Türkiyədə baş vermiş zəlzələdə itkilər və yaralı sayı artıb.
Xebernur.com "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.