ABŞ-ın iki generalı Ermənistanda keçirilən birgə hərbi təlimlərdə iştirak etməyə gəlib
Xəbər verilir ki, məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb.
Bildirilib ki, Ermənistana gələnlər 10-cu dağatıcı diviziyasının komandanı general-mayor Qreqori Anderson və ABŞ-ın Avropa və Afrikadakı qoşunlarının əməliyyat qərargahı rəisinin müavini briqada generalı Patrik Ellisdir.
Ermənistan-ABŞ birgə hərbi təlimi sentyabrın 11-də başlayıb və 20-dək davam edəcək. Hərbi tədbirə ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi iştirak edir.