Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin görüşü keçirilir.
Xəbər verilir ki, görüşdə iştirak edən Qarabağ ermənilərinin nümayəndələrinin birinin kimliyi dəqiqləşib. Belə ki, Xankəndidən Yevlaxa gələnlərdən biri Qarabağ separatçılarının sondarma “parlamenti”nin üzvü, “Artsax Demokratik Partiyası” adlı "fraksiyanın" rəhbəri Davit Melkumyandır.
Azərbaycanın sentyabrın 19-da Qarabağda başladığı antiterror tədbirlərindən 23 saat 43 dəqiqə sonra separatçılar təslim olduqlarını bəyan ediblər. Nəticədə Rusiya sülhməramlı kontingentinin vasitəçiliyilə antiterror tədbirləri dayandırılıb.