• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Günahsız şəxsi ömürlük həbsə göndərən hakim cəzalandırılacaqmı?

Gündəm

2-11-2022, 11:34

Günahsız şəxsi ömürlük həbsə göndərən hakim cəzalandırılacaqmı?
Ötən həftə Azərbaycanda məhkəmə-hüquq sistemində nadir halda baş vermiş hadisə qeydə alınıb. Belə ki, ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət alıb. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinən Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılıb.



Qəhrəmanovun günahsız yerə 9 il məhbəs həyatı yaşamasına görə kim məsuliyyət daşıyır? Onun hökm oxuyan hakimi hansısa cəza gözləyirmi?



Mövzu ilə bağlı Modern.az-a danışan Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, uzunmüddət cəza çəkmiş şəxslərin bəraət almasına çox nadir hallarda rast gəlinir.



Onun sözlərinə görə, 2014-2021-ci il ərzində bəraət hökmlərinin sayı 430 olub:

Günahsız şəxsi ömürlük həbsə göndərən hakim cəzalandırılacaqmı?






"Hakimlər bəraət hökmünü çıxarmaqda müəyyən qədər "xəsislik" edirlər. Bunun bir sıra psixoloji səbəbləri var. Sovet hüquq sistemi məhz belə işləyirdi. Xüsusilə də Azərbaycan miqyasında bəraət hökmləri demək olar ki, verilmirdi. Azərbaycanda müstəqillik əldə ediləndən sonra bir müddət bu stereotiplər davam etdirildi. Daha sonra Azərbaycanda məhkəmə-hüquq islahatları aparıldı. Məhz bu islahatlar məhkəmə hakimlərinin müstəqilliyinin artmasında mühüm rol oynadı. Bu da bəraət hökmlərinin artmasına təkan verdi. Ancaq yenə də deyirəm ki, Azərbayanda bəraət hökmlərinin sayı elə çox deyil. Xüsusilə 9 il kimi uzunmüddət cəza çəkmiş şəxsin bəraət alması nadir rast gəlinən hadisədir. Uzun müddət cəza çəkmiş şəxsin bəraət alması praktikada yox dərəcəsindədir. Biz daha çox hökmdən şikayət edildiyi halda birinci instansiya və apellyasiya məhkəməsində bəraətləri görmüşük”.



Hüquqşünas qeyd edib ki, Azərbaycan konstitusiyasına, həm də cinayət qanunvericiliyinə əsasən, uzunmüddət günahsız yerə cəzaçəkmiş şəxs kompensasiya almalıdır:

Günahsız şəxsi ömürlük həbsə göndərən hakim cəzalandırılacaqmı?


“Bəraət almış şəxsin kompensasiya almaq hüququ hökmdə öz əksini tapmalıdır. Kompensasiyanın məbləği şəxsin irəli sürdüyü iddia ilə bağlı olur. O, bu müddət ərzində ona dəyən maddi və mənəvi ziyanı hesablayaraq iddia qaldıra bilər. Geridə qalan müddət ərzində zərərçəkmiş işləyə bilərdi, yaxud başqa hüquqlarından istifadə edə bilərdi. Eyni zamanda azadlıq kimi fundamental hüquqdan məhrum olma həmin şəxsə psixoloji təsir də göstərir. Bütn bunlar hesablandıqda böyük məbləğdə kompensasiya alına bilər. Əlbəttə, kompensasiya şəxsin hüququdur, onun vəzifəsi deyil. Hər bir halda ona kompensasiya ödəniləcək. Məhkəmənin verdiyi kompensasiya şəxsi qane etməyəcəyi təqdirdə, o, daha üst məhkəməyə, hətta Avropa Məhkəməsinə müraciət edə bilər. Bu zaman prosesin uzanma ehtimalı var”.





Bəs, günahsız şəxsə ömürlük həbs verən hakim cəzalandırılacaqmı?



Ə. Nuriyev hüquqi prosesi belə şərh edib: “Hakimlər konkret olaraq dəlil və sübutlar əsasında qərar verirlər. Birinci instansiya məhkəməsində cinayət işi zamanı toplanmış dəlillər əsas götürülüb. Yəni ola bilər ki, o zaman təqdim edilən dəlillər yetərli qədər olmayıb. Daha sonra yeni dəlillər ortaya çıxıb və bunun əsasında şəxs bəraət alıb. Ona görə də, hakim bu zaman cinayət işində toplanmış dəlillərə, sübutlara söykənərək qərar verdiyindən təqsirkar sayıla bilməz. Ancaq ola bilər ki, hakim məsələlərə diqqət yetirməyib, sübutlar kifayət qədər araşdırılıb qiymətləndirilməyib. Bütün bu sadaladıqlarımız hakimlə bağlı müvafiq intizam tədbirlərinin başlanmasına əsas verir. Ancaq yenə də deyirəm ki, yuxarı instansiya məhkəmələrinin bəraət hökmü çıxarması hakimləri təzyiq altına almamalıdır. Digər hakim də qanuna əsasən qərar çıxarır. Hakimi qınamaq olmaz ki, sən bu zaman düzgün qərar verməmisən. Yuxarı instansiya məhkəmələrinin yaradılma qayəsi məhz birinci instansiya məhkəməsini səhv buraxmaqdan sığorta etməkdir”.

