• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

44 günlük Zəfər tariximiz

Siyasət

12-08-2024, 20:26

44 günlük Zəfər tariximiz
Bizim “QARABAĞ AZƏRBAYCANDIR” kəlməsini Azərbaycan tarixinə əbədi həkk edən Liderimiz var 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, biz qamətimizi düzəltdik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan rəhbərliyi ötən ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atanda yəqin düşünürmüş ki, bu, onlara itirilmiş ictimai nüfuzu qaytaracaq və yaxud Azərbaycan üzərində kiçik qalibiyyət belə onlara erməni cəmiyyətində lovğlanmaq üçün bir xeyli vaxt qazandıracaq. Amma bu dəfə onların fikirləşdiyi kimi olmadı, Vətən müharibəsi Ermənistanın siyasi konyukturasının bütün mənfur planlarını alt-üst etdi, 27 sentyabr tarixi onların dırnaqarası arzularının tükənən günü oldu. Azərbaycan xalqıöz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım geri çəkilməyib. Prezident İlham Əliyevin həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Xalq-Prezident-Ordu birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldu. Bütün dünya gördü ki, 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişəsinin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi.Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”.Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də bu mənfur plan alınmadı, Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi.Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyir. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bir il öncə döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi.

Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi. Biz kimin kim olduğunu gördük və çoxları nəhayət, anladılar ki, Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, dost və qardaş ölkələrin siyasi-mənəvi dəstəyi xalqımızın və dövlətimizin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu da ondan irəli gəldi ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir. Onun hakimiyyətdə olduğu illərdə ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil edib: Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək. Və bu da nəticə: Azərbaycan 30 ildir məruz qaldığı təcavüzü aradan qaldırdı, döyüş meydanında olduğu kimi, diplomatiya arenasında da qalib gəldi.Prezident İlham Əliyev vurğulayır ki, biz bu qələbəyə hər zaman hazırlaşırdıq. Dövlət başçısı bu sözləri deyəndə həm də ölkəmizin iqtisadi gücünü də nəzərdə tutur. Bu illər ərzində Azərbaycanda formalaşan iqtisadi potensial bizi bu qələbəyə addım-addım yaxınlaşdırdı. Bir vaxtlar “neftin pulları hara gedir” sualını verən bədxahlara 44 günlük Vətən müharibəsinin qalibiyyəti ən yaxşı cavab idi. Biz o pulları düşmənin başına yağış kimi yağan müasir silahlarda gördük. Biz o pulları Azərbaycanın güclü, bütün dünyanı mat qoyan samballı ordu quruculuğunda, Ali Baş Komandan İlham Əliyevin dünyanın 50 ən güclü ordusundan birinə çevirdiyi Azərbaycan Silahlı Qüvvələrinin rəşadətində, Vətən sevgisində gördük. Amma elə dəyərlər də var ki, onlar nə pulla alınır, nə də satılır. Bizim bu müharibədəki ən böyük üstünlüyümüz mənəvi bütövlüyümüz idi. Hakimiyyətdə olduğu dövrdə Azərbaycanda həm də millət quruculuğu prosesini həyata keçirən Prezident İlham Əliyev bizi mənən də qalib etdi. Biz bundan sonra başı dik, üzü ağ gəzəcəyik! Çünki biz qalib ölkənin vətəndaşlarıyıq. Bizim Qalib Ordumuz var! Bizim xalqın övladları - müstəqillik dövründə yetişən gənc nəsil tariximizi də, taleyimizi də ən ağır töhmətdən xilas edib, inanılmazı gerçəyə çevirib, bizə böyük Qələbəni yaşadıb!

Prezident İlham Əliyev savaşın gedişində millətin öndərliyini edərək elə bir tarix yazıb ki, bundan sonra Azərbaycanın gələcək inkişafı məhz həmin tarix üzərində bərqərar olacaq. Bundan sonra biz ölkəmizin gələcəyi ilə bağlı bütün planlarımıza parlaq Zəfərimizin rakursundan baxacağıq. Çünki Prezident ləyaqətli, qürurlu, heç kimdən asılı olmayan, heç kimin sözü ilə oturub durmayan xalq formulunun müəllifi kimi müasir Azərbaycanın unudulmaz salnaməsini yaradıb. Müharibənin ilk saatlarından həm də informasiya cəbhəsində üstünlüyü ələ alan dövlət başçısı az qala hər gün beynəlxalq media orqanlarına verdiyi müsahibələrdə haqlı davamızla yanaşı, Azərbaycanı da, xalqımızı da bütün dünyaya tanıdıb. Dünya bizim gücümüzü görüb. Dünya həm də Azərbaycan Prezidentini yenidən kəşf edib.Prezident İlham Əliyev deyir ki, “Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular”. Ona görə də bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi, işğal edilmiş torpaqları düşməndən azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, Şuşa şəhəri döyüşlə azad olundu. Hərb meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Bununla da Prezident İlham Əliyev minlərlə övladımızı itirməkdən xilas etdi.

İndi biz torpaqlarımıza Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti, milli şərəf lövhəmizibəzəyən igidlərin hesabına qayıdırıq. Ali Baş Komandanın bir sözünə minlər olub hərbi komissarlıqların önünə növbəyə düzülən, arxaya baxmadan, tərəddüd belə etmədən Vətəni qucaqlamağa gedən, silahına sarılıb canıyla-qanıyla “Qarabağ Azərbaycandır” hayqıran igidlərin sayəsində tarixi Zəfərə qovuşduq. Xalqımız öz şəhidlərini qürurla, “Vətən sağ olsun!” deyib qarşıladı, millət öz mənəvi dünyasının böyüklüyünü ortaya qoydu, bütöv vətən fəlsəfəsinə dəyərli tövhə verdi. Vətən uğrunda şəhid olan balasının tabutuna girən ananın, həyat yoldaşının nəşinə çiyin verən gənc qadının timsalında xalqın qeyrət hünəri kükrədi.Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında hərbçilərimizə xitabən dedi ki, siz öz qəhrəmanlığınızla xalqımızın üzünü ağ eləmisiniz! Bu, təkcə onların igidliyinə verilən qiymət deyildi. Prezident bununla həm də bundan sonra ictimai fikirdəki şəhid, qazi statusunu müəyyənləşdirdi. Qazilərimizin sağlamlıq durumlarının hər zaman nəzarətdə saxlanması, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət siyasəti yeni müstəviyə qədəm qoydu. Dövlət qurumları, ictimai-siyasi təşkilatlar, qeyri-hökumət təşkilatları, bütün cəmiyyət bu prosesə cəlb olundu, bu məsələ milli həmrəylik səviyyəsinə qaldırıldı. 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizəd Əli Şükür oğlu Məlikov

Oxunub: 1 388
Paylaş:
Digər xəbərlər

Gündəm

10-12-2022, 08:38

“Şanlı Zəfər tariximiz.”

Gündəm

6-11-2023, 09:59

Azərbaycan öz gücünü bütün dünyaya göstərdi

Siyasət

8-12-2023, 16:02

Böyük Qələbənin təntənəsi - ZƏFƏR PARADI

Gündəm

30-08-2023, 08:21

Türkiyədə Zəfər bayramı qeyd edilir

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
Hadisə
6-11-2026, 09:51
Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
28-10-2026, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
27-10-2026, 09:46
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
Son xəbərlər
  • Bugün, 10:28
    Əliyev-Paşinyan görüşündə nələr müzakirə olunacaq? - AÇIQLAMA
  • Bugün, 10:26
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • Bugün, 09:50
    Qəzza əməliyyatlarından Knesset sədrliyinə - Matan Kahana kimdir?
  • Bugün, 09:47
    ADY yükdaşımanı 13 % artırıb
  • Bugün, 09:41
    “Azeri Light” ucuzlaşdı
  • Bugün, 09:38
    Zəngəzur dəhlizi üçün tarix açıqlandı: 2028-ci ildə Naxçıvana quru yol açılır?
  • Bugün, 09:37
    Avro ucuzlaşdı, rubl bahalaşdı - Dollar isə...
  • Bugün, 09:32
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • Bugün, 09:29
    Ukrayna Rusiyanın ən böyük neft terminalını vurdu
  • Bugün, 09:21
    TƏBİB-dən yeni qanun gəlib Orxan həkimin işçisini işdən azad etdi
  • Bugün, 09:16
    24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
  • Bugün, 09:12
    Paşinyan Putini saymadı: Moskvaya getmədi - İrəvan cəzalandırılacaq?
  • Bugün, 09:02
    Pezeşkian Türkiyəyə gedir
  • Bugün, 09:00
    İsraildə yeni parlament fəaliyyətə başladı
  • Bugün, 08:57
    Paşinyan Türkiyəyə getdi
  • Bugün, 08:55
    Paytaxtda 15 istiqamətdə tıxac var
  • Bugün, 01:33
    İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
  • Dün, 11:19
    Bərdədə təhsil idarəsi ətrafında qalmaqallı iddia: Rəhbərə avtomobil hədiyyə edildiyi bildirilir
  • 9-11-2026, 09:03
    Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi
  • 9-11-2026, 09:00
    Bir sıra dağlıq və dağətəyi ərazilərə qar yağıb
  • 9-11-2026, 08:25
    Xankəndidə Prezidentin adından ziyafət verildi
  • 9-11-2026, 08:23
    “Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
  • 9-11-2026, 08:16
    Nəriman yenə ehtiyatda qaldı
  • 9-11-2026, 08:11
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • 8-11-2026, 19:10
    İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər – VİDEO – YENİLƏNİB
  • 8-11-2026, 14:54
    Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - Video
  • 8-11-2026, 14:33
    Şuşada Ərdoğanın rəsmi qarşılanmasına hazırlıq - GÖRÜNTÜLƏR
  • 8-11-2026, 13:42
    Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərə Səhiyyə naziri göz yumur
  • 8-11-2026, 13:24
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi
  • 8-11-2026, 13:21
    Azərbaycan xalqı bir olduqda, qarşısında heç bir qüvvə dayana bilməz
  • 8-11-2026, 09:41
    Mehriban Əliyevadan Zəfər Günü PAYLAŞIMI
  • 8-11-2026, 08:28
    Azərbaycanda Zəfər Günü qeyd olunur
  • 8-11-2026, 08:24
    Prezidentin köməkçisindən Zəfər Günü paylaşımı
  • 8-11-2026, 08:17
    Şuşanın azadlığından 6 il ötür
  • 7-11-2026, 21:31
    Bakı DYP-sindən yağışlı hava ilə bağlı sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Daha çox
6-11-2026, 10:29
Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərdən Cənab İlham Əliyevə müraciət etdi
6-11-2026, 11:43
Laçın Rayon sakini Orxan Cəbraylın qanunsuz əməllərindən Ombudsmana müraciət etdi
8-11-2026, 13:42
Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərə Səhiyyə naziri göz yumur
Bugün, 09:21
TƏBİB-dən yeni qanun gəlib Orxan həkimin işçisini işdən azad etdi
6-11-2026, 15:22
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçlğı ilə “8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. 06.11.2026
5-11-2026, 20:57
Şəhid övladının işlə təmin olunması ilə bağlı şikayət: Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyindən araşdırma tələb olunur
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə