Bu gün UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün final oyunu keçiriləcək.
Xebernur.com xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcəklər.Atatürk Olimpiya Stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
UEFA Çempionlar Liqası
Final
10 iyun
23:00. “Mançester Siti” – “İnter”
Baş hakim: Şimon Marçinyak (Polşa).
İstanbul, Atatürk Olimpiya Stadionu.