Oxunub: 357
Paylaş:
Digər xəbərlər

Gündəm

16-03-2022, 15:00

Rüşvətə görə tutulan gömrükçülər azadlığa buraxıldı

Cəmiyyət

23-02-2022, 11:02

Ramiz Tatarovun cəzası AZALDILDI

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
Hadisə
6-11-2026, 09:51
Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
28-10-2026, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
27-10-2026, 09:46
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
Son xəbərlər
  • Bugün, 11:19
    Bərdədə təhsil idarəsi ətrafında qalmaqallı iddia: Rəhbərə avtomobil hədiyyə edildiyi bildirilir
  • Dün, 09:03
    Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi
  • Dün, 09:00
    Bir sıra dağlıq və dağətəyi ərazilərə qar yağıb
  • Dün, 08:25
    Xankəndidə Prezidentin adından ziyafət verildi
  • Dün, 08:23
    “Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
  • Dün, 08:16
    Nəriman yenə ehtiyatda qaldı
  • Dün, 08:11
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • 8-11-2026, 19:10
    İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər – VİDEO – YENİLƏNİB
  • 8-11-2026, 14:54
    Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - Video
  • 8-11-2026, 14:33
    Şuşada Ərdoğanın rəsmi qarşılanmasına hazırlıq - GÖRÜNTÜLƏR
  • 8-11-2026, 13:42
    Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərə Səhiyyə naziri göz yumur
  • 8-11-2026, 13:24
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi
  • 8-11-2026, 13:21
    Azərbaycan xalqı bir olduqda, qarşısında heç bir qüvvə dayana bilməz
  • 8-11-2026, 09:41
    Mehriban Əliyevadan Zəfər Günü PAYLAŞIMI
  • 8-11-2026, 08:28
    Azərbaycanda Zəfər Günü qeyd olunur
  • 8-11-2026, 08:24
    Prezidentin köməkçisindən Zəfər Günü paylaşımı
  • 8-11-2026, 08:17
    Şuşanın azadlığından 6 il ötür
  • 7-11-2026, 21:31
    Bakı DYP-sindən yağışlı hava ilə bağlı sürücülərə və piyadalara XƏBƏRDARLIQ
  • 7-11-2026, 19:14
    Şahbaz Şərif İlham Əliyevi təbrik edib
  • 7-11-2026, 18:11
    "General-mayor" rütbəsi alan zabitlər kimdir?
  • 7-11-2026, 09:51
    Prezident Şuşada açılışda
  • 7-11-2026, 09:39
    Üçtərəfli danışıqların keçiriləcəyi təsdiqləndi - Tarix AÇIQLANDI
  • 7-11-2026, 08:54
    Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrupları yaradıb
  • 7-11-2026, 08:15
    Qışda hər kəs evində bundan istifadə etsin: Otaqlar soyumayacaq
  • 7-11-2026, 08:02
    Yaqub Eyyubov təqaüdə göndərilir
  • 6-11-2026, 22:53
    Zəfər Gününə həsr olunmuş karate turnirində şagirdlərimiz uğur qazanıblar
  • 6-11-2026, 15:22
    Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçlğı ilə “8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. 06.11.2026
  • 6-11-2026, 14:24
    Qəbələdə vətəndaşlarla görüş keçirilib müraciətlər dinlənilib
  • 6-11-2026, 11:43
    Laçın Rayon sakini Orxan Cəbraylın qanunsuz əməllərindən Ombudsmana müraciət etdi
  • 6-11-2026, 11:10
    Fövqəladə hallarda tibbi xidmətlərə ödəniş qaydası dəyişir
  • 6-11-2026, 10:57
    Azərbaycan nefti bahalaşıb
  • 6-11-2026, 10:55
    Azərbaycanda "Uber"in adı dəyişdirildi
  • 6-11-2026, 10:29
    Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərdən Cənab İlham Əliyevə müraciət etdi
  • 6-11-2026, 10:11
    Maliyyə Nazirliyinin vəzifələri artırıldı
  • 6-11-2026, 09:51
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
Daha çox
6-11-2026, 10:29
Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərdən Cənab İlham Əliyevə müraciət etdi
6-11-2026, 11:43
Laçın Rayon sakini Orxan Cəbraylın qanunsuz əməllərindən Ombudsmana müraciət etdi
3-11-2026, 21:18
Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar: Rəhbərlikdən açıqlama gözlənilir
8-11-2026, 13:42
Laçın sakininin başına Orxan həkimin gətirdiyi qanunsuz əməllərə Səhiyyə naziri göz yumur
6-11-2026, 15:22
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçlğı ilə “8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. 06.11.2026
5-11-2026, 20:57
Şəhid övladının işlə təmin olunması ilə bağlı şikayət: Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyindən araşdırma tələb olunur
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə