• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığı üçün böyük potensial var” - Mehriban Vəliyeva

Gündəm

25-02-2025, 15:10

“Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığı üçün böyük potensial var” - Mehriban Vəliyeva
“Tarixi kökləri olan Azərbaycan–Pakistan münasibətləri müstəqillik dövründə daha da möhkəmlənib. Ölkəmizin müstəqilliyini ilk tanıyan ölkələrdən olan Pakistan beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanın mövqeyini müdafiə edib. Məhz bu ölkənin BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycana dair 822 nömrəli qətnamə qəbul olundu. İslamabadın Ermənistanın təcavüzünə münasibəti hər zaman birmənalı olub. Pakistan məhz Azərbaycan ərazilərini işğal etdiyinə görə, Ermənistanla diplomatik münasibətlər qurmayıb. Biz həm işğal dövründə, həm Vətən müharibəsində, həm də Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində qardaş ölkədən böyük dəstək görmüşük. Ona görə də Azərbaycan cəmiyyətində Pakistana qarşı münasibət yüksək səviyyədədir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə dövlət səfəri ölkələrimiz arasındakı əlaqələrin daha da güclənməsinə hesablanıb”.Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, Azərbaycan-Pakistan əlaqələri ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə daha da güclənib: “1995-ci ildə Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya, bir il sonra isə ulu öndər Heydər Əliyev dost ölkəyə səfər etdi. Səfərlər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün bir neçə saziş imzalanıb. 1997-ci ildə isə Azərbaycan Pakistanda öz səfirliyini açmaqla münasibətləri daha da genişləndirdi.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə Azərbaycan–Pakistan münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəldi. Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf 2004-cü ilin iyulunda Aərbaycanda rəsmi səfərdə oldu. Hökumətlər arasında turizm və gömrük işi sahəsində əməkdaşlıq haqqında sazişlər, habelə digər mühüm sənədlər imzalandı. Qeyd etdiyim kimi, Pakistan və Azərbaycan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini müdafiə edirlər. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Asiya Parlament Asamblenyası və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Ötən ilin sonunda Azərbaycan Pakistanın da dəstəyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv oldu. Bu da Azərbaycanın həm Pakistan, həm də digər üzv dövlətlərlə yeni əməkdaşlıq imkanlarına müsbət təsir göstərdi. Ötən il Bakıda təşkil olunan COP29 sammiti çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri zamanı imzalanan sənədlər əlaqələrin güclənməsi üçün hüquqi baza yaratdı. Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr də ildən-ilə genişləndirilir. İqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclaslarında ticarətin müxtəlif sahələrinin inkişaf perspektivləri müzakirə olunub. Kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları, hərbi sənaye və digər sahələrdə əməkdaşlığımız avam edir. İslamabad şəhərində Azərbaycan – Pakistan Ticarət və Sənaye Palatası fəaliyyət göstərir. Azərbaycanın neft-qaz, Pakistanın isə əczaçılıq, tekstil, aqrar və emal sənayesində əldə etidiyi uğurlar və təcrübənin qarşılıqlı mübadilələri iqtisadiyyatın inkişafına töhfələr verir. Azərbaycanın Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır. Ölkələrimiz arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir ki, bu da qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsinə, sahibkarlar üçün əlverişli şəraitin yaradılmasına müsbət təsir göstərir”.

M.Vəliyeva qeyd etdi ki, Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə sonuncu səfərində ən diqqətçəkən məqamlardan biri Dövlət Neft Şirkəti ilə “Pakistan State Oil Company Limited” və “Pakistan Refinery Limited” (PRL) müəssisələri arasında Anlaşma Memorandumunun imzalanması oldu: “Mayeləşdirilmiş təbii qaz yüklərinin, neft məhsullarının alqı-satqısı ilə bağlı sazişlər, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu yeni əməkdaşlıq imkanları yaradır. Səfər çərçivəsində həmçinin gömrük xidmətləri arasında fəaliyyətlərin səmərəliyinin artırılması, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalandı. Ölkələrimiz arasında iqtisadi əlaqələrimizin ildən-ilə artırılmasının nəticəsidir ki, Pakistan 2021-2022-ci illərdə Azərbaycana 9,7 milyon dollar, 2022-2023-cü illərdə isə 12 milyon dollar həcmində ixrac həyata keçirib. Pakistan şirkətləri bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya qoyuluşuna dəvət olunub. Pakistanın baş nazirinin bu səfəri zamanı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması da xüsusi əhəmiyyətə malikdir. Bu, hər iki ölkədə əmək bazarının müasir tələblərinə cavab verən, peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcəkdir”.

M.Vəliyeva sonda bir daha qeyd etdi ki, Azərbaycan ilə Pakistan arasındakı strateji əməkdaşlığın bağları çox güclüdür və uzun illərə söykənir: “Tarixi köklərə bağlı olan Pakistan dövləti bu gün həm İslam, həm də türk dünyası ilə sıx əməkdaşlıq edir. Bu gün Azərbaycanla Pakistan arasındakı sarsılmaz münasibətlər tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub”.

Oxunub: 174
Paylaş:
Digər xəbərlər

Siyasət

12-07-2024, 11:57

Pakistan hər dövlət başçısını belə qarşılamır: İslamabad-Bakı qardaşlığı

Siyasət

13-07-2024, 12:31

"Azərbaycan-Pakistan münasibətləri dünyada örnək götürülə bilər" - Aqil Məmmədov

Siyasət

15-07-2024, 13:02

Azərbaycan-Pakistan əlaqələri: Hər iki xalqın və dövlətin birliyinə söykənir – Aqil Məmmədov

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Dün, 17:34
    Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
  • 18-09-2026, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • 18-09-2026, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • 18-09-2026, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • 18-09-2026, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • 18-09-2026, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 18-09-2026, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • 18-09-2026, 09:24
    Paşinyan Almaniyaya getdi
  • 18-09-2026, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • 17-09-2026, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • 17-09-2026, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • 17-09-2026, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • 17-09-2026, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • 17-09-2026, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • 17-09-2026, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • 17-09-2026, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
Dün, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə