• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Yazıçı: "Uşaqpulu"nu paylasaq, tənbəlləşmə baş verə bilər"

Sosial

1-06-2022, 23:00

Yazıçı: "Uşaqpulu"nu paylasaq, tənbəlləşmə baş verə bilər""Ərzaq böhranı aktual məsələ olaraq ölkələrin, hökumətlərin qarşısında durur. Bir çox ölkələr və beyin mərkəzləri çalışırlar ki, bununla bağlı olan problemlərin həlli ilə əlaqədar təkliflərini versinlər. Bu baxımdan Azərbaycanda da problem aktualdır. Ümumiyyətlə, qida ilə bağlı böhranın ikinci mərhələsinə daxil olmuşuq. Pandemiya, İkinci Qarabağ müharibəsi, dünyanın iqtisadi çöküşünün və iqtisadi problemlərin baş verməsi, eyni zamanda Rusiya ilə Ukrayna arasında gedən müharibə və ondan irəli gələn qlobal ərzaq böhranı, əlbəttə, Azərbaycana da təsirsiz ötüşmür. Dəfələrlə qeyd edildiyi kimi, qiymətlərin artması prosesi çox sürətli şəkildə olacaq və buna hazır olmaq lazımdır. Azərbaycanda yalnız uşaq qidaları məsələsi ilə bağlı deyil, hamilə qadınların qidalanması ilə bağlı da problemlər yaşayırıq"

Bunu Pravda.az-a yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

A.Əbilov qeyd edib ki, ölkədə orqanik qidalarla bağlı problemlər olduğundan gənc analar öz uşaqlarına süd verməkdə çətinlik çəkirlər: "Beləliklə də bununla boynuna böyük yük düşür və onlar qiyməti 30-40 manat olan iki günə bitən uşaq qidaları almalı olurlar. Halbuki BMT-nin, ÜST-ün tövsiyələrinə əsasən, analar uşaqlarına ən azı iki il, maksimum üç ilə qədər ana südü verməlidirlər, çünki ana südünü heç nə ilə əvəz etmək olmur. Bütün bu problemlərin fonunda bahalaşma da get-gedə artır. Azərbaycanda və dünyada bahalaşmanın qarşısını almaq üçün sosial paketlər hazırlanır. Cəmiyyətdə müzakirə edilən məsələlərdən biri də "uşaqpulu"nun verilməsi ilə bağlıdır. "Uşaqpulu" hansı formada verilməlidir, sosial yardım, müavinət, uşaq müavinəti şəklində, yoxsa uşaq qidalanmasının kuponu formasındamı? Bunu düşünməliyik. Vaxtilə qaçqın, məcburi köçkün pulu verməklə cəmiyyətə vətənadaşların işləməsini yadırğatdıq və nəticədə onlar tənbəlləşdilər. İndi də "uşaqpulu"nu paylasaq, yenə də tənbəlləşmə baş verə bilər. Ana, ata "Uşaqpulu"ndan xərcləri üçün istifadə məqsədi güdə bilər. Ona görə də təklif edirəm ki, bu, Rusiyada olduğu kimi, konkret olaraq, ya gənc ailənin ipoteka ilə ev götürməsinə xərclənsin, ya da sırf indiki vəziyyət nəzərə alınaraq uşaq qidaları formasında və ya həmin qidaları xüsusi nəzərdə tutulmuş satış yerlərindən götürmək üçün kuponlar vasitəsilə verilsin. Əlbəttə, yaxşı olar ki, Azrərbaycan ailələrinin sağlam qidalanması ilə bağlı dövlətin xüsusi proqramı olsun, çünki bu gün normal qidalanmayan körpə, sağlam böyüməyən uşağın sabah əlil olması, ailəsinə, dövlətə yük olması deməkdir. Həmçinin sabah onların işləməməsi ölkə iqtisadiyyatına mənfi təsiri, kənd təsərrüfatı və digər sahələrdə işçi qüvvəsinin olmaması deməkdir.
Həmçinin sabah onların işləməməsi ölkə iqtisadiyyatına mənfi təsiri, kənd təsərrüfatı və digər sahələrdə işçi qüvvəsinin olmaması deməkdir. Bunu da unutmaq lazım deyil ki, Azərbaycandan yalnız Rusiyaya işçi qüvvəsi miqrasiya edirdisə, indi Türkiyə, Avropa ölkələri, ABŞ, Kanada kimi ölkələrə köç başlayıb. B axın həm beyin baxımdan, həm də fiziki gənc işçi qüvvəsi olaraq sürətli şəkildədir. Sağlam təbəqənin Azərbaycanı tərk etməsi fonunda, sabah pensiya yaşına çatan, əlil insanların sayı artanda problemin nə qədər kəskin olduğunu görəcəyik. Mübahisə yaradan digər səbəb münaqişəli ailələrdə boşanma halı olarsa, "uşaqpulu"nun kimə verilməsi ilə bağlıdır. Biz bu problemi artıq şəhidlərimizə ayrılan müavinətlərlə bağlı məsələdə gördük. Onlara ayrılan müavinətlərlə bağlı həyat yoldaşları, ata-anaları, bacıları digər ailə üzvləri arasında münaqişələr yaranırdı. İndi də "uşaqpulu" pul formasında ayrılsa, boşanmış tərəflər başlayacaqlar bu səbəbdən mübahisə etməyə. Fikirləşməməliyik ki, ölkəyə neft pulu gəlir və onu yeyib qurtaraq. Fikirləşməliyik ki, niyə bu ölkədə indiyə qədər normal uşaq bezləri istehsal edilmir? O bezləri istehsal edənləri niyə inhisarçılar gəlib məhv etdilər? Əvvəllər 1-2 bez istehsal fabrik var idi. Bəs indi onlar hardadırlar? Niyə indiyə qədər ölkədə uşaq yeməyi istehsal edilmir? Azərbaycanda il boyu müxtəlif məhsulları yetişdirib, qida məhsulları istehsal etməyə şərait olduğu halda, kənd təsərrüfatı, meyvəçilik, tərəvəzçilik ölkədə inkişaf etdiyi bir vaxtda, digər ölkələr toyuq, yumurta, ət apardığı bir vaxtda niyə özümüz bu qidaları istehsal edə bilmirik? Niyə utanmırıq ki, bu ölkədə hələ də uşaq qidaları istehsal edilmir?! Bir ara Azərbaycanda süd məhsulları istehsal etməyə başladıq. Biz gördük ki, “ABAD” Azərbaycanda müxtəlif formada emal müəssisələrində qida məshulları istehsal etməyə başlayıb. Niyə Dövlət Neft Fondu Norvçedə, Avropada olduğu kimi, sıfır faizlə kredit verib uşaq yeməyi, körpələrlə bağlı müəyyən ərzaq məhsulları, qida məhsulları, o cümlədən də qeyri-qida məhsullarının istehsalına kömək etməsin? Nə vaxtda qədər xarici ölkələrdən məhsulları baha alaraq mədəni sürətdə dilənəcəyik? Niyə özümüz bunları istehsal edib, iş yerləri yaratmayaq, ərzaq təhlükəsizliyimizi təmin etməyək, gələcək nəslin sağlam böyüməsinə kömək etməyək? Bu qədər problemlərin olduğu bir vaxtda “neft pulu var, "uşaqpulu"muzu verin, onu da dağıdaq düşək Nigeriyanın, Venesuelanın vəziyyətinə, sonra hər şey düzələr” düşüncəsindəyik. Belə düşüncə ibtidai düşüncədir. Hardadır ölkədə yaranmış beyin mərkəzlərinin, iqtisadi və sosial məsələlərlə, tədqiqatlarla bağlı olan qurumların təklifləri? Niyə onlar təklifləri vermirlər? Hərəsi bir şirkət yaradıb, qohum-əqrabalarını işə düzəldiblər, amma bir beyin məhsulu, təklifi yoxdur. Bu məsələ ilə bağlı heç yerdə bir problematik məntiqli məsələ ortaya qoymurlar. Belə məsələləri biz qoymalıyıq müzakirəyə, yoxsa “uşaq pulu verilməlidir, ya yox”... Vəziyyət belə olduğu halda, əlbəttə, problemə münasibət heç bir xeyir verməyəcək".

Oxunub: 466
Paylaş:
Digər xəbərlər

Sosial

6-05-2022, 18:04

Yazıçı: "Gənc qızlar ya ərə getmə adı altında kimləsə "gəzir", ya da varlanmaq üçün..."

Sosial

19-04-2022, 10:35

Azərbaycanda çörək bahalaşa bilər – Dünya bazarındakı qiymət dəyişikliyinin MÜMKÜN TƏSİRİ.

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
Dün, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Dün, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • Dün, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • Dün, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • Dün, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • Dün, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • Dün, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • Dün, 09:24
    Paşinyan Almaniyaya getdi
  • Dün, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • 17-09-2026, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • 17-09-2026, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • 17-09-2026, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • 17-09-2026, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • 17-09-2026, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • 17-09-2026, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • 17-09-2026, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • 16-09-2026, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
Dün, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
16-09-2026, 16:54
Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə