ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts arasında görüş keçirilib.
Xebernur.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Kvin məlumat verib.
Bildirilib ki, görüş Vaşinqtonda baş tutub.
"Səfir Lilit Makunts ilə bu dəfə Vaşinqtonda görüşmək həmişə xoşdur. ABŞ-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi və dərinləşdirilməsi istiqamətində birgə səylərimiz haqqında yaxşı fikir mübadiləsi apardıq", - deyə ABŞ səfiri qeyd edib.