İsrail Qəzza zolağında HƏMAS-ın qurucularından birini - təşkilatın hərbi qanadında qərargah rəisi vəzifəsini tutan şəxsi zərərsizləşdirdiyini açıqlayıb.
Xebernur.com xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzanın Sabra bölgəsində HƏMAS təşkilatının qurucularından biri olan Xaxam Məhəmməd İssa əl-İssuya qarşı əməliyyat keçirib. O, təşkilatın hərbi qanadında qərargah rəisi vəzifəsini tuturdu və hücum nəticəsində məhv edilib", - məlumatda bildirilir.