• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Tibb müəssisələrində yoxlama - Nöqsanlar aşkarlandı

Cəmiyyət / Səhiyyə

1-05-2023, 09:50

Tibb müəssisələrində yoxlama - Nöqsanlar aşkarlandı
Cari ilin 4 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 12 tibb müəssisəsi monitorinqlərə cəlb edilib.



Bu barədə İTSDA-dan bildirilib.



Monitorinqlər Bakı şəhəri üzrə Xətai və Lökbatan tibb mərkəzlərində, Binəqədi rayonu ərazisindəki 10, 15, 35 saylı şəhər poliklinikalarında, Səbail rayonunun 33 saylı şəhər poliklinikasında, habelə Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Abşeron rayonunda fəaliyyət göstərən Hökməli, Qobu, Mehdiabad, Novxanı, Xırdalan ailə sağlamlıq mərkəzlərində keçirilib.



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində aparılan monitorinqlərin başlıca məqsədi icbari tibbi sığorta işinin təşkili prosesini qiymətləndirməkdir.



Qiymətləndirmə zamanı əsas götürülən meyarlar göndəriş vərəqəsinin rəsmiləşdirilməsi, qəbul və qeydiyyat prosesinin tənzimlənməsi, icbari tibbi sığorta haqqında maarifləndirici vasitələrin mövcudluğu, sığortaolunanların şikayətləri üzrə düzgün istiqamətləndirilməsi, tibb və qeyri-tibb işçilərinin icbari tibbi sığorta haqqında məlumatlılıq səviyyəsi, növbələrin düzgün idarə olunması və digər məsələləri əhatə edib.



Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, monitorinqlər icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.



“Monitorinqlər Agentliyin müvafiq struktur bölməsinin məsul əməkdaşlarından ibarət işçi qrupu tərəfindən aparılır. Ehtiyac olduqda digər struktur bölmələrin mütəxəssisləri də qrupa cəlb olunur. Monitorinqlər adətən planlı şəkildə, cədvələ uyğun aparılır. Əlavə olaraq müxtəlif səbəblərdən ən çox şikayət daxil olan tibb müəssisələri də monitorinq olunur. Qeyd edim ki, aprel ayından etibarən Agentliyin filialları tərəfindən monitorinqlər regionlarda təşkil edilir. Gələcəkdə analoji monitorinqlərin Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində də aparılması nəzərdə tutulur,” - H. İbrahimli qeyd edib.



O əlavə edib ki, monitorinqin nəticələri təhlil edildikdən sonra aşkarlanmış çatışmazlıqlar TƏBİB-ə təqdim edilir. Bir müddət sonra müvafiq tibb müəssisəsində ilkin yoxlama zamanı meydana çıxan problemlərin aradan qaldırılması ilə bağlı təkrar monitorinq aparılır. Çatışmazlıqlarla yanaşı xəstəxanalarda icbari tibbi sığortanın təşkili sahəsində əldə olunan uğurlu nəticələrlə bağlı məlumatlar toplanılaraq digər tibb müəssisələri ilə paylaşılır.



“Monitorinqlər nəticəsində məlum olub ki, bir sıra tibb müəssisələrində qeydiyyat prosesinin aparılması, növbələrin idarəedilməsi, göndərişlərin rəsmiləşdirilməsi ilə bağlı işlərin təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, pasiyent axınının effektiv idarəedilməsi üçün müvafiq xəstəxanalarda növbə tənzimləyən sistemin quraşdırılması təklif olunub. Həmçinin həkim qəbuluna qeydiyyatın “e-Tabib” mobil tətbiqi üzərindən aparılması məqsədəuyğun hesab edilib. Digər bir təklif tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətlər haqqında məlumatların gündəlik qaydada elektron sistemə daxil edilməsi ilə bağlıdır. Çünki olur ki, vətəndaş dövlət xəstəxanasından hər hansı xəstəxanaya göndərişlə müraciət etdikdə diaqnostik avadanlığın işləməməsi səbəbindən tələb olunan müayinədən keçə bilmir. Vaxtında məlumatlandırma isə vətəndaşlara daha operativ xidmətlərin göstərilməsinə və onların məmnunluğunun təmin olunmasına şərait yaradacaq”,— H. İbrahimli bildirib.



Monitorinqlər zamanı vətəndaşların ambulator tibbi xidmətlər üçün yaşadıqları ərazidən uzaq məsafədə yerləşən rayon mərkəzi xəstəxanalarına müraciət etmələri müşahidə olunub. Bu kimi hallar öz növbəsində mərkəzi xəstəxanaların yüklənməsinə səbəb olur. Qeyd edilən halların obyektiv səbəbi rayon ərazilərində yerləşən ailə sağlamlıq mərkəzlərinin olduqca dar sahədə xidmət göstərməsi ilə əlaqələndirilir. Yaranmış vəziyyətin aradan qaldırılması üçün ambulator-poliklinik tibb müəssisələrində ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi üçün zəruri addımların atılması təklif olunub. Təkliflərin əsas məqsədi vətəndaşlara yaşadıqları yer üzrə ilkin tibbi-sanitariya yardımını və ambulator tibbi xidmətləri əlçatan etməkdir.



Qeyd edək ki, ötən ilin oktyabr ayında başlanılan monitorinqlər artıq Bakı şəhərinin 1, 5, 6, 8, 9, 12, 17, 19, 24, 25 və 26 saylı şəhər poliklinikaları, 7, 12, 13, 20 saylı uşaq poliklinikaları, Kliniki Tibbi Mərkəz, Akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanasını əhatə edib.

Oxunub: 370
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Səhiyyə

26-09-2022, 11:55

100 yeni təcili tibbi yardım avtomobili alınacaq

Cəmiyyət / Səhiyyə

29-07-2022, 15:42

Laçınlılarla icbari tibbi sığorta haqqında maarifləndirici tədbir keçirilib

Səhiyyə

25-08-2021, 16:04

Tibb işçilərinin maaşına əlavələr ödənildi

Cəmiyyət / Səhiyyə

7-07-2021, 14:47

TƏBİB yoxlamalara BAŞLADI

Sosial

7-11-2019, 09:36

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq – RƏSMİ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • Dün, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • Dün, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • Dün, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • Dün, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • Dün, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • Dün, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • Dün, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • Dün, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • Dün, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Dün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Dün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Dün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • 3-08-2026, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • 3-08-2026, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • 3-08-2026, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • 3-08-2026, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • 3-08-2026, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • 3-08-2026, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • 3-08-2026, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • 3-08-2026, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • 3-08-2026, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • 3-08-2026, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • 3-08-2026, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • 3-08-2026, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • 3-08-2026, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
Daha çox
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə