Noyabrın 14-də saat 2 radələrində Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb.
Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.