Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.
Xəbər verilir ki, bu barədə onun rəsmi sosial şəbəkə səhifəsində məlumat paylaşılıb.
Hacı Şahinin hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb, ictimaiyyətə bununla bağlı əlavə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.
Allah rəhmət eləsin!