Türkiyə Prezidenti Rəcəb Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST"dən paylaşım edib.
Dovletinfo.az xəbər verir ki, bu barədə onun "Twitter" hesabında paylaşım edilib
O qeyd edib ki, dünyanın ən sevimli aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST"i "Bir millət, iki dövlət, tək festival" şüarı ilə Bakıda gerçəkləşdirilib.
"Azərbaycanla neçə belə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı, milli texnoloji həmləmizi birlikdə gerçəkləşdirməyi davam etdirəcəyik" - deyə paylaşımda bildirilir.
Türkiyə Prezidenti digər paylaşımında isə "Akıncı ile Azərbaycanda" yazıb.
Fotolarda Azərbaycan Prezidenti İlham Əliyev və Ərdoğan "Akıncı" PUA-larını imzaladığı görünür.