• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Müstəqilliyin 70-ci əfvi: Yüzlərlə insan azadlığa qovuşacaq

Cəmiyyət

5-04-2024, 14:36

Müstəqilliyin 70-ci əfvi: Yüzlərlə insan azadlığa qovuşacaq
Bu ilin may ayında Azərbaycan əfv sərəncamının imzalanacağı gözləbilir. Aprelin 3-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları start götürüb. İclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Bu il komissiya ümumilikdə 700-dən çox müraciətə baxacaq.



Qeyd edək ki, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması dövlət quruculuğu prosesinin prioritet istiqamətlərindən birini təşkil edir. Burada humanizm siyasətinin biri də azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsidir. Belə ki, Azərbaycanda da bununla bağlı dövlət başçısı tərəfindən müxtəlif illərdə əfv haqqında sərəncamlar imzalanıb, həmçinin amnistiya aktları qəbul olunub.



İlk olaraq ölkədə məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub.



Məlumata görə, indiyədək Azərbaycanda 69 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Sözügedən humanist addımların nəticəsində minlərlə şəxs azadlığıa qovuşub.



Azərbaycanda ən böyük əfv sərəncamı isə ötən il olub. Belə ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan bu əfv sərəncamı müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır.



Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.


Qeyd edək ki, bu sərəncamlar nəticəsində azadlığa çıxan şəxslər arasında vaxtilə müxtəlif vəzifələrdə çalışan yüksək rütbəli məmurlar da var.



Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq həbs edilib. 2016-cı ildə isə Ə.İnsanovun həbs müddəti yeni ittihamlarla 7 il 5 gün artırılıb. Sabiq nazir 2019-cu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.



Keçmiş müdafiə naziri Rəhim Qazıyev 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 12 il həbsdə qalan Qazıyev 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.



Sabiq baş nazir Surət Hüseynov də əfv olunanlar arasındadır. O, 2004-cü ilin martın 17-də verilən əfv fərmanı ilə həbsdən azad edilib. Baş nazir vəzifəsini itirdikdən sonra Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi.



2016-cı ilin martın 17-də verilən əfv sərəncamı ilə azadlığa çıxanlar arasında prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev də olub. O, 2013-cü ilin iyununda tutularaq, məhkəmənin hökmü ilə qaçaqmalçılıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.



Əfv olunan digər bir məmur mədəniyyət nazirinin müavini Rafiq Bayramovdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilən sabiq nazir müavini 2020-ci ildə DTX tərəfindən keçirilən əməliyyatla həbs olunub.



O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 4 il 6 aya endirmişdi.



Cəzaların humanistləşdirilməsi prinsipi ölkənin mühüm prioritetlərindən sayılır. 2017-ci ildə Azərbaycan Prezidenti tərəfindən imzalanan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam, 2019-cu ildə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman bunun bariz sübutudur. 2017-2020-ci illərdə Cinayət Məcəlləsinə 600-dən artıq dəyişiklik edilib. Bu dəyişikliklər nəticəsində xeyli əməl dekriminallaşıb.

Oxunub: 250
Paylaş:
Digər xəbərlər

Gündəm

14-05-2022, 11:52

Əfv Komissiyası bu gün müraciətlərə baxacaq

Gündəm

7-03-2023, 16:36

Əfv Komissiyası növbəti iclasa TOPLAŞDI

Gündəm

14-02-2023, 15:43

Əfvlə bağlı daha 100 müraciətə baxıldı

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Bugün, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
24-09-2026, 09:44
Laçında yanğın - GÖRÜNTÜ
21-09-2026, 09:53
İş adamının nəvəsi qonşusunu güllələdi
Son xəbərlər
  • Bugün, 19:36
    Prezident və birinci xanım Formula 1-i izləyib - YENİLƏNİB
  • Bugün, 19:31
    Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
  • Bugün, 19:27
    Ağcabədidə ağır qəza: iki qardaş öldü
  • Dün, 15:50
    Naxçıvanın təhsil naziri vəzifəsindən azad edildi
  • Dün, 15:10
    Formula 2-də kütləvi qəza - yarışda fasilə yarandı
  • Dün, 13:36
    Həbib müəllim görüş keçirilib
  • Dün, 10:59
    Cavid Hüseynov vəzifəsindən ayrıldı - YENİ TƏYİNAT
  • Dün, 10:27
    İlham Əliyev İnvestisiya Forumu iştirakçılarına müraciət etdi
  • Dün, 09:51
    Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir
  • Dün, 09:13
    "Formula 2" Azərbaycan Qran-prisində qəza baş verib
  • Dün, 09:11
    “TikTok” 16,8 milyon dollar cərimə ödəyəcək
  • Dün, 09:09
    Ceyhun Bayramov Mirzoyanla görüşüb
  • Dün, 09:07
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • Dün, 09:05
    Putinin və Trampın xüsusi nümayəndələri görüşüblər
  • Dün, 09:03
    2015-ci ildən doğulanlara siqaret qadağan ediləcək
  • 24-09-2026, 19:16
    Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
  • 24-09-2026, 14:09
    Azərbaycanda 4 qız qaçırılıb
  • 24-09-2026, 13:29
    Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
  • 24-09-2026, 11:29
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • 24-09-2026, 11:23
    Azərbaycanın vizasız rejim tətbiq etdiyi ölkələr – SİYAHI
  • 24-09-2026, 10:32
    Bütün sosial ödənişlər sabah ödəniləcək
  • 24-09-2026, 10:29
    YAP-ın qurultayı oktyabrın 2-də keçiriləcək
  • 24-09-2026, 10:25
    Putin G20 sammitinə dəvət alıb - Yekun qərar hələ verilməyib
  • 24-09-2026, 09:44
    Laçında yanğın - GÖRÜNTÜ
  • 24-09-2026, 09:20
    Prezidentin geri qaytardığı qanunlara Parlamentdə yenidən baxacaq
  • 24-09-2026, 09:06
    Paşinyan Nyu-Yorkda Pezeşkianla görüşdü
  • 24-09-2026, 09:02
    Kiyevə raket hücumunda 2 nəfər ölüb, 6 nəfər yaralanıb
  • 24-09-2026, 08:54
    Ceyhun Bayramov “Tramp marşrutu”ndan danışdı
  • 23-09-2026, 15:38
    Yeni yaradılan iş yerlərdində maaşlar daha çox olacaq - DETALLAR
  • 23-09-2026, 15:35
    Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 MİLYON MANAT AYRILDI
  • 23-09-2026, 15:32
    Süni mayalanma sığorta hesabına həyata keçirilə bilər
  • 23-09-2026, 14:34
    Coğrafiya dərsliklərində Qarabağ xəritələri yenilənib – Nazirlik
  • 23-09-2026, 11:43
    Martin Ryan əfv edildi - SƏRƏNCAM
  • 23-09-2026, 11:23
    İlham Əliyev yeni səfiri qəbul edib
  • 23-09-2026, 11:20
    Mərkəzi Bankın inflyasiya proqnozu
Daha çox
22-09-2026, 14:36
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
24-09-2026, 19:16
Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
24-09-2026, 13:29
Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
Dün, 13:36
Həbib müəllim görüş keçirilib
Dün, 15:50
Naxçıvanın təhsil naziri vəzifəsindən azad edildi
Bugün, 19:36
Prezident və birinci xanım Formula 1-i izləyib - YENİLƏNİB
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə