən 0,0370 ha torpaq sahəsi
Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi
Tacəddin Novruzov
Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi