• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İndi biz öz torpaqlarımıza şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıdırıq.

Gündəm

26-09-2022, 11:03

İndi biz öz torpaqlarımıza şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıdırıq.
İndi biz öz torpaqlarımıza şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıdırıq.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun qələbəsi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ni işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Ötən müddət ərzində ümummilli lider Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı.
Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, ordu quruculuğu sahəsində dünya üçün çox nadir inkişaf modelini yaratdı.
Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını sübut etdilər.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən, sonradan Vətən müharibəsinə çevrilən əks-hücum əməliyyatlarına başladı.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələr üçün böyük zəmin yaratdı.
Vətən müharibəsi nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, Şuşa şəhəri döyüşlə azad olundu. Hərb meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.
İndi biz öz torpaqlarımıza şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıdırıq.
Vətən müharibəsi dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adını qazanıb. Çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirib istənilən şəraitdə Vətənə uğrunda hər cür fədakarlığa hazır olduğunu bütün dünyaya sübut etmişdir.
Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.
Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir və Yevlax şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Nəticədə çoxsaylı insan təlafatları olmuş, dinc sakinlər yaralanmışdır.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.
2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il tarixli Sərəncamları ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 8-i Zəfər Günü kimi təsis edilmişdir. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər.
Hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə, torpağa olan məhəbbət yaşayır. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Oxunub: 398
Paylaş:
Digər xəbərlər

Gündəm

14-06-2022, 06:58

Milli Qurtuluş Günü bizim şərəf tariximizdir

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Dün, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
Hadisə
Dün, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
Dün, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Bugün, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • Bugün, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • Bugün, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • Bugün, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • Bugün, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • Bugün, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • Bugün, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • Bugün, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • Dün, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • Dün, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • Dün, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • Dün, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Dün, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • Dün, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • Dün, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • Dün, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • Dün, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • Dün, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • Dün, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • Dün, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • Dün, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • Dün, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Dün, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • Dün, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • Dün, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • Dün, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • Dün, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
  • Dün, 09:48
    Sabunçuda avtomobil piyadanı vurub öldürdü
  • Dün, 09:43
    Azərbaycan nefti 2008-ci ilin rekorduna yaxınlaşır
  • Dün, 09:42
    Xəstəxana direktoru vəzifədən azad edilib
  • Dün, 09:38
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • Dün, 09:26
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 09:21
    Bu axşam Avropa Liqasında maraqlı oyunlar var - TƏQVİM
  • Dün, 09:17
    Jurnalistlərin helikopteri qəzaya uğradı - 3 nəfər öldü
  • Dün, 09:14
    Azərbaycan-BƏƏ münasibətləri müzakirə edildi - Hikmət Hacıyev açıqladı
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
Dün, 16:54
Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
14-09-2026, 16:59
ABŞ səfirliyinin rəsmisi Xankəndi səfərindən yazdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə