• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Heydər Əliyev Fondunun inşa etdiyi məktəblər istifadəyə verildi

Gündəm

15-09-2023, 10:46

Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilir.



Dovletxeberleri xəbər verir ki, 2023-2024-cü tədris ili də istisna olmayıb. Həmişə olduğu kimi, Fondun müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsi paytaxtla yanaşı Azərbaycanın regionlarını da əhatə edir. Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilir. Tədris ili ərzində Heydər Əliyev Fondu tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı nəzərdə tutulur.



Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev Göyçay, İsmayıllı və Qəbələdə yeni inşa olunan və əsaslı təmir edilən məktəblərdə olublar.



Göyçay şəhər 6 saylı məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir-bərpa işləri aparılıb.



1969-cu ildə inşa olunan Göyçay şəhər 6 saylı tam orta məktəbin binası artıq istifadəyə yararsız vəziyyətə düşdüyündən Fond tərəfindən 2023-cü ilin yanvar ayından burada bərpa işlərinə başlanılmışdı. Qısa zamanda görülən işlər nəticəsində bir korpusu 3 mərtəbə, digər korpusları 2 mərtəbə olmaqla 4 korpusdan ibarət 624 şagird yerlik təhsil müəssisəsi istifadəyə verilib. Məktəbdə 30 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilib, məktəbin həyətyanı ərazisi yaşıllaşdırılıb, müasir işıqlandırma sistemləri qurulub.



Qeyd edək ki, Heydər Əliyev Fondu bugünədək Göyçay şəhərində, eləcə də Göyçayın Bəydövül, Kürdşaban, Alpout kəndlərində məktəb, körpələr evi və uşaq bağçalarının tikintisini həyata keçirib.



Heydər Əliyev Fondunun təhsil sahəsində layihələri ötən müddətdə İsmayıllı rayonunu da əhadə edib. Bugünədək Fond tərəfindən İsmayıllı şəhərində, eləcə də rayonun müxtəlif kəndlərində orta məktəb, uşaq bağçaları istifadəyə verilib. Heydər Əliyev Fondunun yeni tədris ilində İsmayıllı rayonunda təhsil sahəsində gördüyü işlərə biri də əlavə olunub. Fondun təşəbbüsü ilə burada 280 şagird yerlik 4 saylı tam orta məktəb üçün yeni bina tikilib. 1979-cu ildə inşa olunmuş İsmayıllı şəhər 4 saylı tam orta məktəb ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən bu ilin yanvar ayında başlanılan tikinti işləri nəticəsində 3 korpusdan ibarət təhsil ocağı inşa olunub.Məktəb zəruri avadanlıq, fənn kabinetləri və labaratoriyalar əyani vəsaitlərlə təchiz edilib. İdman zalı ilə yanaşı, açıq idman meydançası da istifadəyə verilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.



Fondun təhsillə bağlı digər layihəsi isə Qəbələ rayonunun payına düşür. Qəbələnin Nic qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1 nömrəli tam orta məktəbin binası inşa edilərək istifadəyə verilib.



Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində Fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu tərəfindən 1 nömrəli məktəb üçün yeni binanın inşasına başlanılmışdır. Onu da qeyd edək ki, bu, Heydər Əliyev Fondunun Nic qəsəbəsində təhsillə bağlı ilk layihəsi deyil. Belə ki, qəsəbədə 2 nömrəli tam orta məktəb də Fondun təşəbbüsü ilə inşa olunub.



2023-2024-cü tədris ilində istifadəyə verilən 2 mərtəbəli 200 şagird yerlik 1 nömrəli tam orta məktəbdəki fənn kabinetləri və laboratoriyaları lazımi avadanlıqla və əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası şagird və müəllimlərin istifadəsinə verilib. Təhsil ocağının həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb.Beləliklə, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni təhsil ocaqlarının istifadəyə verilməsi ölkədə gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına daha bir töhfədir.



Yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Fond “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramların icrası ilə təhsil sahəsinə öz dəstəyini göstərir, müasir standartlara cavab verən təhsil kompleksləri yaradır, tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur. Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunaraq istifadəyə verilib.



Fondun təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə verdiyi töhfələr bu il də yüzlərlə şagirdin, müəllim və valideynin sevincinə səbəb olub.

Oxunub: 422
Paylaş:
Digər xəbərlər

Gündəm

26-08-2022, 17:25

Mehriban Əliyeva məktəb və bağça açılışında - FOTOLAR

Cəmiyyət

14-06-2023, 08:37

Məktəblərdə “Son zəng” çalınır

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Dün, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
24-09-2026, 09:44
Laçında yanğın - GÖRÜNTÜ
21-09-2026, 09:53
İş adamının nəvəsi qonşusunu güllələdi
Son xəbərlər
  • Dün, 19:36
    Prezident və birinci xanım Formula 1-i izləyib - YENİLƏNİB
  • Dün, 19:31
    Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
  • Dün, 19:27
    Ağcabədidə ağır qəza: iki qardaş öldü
  • 25-09-2026, 15:50
    Naxçıvanın təhsil naziri vəzifəsindən azad edildi
  • 25-09-2026, 15:10
    Formula 2-də kütləvi qəza - yarışda fasilə yarandı
  • 25-09-2026, 13:36
    Həbib müəllim görüş keçirilib
  • 25-09-2026, 10:59
    Cavid Hüseynov vəzifəsindən ayrıldı - YENİ TƏYİNAT
  • 25-09-2026, 10:27
    İlham Əliyev İnvestisiya Forumu iştirakçılarına müraciət etdi
  • 25-09-2026, 09:51
    Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir
  • 25-09-2026, 09:13
    "Formula 2" Azərbaycan Qran-prisində qəza baş verib
  • 25-09-2026, 09:11
    “TikTok” 16,8 milyon dollar cərimə ödəyəcək
  • 25-09-2026, 09:09
    Ceyhun Bayramov Mirzoyanla görüşüb
  • 25-09-2026, 09:07
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 25-09-2026, 09:05
    Putinin və Trampın xüsusi nümayəndələri görüşüblər
  • 25-09-2026, 09:03
    2015-ci ildən doğulanlara siqaret qadağan ediləcək
  • 24-09-2026, 19:16
    Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
  • 24-09-2026, 14:09
    Azərbaycanda 4 qız qaçırılıb
  • 24-09-2026, 13:29
    Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
  • 24-09-2026, 11:29
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • 24-09-2026, 11:23
    Azərbaycanın vizasız rejim tətbiq etdiyi ölkələr – SİYAHI
  • 24-09-2026, 10:32
    Bütün sosial ödənişlər sabah ödəniləcək
  • 24-09-2026, 10:29
    YAP-ın qurultayı oktyabrın 2-də keçiriləcək
  • 24-09-2026, 10:25
    Putin G20 sammitinə dəvət alıb - Yekun qərar hələ verilməyib
  • 24-09-2026, 09:44
    Laçında yanğın - GÖRÜNTÜ
  • 24-09-2026, 09:20
    Prezidentin geri qaytardığı qanunlara Parlamentdə yenidən baxacaq
  • 24-09-2026, 09:06
    Paşinyan Nyu-Yorkda Pezeşkianla görüşdü
  • 24-09-2026, 09:02
    Kiyevə raket hücumunda 2 nəfər ölüb, 6 nəfər yaralanıb
  • 24-09-2026, 08:54
    Ceyhun Bayramov “Tramp marşrutu”ndan danışdı
  • 23-09-2026, 15:38
    Yeni yaradılan iş yerlərdində maaşlar daha çox olacaq - DETALLAR
  • 23-09-2026, 15:35
    Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 MİLYON MANAT AYRILDI
  • 23-09-2026, 15:32
    Süni mayalanma sığorta hesabına həyata keçirilə bilər
  • 23-09-2026, 14:34
    Coğrafiya dərsliklərində Qarabağ xəritələri yenilənib – Nazirlik
  • 23-09-2026, 11:43
    Martin Ryan əfv edildi - SƏRƏNCAM
  • 23-09-2026, 11:23
    İlham Əliyev yeni səfiri qəbul edib
  • 23-09-2026, 11:20
    Mərkəzi Bankın inflyasiya proqnozu
Daha çox
22-09-2026, 14:36
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
24-09-2026, 19:16
Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
24-09-2026, 13:29
Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
25-09-2026, 13:36
Həbib müəllim görüş keçirilib
25-09-2026, 15:50
Naxçıvanın təhsil naziri vəzifəsindən azad edildi
Dün, 19:36
Prezident və birinci xanım Formula 1-i izləyib - YENİLƏNİB
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə