• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycan regionda əməkdaşlığın aparıcı qüvvəsidir

Siyasət

4-07-2022, 17:01

Azərbaycan regionda əməkdaşlığın aparıcı qüvvəsidir
Azərbaycan regionda əməkdaşlığın aparıcı qüvvəsidir

Bu gün Azərbaycan bütün bölgədə regional əməkdaşlığın aparıcı qüvvəsi kimi tanınır və nüfuz qazanır. Bu baxımdan tarixi Zəfərimizin reallıqlarını yaşadığımız hazırkı dövrdə Azərbaycanın regional əməkdaşlığın müəllifi kimi mövqeyini daha da möhkəmləndirməsi diqqətdən kənarda qala bilməz. Bir mühüm məqamı da qeyd edək ki, Azərbaycanın xarici siyasətində Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələ Xəzərin hüquqi statusu idi. 2018-ci ildə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması Xəzəryanı dövlətlər arasında əlaqələrin yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Sənədin imzalanmasınadək baş verən proseslərin, aparılan müzakirələrin xronologiyasına nəzər salsaq bu məsələdə mütəmadi surətdə fikir ayrılıqlarının meydana çıxdığının şahidi olarıq. Məlum olduğu kimi, Sovet İttifaqının dağılmasından sonra bu regionda yeni müstəqil dövlətlərin yaranması Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsini gündəmə gətirdi. Xəzəryanı dövlətlərin sərhədlərinin müəyyənləşdirilməsi və Xəzərdən istifadə məsələsinin həlli zərurəti ortaya çıxdı. Xəzərin hüquqi statusu probleminin həll edilməsi ilə bağlı 1992-ci ildən etibarən sahilyanı dövlətlər arasında danışıqlar prosesi başlandı. Uzun illər ərzində 5 Xəzəryanı dövlətin - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı ümumi razılığa gələ bilməmələri və yekun Konvensiyanın imzalanmaması səbəbindən bu problem Xəzəryanı dövlətlər arasında əsas müzakirə mövzusu olaraq qalırdı. Ulu öndər Heydər Əliyevin problemin həlli istiqamətində səylərinin və xidmətlərinin böyük olduğunu xüsusi qeyd etməliyik. Ümummilli Lider daim bəyan edirdi ki, Xəzər sülh, əməkdaşlıq dənizi olmalıdır.
2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə Toplantısı çərçivəsində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiya imzalandı. Həmin vaxt Qazaxıstan Prezidenti Konvensiyanın imzalanmasını görülən işlərin kulminasiyası adlandırmışdı. Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirib. 2017-ci ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirir. Həmçinin Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, ölkələri bir-birinə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir. Bütün bunlar ölkələrimiz üçün əlavə imkanlar yaradır. Bu layihələr öncə iqtisadi rifahdır, ölkələrimizin dünya miqyaslı mühüm tranzit qovşağa çevrilməsidir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihədən danışmaq qeyri-mümkündür. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri dövlətlər, xalqlar arasında dostluq körpüsü yaradır. Bu layihələr iştirakçı dövlətlərlə yanaşı, dünya ölkələrinin də uzunmüddətli iqtisadi inkişafına böyük töhfələr verir. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq regionda sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Xəzəryanı dövlətlər arasında ikitərəfli əlaqələrin genişlənməsi onların beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıqlarının yeni prioritetlər üzrə inkişafında mühüm rol oynayır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası illər keçdikcə genişlənərək 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 2018-ci ildə bu nəhəng layihənin rəsmi açılışının keçirilməsi, nəhayət, 2020-ci il dekabr ayının 31-də TAP-ın icrası Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi ilə başa çatdı. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu hər bir layihənin uğurlu sonluqla başa çatmasını əməli işi ilə təsdiq edir.
Zirvə görüşlərinin münasibətlərin yaxınlaşmasında, ölkələrin malik olduqları imkanların təqdimatında və bu fonda yeni layihələrin gündəmə gətirilməsində stimulverici amildir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Zirvə Toplantısı Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq.

Nizami Verdiyev
YAP Laçın rayon təşkilatının fəalı

Oxunub: 419
Paylaş:
Digər xəbərlər

Gündəm

14-06-2022, 06:53

“Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur.”

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
Bugün, 09:58
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
Hadisə
Bugün, 10:08
Rus polkovnikin avtomobili partladıldı
6-11-2026, 09:51
Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
28-10-2026, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
Son xəbərlər
  • Bugün, 16:52
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri, Binəqədi rayonunun Novxanı bağlar massivində keçirilmişdir. 12.11.2026
  • Bugün, 12:45
    Nuranə Abdullayevadan Qaradağ rayonunun icra başçısına müraciət: Səngəçalda yağış yağanda evləri su basır
  • Bugün, 11:45
    Gələn il mediaya 68,4 milyon manat ayrılacaq
  • Bugün, 11:43
    Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
  • Bugün, 10:42
    Teymur Musayev Baş nazirin müavini kimi ilk çıxışını edib
  • Bugün, 10:08
    Rus polkovnikin avtomobili partladıldı
  • Bugün, 10:05
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Bugün, 09:58
    Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub
  • Bugün, 09:51
    Avropanın 50 lideri Dublində toplaşır
  • Bugün, 09:24
    Bu gün Millətlər Liqasında V tur başlayır - TƏQVİM
  • Bugün, 09:19
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Bugün, 09:14
    Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
  • Bugün, 09:12
    Putin KTMT sammitində Ukrayna məsələsini müzakirə edib
  • Bugün, 09:03
    İran ABŞ-ni xəbərdar etdi: “Avropadakı hərbi bazalarınız da hədəf olacaq”
  • Bugün, 09:00
    Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış
  • Bugün, 08:56
    Bakının bu yollarında tıxac var
  • Bugün, 08:46
    Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
  • Bugün, 04:04
    Kanal15.tv saytının təsisçisi və baş redaktoru Nuranə Abdullayevadan Natiq Əliyevə təşəkkür
  • Dün, 10:28
    Əliyev-Paşinyan görüşündə nələr müzakirə olunacaq? - AÇIQLAMA
  • Dün, 10:26
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • Dün, 09:50
    Qəzza əməliyyatlarından Knesset sədrliyinə - Matan Kahana kimdir?
  • Dün, 09:47
    ADY yükdaşımanı 13 % artırıb
  • Dün, 09:41
    “Azeri Light” ucuzlaşdı
  • Dün, 09:38
    Zəngəzur dəhlizi üçün tarix açıqlandı: 2028-ci ildə Naxçıvana quru yol açılır?
  • Dün, 09:37
    Avro ucuzlaşdı, rubl bahalaşdı - Dollar isə...
  • Dün, 09:32
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • Dün, 09:29
    Ukrayna Rusiyanın ən böyük neft terminalını vurdu
  • Dün, 09:16
    24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
  • Dün, 09:12
    Paşinyan Putini saymadı: Moskvaya getmədi - İrəvan cəzalandırılacaq?
  • Dün, 09:02
    Pezeşkian Türkiyəyə gedir
  • Dün, 09:00
    İsraildə yeni parlament fəaliyyətə başladı
  • Dün, 08:57
    Paşinyan Türkiyəyə getdi
  • Dün, 08:55
    Paytaxtda 15 istiqamətdə tıxac var
  • Dün, 01:33
    İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
  • 10-11-2026, 11:19
    Bərdədə təhsil idarəsi ətrafında qalmaqallı iddia: Rəhbərə avtomobil hədiyyə edildiyi bildirilir
Daha çox
6-11-2026, 15:22
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçlğı ilə “8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. 06.11.2026
Dün, 01:33
İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
5-11-2026, 20:57
Şəhid övladının işlə təmin olunması ilə bağlı şikayət: Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyindən araşdırma tələb olunur
6-11-2026, 14:24
Qəbələdə vətəndaşlarla görüş keçirilib müraciətlər dinlənilib
7-11-2026, 18:11
"General-mayor" rütbəsi alan zabitlər kimdir?
6-11-2026, 22:53
Zəfər Gününə həsr olunmuş karate turnirində şagirdlərimiz uğur qazanıblar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə