• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanla İtaliya arasında yüksək səviyyəli siyasi təmaslar mövcuddur – Aqil Məmmədov

Siyasət

10-09-2024, 10:57

Azərbaycanla İtaliya arasında yüksək səviyyəli siyasi təmaslar mövcuddur – Aqil Məmmədov
Prezident İlham Əliyev İtaliyaya səfəri çərçivəsində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında olduqca mühüm mesajlar səsləndirib. Azərbaycan və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyəti önə çəkilib. 10 il öncə əldə edilən ikitərəfli bəyannamənin mahiyyətinə toxunulub. İki ölkə arasında əməkdaşlığın bir çox sahəni əhatə etdiyi qeyd edilib. Eyni zamanda Azərbaycanla İtaliya arasında yüksək səviyyəli siyasi təmasların bu xüsusda önəmi vurğulanıb.

Bunu Dovletxeberleri VI çağırış Milli Məclisin deputatı, YAP təmsilçisi Aqil Məmmədov deyib.

O qeyd edib ki, cənab Prezidentin də çıxışında vurğuladığı kimi Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır: “İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bu mənada milli təhlükəsizliyin ayrılmaz parçası olan enerji təhlükəsizliyi məsələsində hər iki ölkə sıx əməkdaşlığa malikdir. Ölkəmizin başçısı da çıxışında bildirib ki, Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu bir reallıqdır ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Məhz bu kontekstdə Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Sözsüz ki, Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə iş aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Bu amil əməkdaşlığın şaxələndirilməsinin bariz nümunəsidir. Eyni zamanda İtaliyanın beş aparıcı universiteti Azərbaycandan olan tərəf müqabilləri müştərək əməkdaşlıq edir ki, bu gələcək addımlar üçün mühüm əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulub. Cənab Prezident də qeyd edib ki, bu bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir”.
Azərbaycanla İtaliya arasında yüksək səviyyəli siyasi təmaslar mövcuddur – Aqil Məmmədov
YAP təmsilçisi bildirib ki, cənab Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini də diqqətə çatdırıb: “Vurğulanıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam edirdi. ATƏT-in Minsk Qrupu isə 28 il ərzində bu məsələdə heç bir addım atmağa nail olmayıb. Əslində bu reallıq ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüququn kifayət etmədiyini bir daha təsdiq edir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi ölkəmizin başçısı tərəfindən Beynəlxalq Forum iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd edildi ki, bununla da Azərbaycanın suveren ərazisində separatizmə birdəfəlik son qoyuldu. Azərbaycanın hazırda regionda daimi sülhün əsas təşviqedici faktoru kimi çıxış etdiyi də Forumda önə çəkilib. Ölkəmizin başçısı bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyası özü belə düzgün istiqamətdə atılan addımdır”.

Aqil Məmmədov vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyinin mühüm önəmi İtaliyadakı Forumda bir daha diqqətə çatdırılıb: “Ölkəmizdə bu mötəbər tədbirin digər tədbirlər kimi yüksək səviyyədə təşkili ilə bağlı ardıcıl proqram xarakterli işlər uğurla davam edir. 200-yə yaxın ölkənin iştirak edəcəyi Bakı COP29 beynəlxalq tədbiri Azərbaycanın qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulmasında önəmini artırmış olur. Azərbaycan COP29 tədbirlərini də ən yüksək təşkilatçılıq və təhlükəsiz şəraitdə keçirəcəyinə əminlik mövcuddur. Bundan öncə Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik edib. Bu təşkilat ölkəmizin sədrliyi dövründə olduqca mühüm nəticələr əldə edilib. Bütün bunlarla yanaşı Azərbaycan hər zaman sülh və əməkdaşlıq tərəfdarıdır. Bu xüsusda ölkəmiz hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin başa çatmasında da özünün sülh təşəbbüslərini ortaya qoymağa hazır olduğunu bəyan edib. Sözsüz ki, Azərbaycan dünyada aparıcı beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlara uyğun olaraq əməkdaşlıq edir. Azərbaycan 2001-ci ildə üzv olduğu Avropa Şurası ilə ötən dövrdə normal təmaslar qurub. Sözsüz ki, zaman-zaman Azərbaycana qarşı Avropa Şurası Parlament Assambleyasının qərəzli və birtərəfli yanaşmaları da olub. Ölkəmizin başçısı da Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan özünün suverenliyini tam şəkildə bərpa etdikdən bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası ölkəmizin nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Cənab Prezident açıq şəkildə bəyan edib ki, bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi: “Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq”. Azərbaycan isə münasibətləri yenidən bərpa etmək üçün ölkəmizin nümayəndə heyətinin Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyətinin bərpa edilməli olduğunu bəyan edib”.

Oxunub: 182
Paylaş:
Digər xəbərlər

Gündəm

6-09-2024, 09:43

İlham Əliyevin Romaya səfəri İtaliya mediasında

Gündəm

6-09-2024, 11:48

Prezident İtaliyada sessiyada çıxış edir - Canlı

Siyasət

19-07-2024, 21:43

Azərbaycan Avropa üçün vacib və etibarlı tərəfdaşdır – Aqil Məmmədov

Gündəm

6-09-2024, 11:40

İlham Əliyev İtaliyada Forumda iştirak edəcək

Gündəm

6-09-2024, 16:02

Prezidentin İtaliya səfəri başa çatdı

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Dün, 17:34
    Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
  • 18-09-2026, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • 18-09-2026, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • 18-09-2026, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • 18-09-2026, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • 18-09-2026, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 18-09-2026, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • 18-09-2026, 09:24
    Paşinyan Almaniyaya getdi
  • 18-09-2026, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • 17-09-2026, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • 17-09-2026, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • 17-09-2026, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • 17-09-2026, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • 17-09-2026, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • 17-09-2026, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • 17-09-2026, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
Dün, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə