• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr tarixi köklər üzərində qurulub – Aqil Məmmədov

Siyasət

11-08-2024, 16:41

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr tarixi köklər üzərində qurulub – Aqil Məmmədov
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfəri vacib əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ilə Azərbaycan əlaqələrinin yüksək inkişaf dinamikası bu xüsusda mühüm önəmə malikdir. Prezident İlham Əliyev də Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışında olduqca önəmli mesajlar səsləndirib.Bunu Dovletxeberlerinə Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı ölkəmizin başçısına göstərilən yüksək hörmət və ehtiramın göstəricisidir: “Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri reallaşıb. Sözsüz ki, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region kimi çıxış edir. Bu sözsüz ki, qardaşlıq münasibətlərinin təzahürüdür. Eyni zamanda Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək də qardaşlıq münasibətlərinin xarakterini göstərir. Ölkəmizin başçısı da vurğulayıb ki, Azərbaycan ərazisində Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. Amma Azərbaycan ərazi bütövlüyünü və suverenlyini bərpa etdikdən dərhal sonra Ermənistanın işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır ki, bunun fonunda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Azad edilmiş ərazilərdə məhz qardaşlıq dəstəyinin göstəricisi olaraq ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməli qoyulub. Bütün bunlar dostluq, qardaşlıq əlaqələrimizin təzahürü hesab edilir”.
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr tarixi köklər üzərində qurulub – Aqil Məmmədov
Millət vəkili ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin hazırkı təhdidlərə qarşı mühüm bir mesaj olduğu ölkəmizin başçısı tərəfindən ifadə edildiyini söyləyib: “Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafının vacib göstəricisidir. Eyni zamanda Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlı olduğu qeyd edilib. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlıq sahəsində atılan ilk mühüm addımdır. Bununla yanaşı qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın daha da genişləndirilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmi xüsusi ilə vurğulanmalıdır. Paralel olaraq da Azərbaycanla Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında fəal investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. “Rəqəmsal İpək Yolu” layihəsi isə rəqəmsal təhlükəsizliyin vacib elementi kimi mühüm önəm kəsb edir”.Aqil Məmmədov vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edib: “BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA mütləq qeyd olunmalıdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri də əməkdaşlın praktiki inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda COP29 iqlim konfransının Bakıda keçirilməsinin önəmi bir da vurğulanıb. Ölkəmizin başçısı bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcək. Bu ölkəmizin birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu göstərir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır”.

Oxunub: 278
Paylaş:
Digər xəbərlər

Siyasət

13-03-2024, 11:58

"Azərbaycanla Qazaxıstanın sıx işbirliyi Türk dünyasının inteqrasiyasına da təsir göstərəcək" - Millət vəkili

Gündəm

9-08-2024, 15:05

"Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindəndir"

Siyasət

29-11-2023, 11:56

SPECA-ya üzv dövlətlərin Bakıda ilk dəfə Zirvə görüşünün təşkili tarixi önəm daşıyır – Millət vəkili

Gündəm

14-09-2023, 10:35

İlham Əliyev Tacikistan getdi

Siyasət

5-07-2024, 11:12

Astana görüşləri: Azərbaycanın yeni reallıqda müəyyənləşdirdiyi strategiya – Aqil Məmmədov

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
Bugün, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Bugün, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • Bugün, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • Bugün, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • Bugün, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • Bugün, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • Bugün, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • Bugün, 09:24
    Paşinyan Almaniyaya getdi
  • Bugün, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • Dün, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • Dün, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • Dün, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • Dün, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • Dün, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • Dün, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • Dün, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • Dün, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • 16-09-2026, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
Bugün, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
16-09-2026, 16:54
Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə