
Azərbaycan Respublikasının şəhid ailələri, əlilər və müharibə veteranlarının hüquq müdafiəsi üzrə regional nümayəndəsi Nuranə Gözəlova rayonun fəal gəncləri Vadar Həsənov və başqaları ilə birgə sünnət aksiyası keçirdi. Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim kollektivi ilə keçirilən aksiyada aztəminatlı ailə və şəhid ailələrinin övladlarını sünnət etdilər. Uşaqlara hədiyyələr təqdim olundu... Mərkəzi xəstəxananın təcili yardım şöbəsinin həkimi Elman Rəhimov, həkim cərrahı İbrahim Cəfərov, baş həkimi Nurlan Hüseynov və xəstəxananın drektoru Ramin Qasımova Fəxri Fərmanlar təqdim olundu.