• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin qurulmasında önəmli amil

Siyasət

29-11-2023, 11:14

Bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin qurulmasında önəmli amil
Artıq Azərbaycan beynəlxalq arenada qətiyyətlə öz sözünü deyir.İstər Avrasiya məkanında istər qərbdə,istərsədə Türkdilli dövlətlər birliyində ölkəmizin xüsusi önəmli fəaliyyəti vardır. Keçirilən tədbirlərin hər birində ölkəmiz söz sahibidir.Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Qeyd edək ki, SPECA-ya üzv dövlətlərin Zirvə görüşü Azərbaycanın təşəbbüsü ilə 25 ildə ilk dəfə keçirildi. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricisi oldu. Ən əsası Azərbaycanın dünyaya nümunə olan dayanıqlı inkişaf modeli ölkəmizin bu təşəbbüslərində öz əhəmiyyətli rolunu oynayır.Dövlət başçısı İlham Əliyevin Zirvə görüşündəki çıxışında da bu məqamlar xüsusi yer tutur. “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb. Dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.Uğurlarımızı şərtləndirən mühüm amillərdən biri də dövlətimizin müstəqil siyasətidir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki. müstəqil iqtisadi inkişafa malik olan ölkə siyasətində müstəqil ola bilər. Azərbaycan bu baxımdan daim nümunə göstərilir. Azərbaycanın bugünkü sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə müstəqil iqtisadi siyasətin özünün uğurlu nəticələrini verdiyini böyük əminliklə qeyd edə bilərik. Tarixən neft ölkəsi olan Azərbaycan iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü inkişafa yol açdı. Bu, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Son 20 ildə neft siyasətinin mətiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın inkişafına xüsusi önəm verməsi, iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasına çağırışlar etməsi bugünkü reallıqlarda öz sözünü deyir. Son 20 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Dövlət başçısı İlham Əliyevin Zirvə görüşündəki çıxışı iqtisadi imkanlarımızın təqdimatı oldu. Belə ki, Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.Qeyd etdiyimiz kimi, bunlar Azərbaycanın müstəqil iqtisadi siyasətinin nəticəsidir. Dövlət Başçısı həmçinin vurguladı ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil,onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.Zirvə görüşündə iştirak etmək üçün Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri ölkəmizdə işgüzar səfərdə oldular. Dövlət başçısı İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak etdilər. Belə bir əminlik də qeyd edildi ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Qeyd edək ki, tarixi Zəfərimizdən sonra xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması istiqamətində uğurlar aydın şəkildə özünü nümayiş etdirir. O da məlumdur ki, noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ölkəmizdə rəsmi səfərdə oldu. Cənab İlham Əliyev qeyd etdi ki, bu, ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Səfərin çox yaxşı nəticələr verəcəyinə əminlik ifadə olundu. İqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlər müzakirə edildi. Prezident Əbdüllətif Camal Rəşid qeyd etdi ki, iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik. Səfər çərçivəsində əlaqələrin inkişafında hüquqi baza olan sənədlər imzalandı.Azərbaycanla İraq Respublikası arasında illərdən bəri davam edən dostluq münasibətləri qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır.
Göründüyü kimi ölkəmiz suveren dövlət kimi öz prinsiplərinə sadiqdir.Beynəlxalq arenadada artıq Azərbaycanın sözünün çəkisi və əhəmiyyəti diqqəti cəlb edir.Həmçinin onu da vurgulamaq lazımdır ki,Azərbaycan dünya dövlətləri üçün sərfəli və etibarlı tərəfdaşdır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Oxunub: 353
Paylaş:
Digər xəbərlər

Gündəm

22-11-2023, 14:20

Prezident Bakıda sərgi açılışında

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
Bugün, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Bugün, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • Bugün, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • Bugün, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • Bugün, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • Bugün, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • Bugün, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • Bugün, 09:24
    Paşinyan Almaniyaya getdi
  • Bugün, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • Dün, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • Dün, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • Dün, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • Dün, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • Dün, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • Dün, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • Dün, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • Dün, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • 16-09-2026, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
Bugün, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
16-09-2026, 16:54
Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə