• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Pakistan hər dövlət başçısını belə qarşılamır: İslamabad-Bakı qardaşlığı

Siyasət

12-07-2024, 11:57

Pakistan hər dövlət başçısını belə qarşılamır: İslamabad-Bakı qardaşlığı
İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistana rəsmi səfər edib. Prezident İlham Əliyevin qarşılanma mərasimi yüksək səviyyədə təşkil edilib. Belə ki, Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən Pakistan HHQ-nin qırıcıları havaya qaldırılıb. İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.


İlham Əliyevin Pakistan səfərini şərh edən VI çağırış Milli Məclisin Azərbaycan-Pakistan Parlamentlərarası İşçi Qrupunun üzvü Musa Quliyev bildirib ki, bunu tarixi hadisə adlandırıb:


"Cənab İlham Əliyevin Pakistana gedişi iki dost və qardaş ölkə arasındakı münasibətlərin daha yüksək, yəni strateji müttəfiqlik müstəvisinə çatdırılmasına xidmət edən səfər oldu. Cənab Prezident üçün ən yüksək səviyyədə qarşılanma mərasimi keçirildi. Pakistan İslam Respublikası hər gələn dövlət başçısını, qonağı belə qarşılamır. Cənab İlham Əliyevin belə yüksək qarşılanması onun şəxsiyyətinə, həm də Azərbaycan xalqına Pakistan dövlətinin hörmət və ehtiramının nümayişi idi. Pakistan və Azərbaycan uzun illərdi bir-birini dəstəkləyən dövlətlərdir. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Pakistandır. 30 il ərzində torpaqlarımız işğal altında olduğu müddətdə Pakistan dövləti həmişə yanımızda olub, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəkləyib. Eyni zamanda İkinci Qarabağ müharibəsində də Pakistanın qardaş dəstəyini gördük. Cənab Prezidentin də dediyi kimi, müharibənin davam etdiyi 44 gündə Azərbaycan, Türkiyə və Pakistan bayraqları bir yerdə dalğalandı. Bu da münasibətlərimizin qardaşlıq səviyyəsində olduğunun göstəricisiydi".
Ətraflı



M.Quliyev vurğulayıb ki, Pakistan Baş nazirinin Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında söylədiyi fikirlər diqqətçəkən olub:


"Baş nazir Şahbaz Şərifin "indi daha İslamabadı Azərbaycan memarları tikəcək, İslamabad da artıq Bakıya oxşayacaq" deməsi Azərbaycanın paytaxtına verilən böyük qiymətdi. Burada imzalanan sənədlərin olduqca böyük miqyaslı, müxtəlif çeşidli olması göstərir ki, ölkələrimiz arasındakı münasibətlər bundan sonra daha geniş olacaq və inkişaf edəcək. Bizim hərbi, siyasi, iqtisadi, mədəni, elm sahələrində əməkdaşlığımızı daha da genişləndirmək üçün bu müqavilələr imzalandı. Bu, Pakistanın Azərbaycana daha da yaxınlaşmasına imkan yaradacaq. Pakistan böyük dövlətdir. Nüvə silahı olan yeganə islam dövləti Pakistandır. Pakistanın bizim yanımızda olması milli təhlükəsizliyimizi daha da artıran faktorlardan biridir. Eyni zamanda Pakistanla Azərbaycan arasında iqtisadi əlaqələrin qurulması, onun da Orta Dəhlizə qoşulması həm mal dövriyyəsinin artmasına, həm də iqtisadi əməkdaşlığımızın möhkəmlənməsinə səbəb olacaq. Prezidentimizə Pakistanda yüksək səviyyətə diqqət və hörmətin göstərilməsi bu ölkədə cənab İlham Əliyevin nə qədər böyük nüfuz sahibi olması ilə bağlıdır. Azərbaycan həmişə Kəşmir məsələsində Pakistanın yanında olub, bu ölkənin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyib. Dünənki mətbuat konfransında da hər iki ölkə rəhbəri tərəfindən bu fikir səsləndi".


M.Quliyev Bakı və İslamabadın qardaşlaşmasından da bəhs edib:


"Ümumiyyətlə, iki ölkə arasında dostluq münasibətləri 30 ildən çoxdur ki, davam edir. Dəfələrlə, qardaş-dost ölkələrin rəhbərləri, parlamentariləri, baş nazirləri və müxtəlif səviyyədə nazirləri görüşüblər. Amma bu görüş bütün o görüşlərin fövqündə dayanan Zirvə görüşüydü. Bundan sonra münasibətlərimiz daha ciddi şəkildə inkişaf edəcək. Cənab Prezidentin söylədiyi kimi, Azərbaycanın Pakistana, xüsusilə İslamabad şəhərinə 2 milyard dollara qədər investisya yatırtması barədə qərar qəbul etməsi çox ciddi əməkdaşlıqdan xəbər verir. Bu, hər iki dövlətin və xalqın mənafeyinə xidmət edən əhəmiyyətli səfər oldu. Bakı və İslamabadın qardaşlaşması haqda müqavilənin imzalanması həm xoş münasibətin göstəricisi, həm də şəhərlərimiz arasında gediş-gəlişin, turizm, mədəni və humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Digər şəhər və rayonlarımızın da Pakistanın müxtəlif şəhər və rayonları ilə qardaşlaşması prosesi davam edəcək".

Oxunub: 262
Paylaş:
Digər xəbərlər

Gündəm

12-07-2024, 10:31

İlham Əliyevin Pakistan Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir

Gündəm

22-03-2023, 08:37

Pakistan Prezidenti Azərbaycan xalqını TƏBRİK ETDİ

Gündəm

14-08-2022, 11:02

Azərbaycan XİN-dən Pakistana TƏBRİK

Gündəm

1-11-2023, 11:15

Prezident Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanını qəbul etdi

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
Bugün, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Bugün, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • Bugün, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • Bugün, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • Bugün, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • Bugün, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • Bugün, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • Bugün, 09:24
    Paşinyan Almaniyaya getdi
  • Bugün, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • Dün, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • Dün, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • Dün, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • Dün, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • Dün, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • Dün, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • Dün, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • Dün, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • 16-09-2026, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
Bugün, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
16-09-2026, 16:54
Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə