Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfər edəcək.
Xəbər verilir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək. Bundan əlavə, dövlət başçıları mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.