AZADMEDİA TV-nin rəhbəri Gülnaz Qənbərli zəhərlənərək xəstəxanaya yerləşdirilib Vəziyyəti yaxşı deyil
Kanal15.tv com xəbər verir ki ,Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında baş verdiyi iddia olunan kütləvi qida zəhərlənməsi ilə bağlı yeni məlumat məlum olub.
Zəhərlənənlər arasında AZADMEDİA TV internet televiziyasının rəhbəri Gülnaz Qənbərli də var.
Məlumata görə, Gülnaz Qənbərli qida zəhərlənməsi səbəbindən Semaşko kimi tanınan xəstəxanaya yerləşdirilib. Onun səhhətinin yaxşı olmadığı bildirilir.
Xatırladaq ki, restoranda əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən toplantıda təxminən 34 nəfər iştirak edib. Onlardan 14 nəfərin qidadan zəhərləndiyi, 5 nəfərin isə vəziyyətinin ağır olması səbəbindən xəstəxanaya aparıldığı iddia olunur.
Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əraziyə cəlb olunublar.
Gülnaz Qənbərlinin səhhəti ilə bağlı əlavə məlumat gözlənilir.