• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Türkiyə-Ermənistan sərhədinin açılma vaxtı bəyan edildi

Siyasət / Dünya

11-08-2025, 14:11

Türkiyə-Ermənistan sərhədinin açılma vaxtı bəyan edildi
Avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında tarixi görüş baş tutub. Görüş zamanı tərəflər sülh sazişinin mətnini paraflayıb, Minsk qrupunun ləğv edilməsi və Zəngəzur dəhlizinin açılması kimi məsələlərdə razılığa gəliblər. Bu razılaşmalar Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətirib. İki ölkə arasındakı sərhəd nə zaman açılacaq?

Türkiyə-Azərbaycan dostluq qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Şamil Ayrım Modern.az-a bildirib ki, Vaşinqton razılaşması vacibdir:

“Əvvəla Vaşinqton razılaşması xeyirli olsun. Çünki bu, vacib anlaşmadır. Məlum olduğu kimi, Azərbaycanın sülh üçün Ermənistanın qarşısına qoyduğu iki əsas tələbi vardı. Bu tələblərdən biri Minsk qrupunun ləğv edilməsi, digəri Ermənistan konstitusiyasının dəyişdirilməsiydi. Minsk qrupu ilə bağlı Azərbaycanla Ermənistan ortaq sənəd imzaladılar. Bu, ATƏT-ə təqdim olunacaq. Lakin Ermənistan konstitusiyasına dəyişikliklə bağlı məsələ 2026 və ya 2027-ci ildə reallaşacaq. Cənab Prezident İlham Əliyev də jurnalistlərə açıqlamasında Ermənistanın atmalı olduğu addımlardan bəhs etmişdi. İstər Şuşa bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə qalxan münasibtələrimiz, istərsə də ondan sonrakı irəliləyişlər məlumdur. Təbii ki, II Qarabağ Müharibəsi zamanı və ondan sonrakı müddətdə Türkiyə Azərbaycanın yanında dik durdu. Regiona qalıcı sülhün gəlməsi üçün 2020-ci ilin dekabr ayında cənab İlham Əliyevlə cənab Rəcəp Tayyip Ərdoğan “3+3” formatını irəli sürdülər. Təəssüf ki, bu format arzu edildiyi kimi işləmədi. Bunun üstündən 4-5 il keçib və artıq ABŞ-də qalıcı sülh razılaşması paraflandı”.

Deputatın fikrincə, Türkiyə ilə Ermənistan arasında sərhədlər Zəngəzur dəhlizinin faktiki fəaliyyətə başlaması ilə açılacaq:

“Hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Bu razılaşmaya görə Rusiyanın, İranın narahatlığı var. Rusiya əvvəl proseslərin içərisindəydisə, indi kənarda qalıb. İran isə Zəngəzur dəhlizinin açılmasını heç istəmir. Hazırda qalıcı sülhün əldə olunması üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir. Konstitusiya ilə bağlı dəyişiklik, təbii ki, Türkiyəni də yaxından maraqlandırır. Çünki konstitusiyada “Qarabağ Ermənistandır” deyə ifadə var. Eyni zamanda burada Türkiyənin şərq vilayətləri ilə bağlı da iddialar mövcuddur. Bu da aradan qalxacaq. Bütün bunlar baş tutduqda düşünürəm ki, sərhədlər də açılar. Zəngəzur dəhlizinin ardından konstitusiya dəyişikliyini də görəcəyik. İnşallah, Türkiyəmiz, Azərbaycanımız üçün xeyirli olar”.

Türkiyə Böyük Millət Məclisinin digər deputatı Yıldırım Tuğrul qeyd edib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması indi də gündəmə gələ bilər:

“Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının səbəbi Azərbaycan torpaqlarının bu ölkə tətəfindən işğalı ilə bağlıydı. Türkiyənin Ermənistanla başqa problemi yox idi. Qardaş Azərbaycanın torpaqlarını işğal edən ölkəyə sərhədləri açıb istədiyin kimi gəl-get demək mümkün deyil. İndi Vaşinqtondakı razılaşma çox önəmlidir. Cənab İlham Əliyevin görüş sonrası açıqlamalarına da baxdım, çox vacib idi. Ermənistanın konstitusiyasındakı düşmənlik maddələrinin qaldırılması lazımdır. İlk addım bu olacaq. Ermənistan lazımi addımları atdıqdan sonra Türkiyə də Azərbaycanla koordinasiyalı olaraq sərhədləri açar. Bir problem yoxdur”.

Oxunub: 272
Paylaş:
Digər xəbərlər

Siyasət / Dünya

14-03-2025, 11:59

Sülh razılaşmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur - Mirzoyan

Siyasət / Dünya

20-06-2025, 09:37

Ermənistan-Türkiyə sərhədi yalnız BU ŞƏRTLƏ açıla bilər

Gündəm

25-04-2025, 15:06

Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb - PREZİDENT

Gündəm / Siyasət

20-12-2024, 11:17

Paşinyan İlham Əliyevin Minsk qrupu ilə bağlı təklifinə RAZIDIR

Gündəm

21-06-2024, 09:20

ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməlidir - PREZİDENT

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Dün, 17:34
    Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
  • 18-09-2026, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • 18-09-2026, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • 18-09-2026, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • 18-09-2026, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • 18-09-2026, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 18-09-2026, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • 18-09-2026, 09:24
    Paşinyan Almaniyaya getdi
  • 18-09-2026, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • 17-09-2026, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • 17-09-2026, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • 17-09-2026, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • 17-09-2026, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • 17-09-2026, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • 17-09-2026, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • 17-09-2026, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • 16-09-2026, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • 16-09-2026, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • 16-09-2026, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • 16-09-2026, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • 16-09-2026, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • 16-09-2026, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • 16-09-2026, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • 16-09-2026, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • 16-09-2026, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • 16-09-2026, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • 16-09-2026, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • 16-09-2026, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • 16-09-2026, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • 16-09-2026, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • 16-09-2026, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • 16-09-2026, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • 16-09-2026, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
Dün, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə