• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Maaş və pensiyalar artırılacaq? - Gələn ilin büdcəsindən gözləntilər müsbətdir

Gündəm / İqtisadiyyat

21-09-2022, 10:33

Maaş və pensiyalar artırılacaq? - Gələn ilin büdcəsindən gözləntilər müsbətdir
Maliyyə Nazirliyi 2023-cü il üzrə dövlət və icmal büdcələrin proqnozlarını açıqlayıb. Nazirliyin məlumatında qeyd edilib ki, 2023-ci ildə icmal büdcənin gəlirləri 32 milyard 939,4 milyon manat (ÜDM-nin 31,1 faizi) səviyyəsində proqnozlaşdırılıb. İcmal büdcə xərcləri isə növbəti ildə 37 milyard 883 milyon manat nəzərdə tutulub.



2023-cü ildə dövlət büdcəsinin gəlirlərinə gəlincə, bu, 30 milyard 720,7 milyon manat təşkil edəcək. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat olaraq hesablanıb.



Gələn ilin büdcəsi haqqında danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov proqnozların özünü doğruldacağını hesab edir. Deputat bildirib ki, 2023-cü ilin büdcəsi ilə əlaqədar proqnozlar cari ilin ilk 8 ayı ərazində Azərbaycanda mövcud olan iqtisadi vəziyyətə əsaslanır:
Maaş və pensiyalar artırılacaq? - Gələn ilin büdcəsindən gözləntilər müsbətdir

“2022-ci ilin ilk 6 ayında ümumdaxili məhsul təxminən 64 milyard manata yaxın olub. Bunun yarıya qədərini qeyri-neft sektorundan daxilolmalar təşkil edir. İnkişaf etmiş ölkələrdə inflyasiya 6.6 faiz əhatəsində olubsa, Azərbaycanda 12.9 faizə yaxın idi. Amma bu, statistik ortalama rəqəmlərdir. Bizdə elə ərzaq məhsulları var ki, 30-40 faiz inflyasiyaya məruz qalıb. Qiymət artımı hələ də problemdir.



İxrac əməliyyatlarında 24.8 milyard dollara yaxın dövriyyədən söhbət gedir. Burada 12 milyarda yaxın müsbət xarici ticarət saldosu var. Qeyri-neft sektorunda isə cəmi 1.85 milyard dollar artım olub. Az olsa da müsbət irəliləyiş mövcuddur. Bu rəqəmlər göstərir ki, 2022-ci ilin ikinci yarım ilində neftin və qazın qiyməti yüksək qalacaqsa, 2023-cü ildə verilən proqnozlar özünü doğruldacaq.



2023-cü ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Hazırda neftin qiyməti 100 dollara yaxındır. Qazın isə qiyməti get-gedə artır, bu yanacağa tələbat böyükdür, Rusiya qaz ixracını kəskin azaldır və s. Bütün bunlar proqnozların özünü doğruldacağına zəmin yaradır”.

Maaş və pensiyalar artırılacaq? - Gələn ilin büdcəsindən gözləntilər müsbətdir

Vahid Əhmədovun fikrincə, 2023-cü ildə də prioritet sahələrə daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Bu, müdafiə, təhlükəsizlik məsələləri, sosial və kənd təsərrüfatı sahələridir:



“2022-ci ildə əməkhaqqı 20 faizə qədər artırıldı. Amma müavinətlər və pensiyalarda, təqaüdlərdə problemlər var. Qiymət artımının yüksək olduğunu nəzərə alaraq, sosial müavinətlərə yenidən baxmaq lazımdır.



Kənd təsərrüfatı bizim üçün çox əhəmiyyətli sahədir. Dövlət bura böyük subsidiyalar, dotasiya ayırır. Amma hesab edirəm, bu sahəyə vəsait ayrılması prioritet olaraq qalmalıdır.



Qazilərimizin və şəhid ailələrinin problemləri 2023-cü ildə həlsiz qalmamalıdır. Siyahıya 80 şəhidimiz daha əlavə olunub. Onların ailələrinə də xüsusi diqqət göstərilməlidir. Milli Məclisdə bununla əlaqədar dinləmələr keçiriləcək ki, problemlər araşdırılsın.



2023-cü ildə öndə olacaq məsələlərdən biri də ərzaq təhlükəsizliyidir. Bununla əlaqədar ölkə başçısı tapşırıqlar verir. Əhalinin ərzaq təminatı normal həyata keçirilməlidir. Aztəminatlı ailələrə yardımlar edilməlidir”.
Maaş və pensiyalar artırılacaq? - Gələn ilin büdcəsindən gözləntilər müsbətdir

2023-cü il üzrə təqdim edilən makroiqtisadi göstəricilərə əsasən idxalın həcmi 21,2 milyard manat nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən idxalından 4,7 faiz çoxdur. İdxalın artmasının səbəbinə toxunan iqtisadçı-deputat bunun qiymət artımı ilə əlaqədar olduğunu söyləyib:



“Bizim xaricdən idxal etdiyimiz məhsulların qiyməti yüksəlib. Nəzərə almalıyıq ki, xarici ölkələrdən qiymət artımını da idxal edirik. Bu bütün dünyanın problemidir.



Hazırda ən aktual məsələlərdən biri məhz ərzaq təhlükəsizliyidir. Bununla əlaqədar danışan iqtisadiyyat naziri Mikayıl Cabbarov qıtlıq gözlənildiyini demişdi. Amma mən o dərəcədə qıtlığın olacağını düşünmürəm. Çünki Azərbaycan hökuməti, İqtisadiyyat Nazirliyi, digər qurumlar kifayət qədər tədbir görürlər. Çalışırlar, Azərbaycana taxıl, un, ərzaq buğdası artıqlaması ilə idxal edilsin və problem olmasın. Azərbaycanın kifayət qədər vəsaiti - 55 milyard dollardan çox ehtiyatı var. Dünyanın istənilən bölgəsindən istənilən məhsulu alıb, ölkəyə gətirə bilərik. Ona görə, ərzaq qıtlığının yüksək səviyyədə yaşanacağını zənn etmirəm”.
Maaş və pensiyalar artırılacaq? - Gələn ilin büdcəsindən gözləntilər müsbətdir

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması planlaşdırılır. Bununla əlaqədar məsələyə toxunan Vahid Əhmədov bildirib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəlməsinə də diqqət artırılır:



“Qarabağda artıq buğda istehsalına başlanıb, kənd təsərrüfatının canlanması üçün işlər görüləcək. Əsas məsələ əhalinin torpaqlara qaytarılmasıdır. Bundan sonra hər şey öz həllini tapacaq.



Hesab edirəm ki, 2023-cü ildə əsas hədəflərimizlə bərabər qazilərlə işin gücləndirilməsinə, şəhid ailələri və müharibə iştirakçılarına diqqətin artırılmasına önəm verilməlidir. Hər bir Vətən müharibəsi iştirakçısı ilə təkbətək məşğul olmaq lazımdır ki, onların heç bir psixoloji problemləri qalmasın. Biz bu şəxslərə minnətdar olmalıyıq. Qazilərlə əlaqədar müəyyən hadisələr baş verib, bu olmamalıdır. Milli Məclisdə də məsələnin müzakirəyə çıxarılmasını dəfələrlə tələb etmişəm. Problem nədir? Ölkə başçısı həmişə şəhid ailələrini və qaziləri diqqətdə saxlayır. Birinci vitse-prezident Mehriban Əliyevanın sosial sahəyə diqqəti böyükdür. Qaziləri xarici ölkələrə müalicəyə göndərirlər. Görünür ki, bəzi məqamlarda çatışmazlıq var və biz bunu aradan qaldırmalıyıq”.

Oxunub: 468
Paylaş:
Digər xəbərlər

Siyasət

13-04-2022, 07:49

Maliyyə naziri: “Qarabağın yenidən qurulması proqramının icrası üçün büdcədən 2,2 milyard manat ayrılıb”

Sosial

28-06-2022, 14:44

Nəhayət! Azərbaycanda uşaqlara bu qədər pul VERİLƏCƏK - Komitə sədrindən RƏSMİ AÇIQLAMA

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
Hadisə
6-11-2026, 09:51
Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
28-10-2026, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
27-10-2026, 09:46
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
Son xəbərlər
  • Bugün, 11:19
    Bərdədə təhsil idarəsi ətrafında qalmaqallı iddia: Rəhbərə avtomobil hədiyyə edildiyi bildirilir
  • Dün, 09:03
    Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi
  • Dün, 09:00
    Bir sıra dağlıq və dağətəyi ərazilərə qar yağıb
  • Dün, 08:25
    Xankəndidə Prezidentin adından ziyafət verildi
  • Dün, 08:23
    “Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
  • Dün, 08:16
    Nəriman yenə ehtiyatda qaldı
  • Dün, 08:11
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • 8-11-2026, 19:10
    İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər – VİDEO – YENİLƏNİB
  • 8-11-2026, 14:54
    Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - Video
  • 8-11-2026, 14:33
    Şuşada Ərdoğanın rəsmi qarşılanmasına hazırlıq - GÖRÜNTÜLƏR
  • 8-11-2026, 13:42
    Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərə Səhiyyə naziri göz yumur
  • 8-11-2026, 13:24
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi
  • 8-11-2026, 13:21
    Azərbaycan xalqı bir olduqda, qarşısında heç bir qüvvə dayana bilməz
  • 8-11-2026, 09:41
    Mehriban Əliyevadan Zəfər Günü PAYLAŞIMI
  • 8-11-2026, 08:28
    Azərbaycanda Zəfər Günü qeyd olunur
  • 8-11-2026, 08:24
    Prezidentin köməkçisindən Zəfər Günü paylaşımı
  • 8-11-2026, 08:17
    Şuşanın azadlığından 6 il ötür
  • 7-11-2026, 21:31
    Bakı DYP-sindən yağışlı hava ilə bağlı sürücülərə və piyadalara XƏBƏRDARLIQ
  • 7-11-2026, 19:14
    Şahbaz Şərif İlham Əliyevi təbrik edib
  • 7-11-2026, 18:11
    "General-mayor" rütbəsi alan zabitlər kimdir?
  • 7-11-2026, 09:51
    Prezident Şuşada açılışda
  • 7-11-2026, 09:39
    Üçtərəfli danışıqların keçiriləcəyi təsdiqləndi - Tarix AÇIQLANDI
  • 7-11-2026, 08:54
    Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrupları yaradıb
  • 7-11-2026, 08:15
    Qışda hər kəs evində bundan istifadə etsin: Otaqlar soyumayacaq
  • 7-11-2026, 08:02
    Yaqub Eyyubov təqaüdə göndərilir
  • 6-11-2026, 22:53
    Zəfər Gününə həsr olunmuş karate turnirində şagirdlərimiz uğur qazanıblar
  • 6-11-2026, 15:22
    Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçlğı ilə “8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. 06.11.2026
  • 6-11-2026, 14:24
    Qəbələdə vətəndaşlarla görüş keçirilib müraciətlər dinlənilib
  • 6-11-2026, 11:43
    Laçın Rayon sakini Orxan Cəbraylın qanunsuz əməllərindən Ombudsmana müraciət etdi
  • 6-11-2026, 11:10
    Fövqəladə hallarda tibbi xidmətlərə ödəniş qaydası dəyişir
  • 6-11-2026, 10:57
    Azərbaycan nefti bahalaşıb
  • 6-11-2026, 10:55
    Azərbaycanda "Uber"in adı dəyişdirildi
  • 6-11-2026, 10:29
    Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərdən Cənab İlham Əliyevə müraciət etdi
  • 6-11-2026, 10:11
    Maliyyə Nazirliyinin vəzifələri artırıldı
  • 6-11-2026, 09:51
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
Daha çox
6-11-2026, 10:29
Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərdən Cənab İlham Əliyevə müraciət etdi
6-11-2026, 11:43
Laçın Rayon sakini Orxan Cəbraylın qanunsuz əməllərindən Ombudsmana müraciət etdi
3-11-2026, 21:18
Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar: Rəhbərlikdən açıqlama gözlənilir
8-11-2026, 13:42
Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərə Səhiyyə naziri göz yumur
6-11-2026, 15:22
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçlğı ilə “8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. 06.11.2026
5-11-2026, 20:57
Şəhid övladının işlə təmin olunması ilə bağlı şikayət: Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyindən araşdırma tələb olunur
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə