
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq Salyan rayonunda yerləşən Yolüstü restoranında bayram konserti təşkil olundu. Çıxış üçün söz şəhid Cavad İsmayılovun valideynlərinə verildi. Onlarda öz növbələrində qonaqları salamlayıb, balaca fidanları təbrik etdilər. Tədbirdə şən klonlar, nağıl qəhrəmanları, panda və s iştirak etdilər. 44 günlük vətən müharibəsində və müharibədən sonra şəhid ailələri, qazilər, müharibə iştirakçılarına verdiyi dəyərə görə, Yolüstü Restoranın icraçı drektoru Rövşən Abdullayev Abdulla oğlu Azərbaycan Respublikasının Şəhid Ailələri, Əlilər və Müharibə veteranlarının hüquq müdafiəçisi Nura Gözəlova tərəfindən Fəxri Fərmana laiq görüldü... Fəxri Fərmanı şəhid Cavad İsmayılovun atası Asif ata təqdim etdi.
Bizdə Xebernur.com sayıtı olaraq Yolüstü restoranın drektoru Rövşən Abdullayevi təbrik edirik. Kollektivinə isə təşəkkür edirik.