• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Süni intellekt Milli Məclisə gəlir - "Sual verdim, səhv cavablandırdı"

Siyasət

20-02-2026, 09:57

Süni intellekt Milli Məclisə gəlir - "Sual verdim, səhv cavablandırdı"
Süni intellekt hər birimizin həyatında bu və ya digər şəkildə təsir edir. Ondan məlumatların təhlili və ictimai kommunikasiya proseslərinin tərkib hissəsi kimi istifadə edilir. Qanunvericilik fəaliyyəti isə məhz bu sahələrlə birbaşa təmasda olduğundan, süni intellektdən deputatların istfadəsi maraq doğurur. İnformasiya axınının sürətlənməsi, analitik yükün artması və operativ mövqe formalaşdırmaq zərurəti deputatların yeni köməkçi mexanizmlərə ehtiyacını daha da artırır.

Modern.az deputatlar arasında sorğu keçirərək onların süni intellektdən necə istifadə etdiyini və gələcəkdə köməkçilərini bununla əvəz edib-etməyəcəyini öyrənməyə çalışıb.



Elnarə Akimova: "Əlbəttə ki, davamlı siyasi-ictimai fəaliyyətlə məşğul olan deputat üçün informasiya axınının həcmi, analitik materialların çoxluğu və operativ reaksiya zərurəti süni intellektdən köməkçi vasitə kimi istifadəni praktik zərurətə çevirir. Analitik məlumatların ilkin sistemləşdirilməsi, beynəlxalq təcrübənin müqayisəli təhlili, hüquqi və sosial mövzular üzrə məlumat bazalarının operativ araşdırılması kimi istiqamətlərdə bu texnologiyalar işin səmərəliliyini artırır. Xüsusilə normativ-hüquqi təşəbbüslərin hazırlanması zamanı müxtəlif ölkələrin təcrübəsinin qısa müddətdə ümumiləşdirilməsi və strukturlaşdırılması baxımından süni intellekt faydalı alət kimi çıxış edir.

Amma bütün hallarda, bu texnologiyanın istifadəsi insan qərarverməsinin əvəzlənməsi deyil, onun dəstəklənməsi prinsipi üzərində qurulmalıdır. Süni intellekt məlumat emalını sürətləndirir, lakin dəyərləndirmə, siyasi məsuliyyət və ictimai həssaslıq kimi amillər yalnız insan faktoruna məxsusdur. Məhz buna görə də onun tətbiqində etik çərçivələr, məlumat təhlükəsizliyi və mənbələrin etibarlılığının yoxlanması əsas şərt kimi qəbul edilməlidir. Bu yanaşma Prezidentin dövlət idarəçiliyində texnologiyanın tətbiqi ilə bağlı vurğuladığı məsuliyyətli modernləşmə prinsipinə uyğun gəlir. Gələcək perspektivə gəldikdə, süni intellektin köməkçi vasitə kimi istifadəsi genişlənə bilər, lakin insanın siyasi və ictimai məsuliyyətini əvəz edən mexanizmə çevrilməsi nə real, nə də məqsədəuyğundur. Dövlət idarəçiliyində texnologiyanın rolu səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və qərarların elmi-analitik əsaslarla hazırlanmasına xidmət etməlidir. Bu baxımdan süni intellektin tətbiqi texnoloji yeniliklə yanaşı, idarəetmə mədəniyyətinin inkişaf mərhələsidir və onun düzgün inteqrasiyası müasir dövlət modelinin ayrılmaz komponentinə çevrilməkdədir".



Cavanşir Feyziyev: "Süni intellekt artıq günbəgün, saatbasaat daha çox həyatımıza daxil olur. Bu hamının gündəlik həyatında böyük dəyişikliklər yaradır. Əlbəttə, mən də digər həmkarlarım kimi, süni intelektin xidmətlərindən yararlanıram. Bu həm vaxta qənaət etməyə, həm də qəbul olunan qərarların bir daha yoxlanılması və baş verə biləcək müəyyən səhvlərin önlənilməsi baxımından çox faydalıdır. Süni intellektlə bağlı olan elm sahələri sürətlə inkişaf edir. Bunun zamanla daha maraqlı və daha faydalı yeniliklərin tətbiqinə gətirib çıxaracağına inanıram. O zaman süni intelektin həyatımızdakı rolu daha da artacaq. Bütün bunlar bəşəriyyətin yeni bir təkamül dövrünə qədəm qoyduğunu göstərir və yeni dövrün hərəkətverici qüvvəsi məhz süni intellekt olacaq. Ona görə insanlar özlərini daha gözəl, daha rahat və firavan bir həyata hazırlamalıdır. O isə elə bu gündən daha ciddi və daha məsuliyyətli olmağı, həyatın dəyişiklikərinə hazır olmağı tələb edir".



Ülviyyə Həmzəyeva: "Süni intellekt müasir dövrdə idarəetmə və informasiya mübadiləsi sahəsində mühüm alətlərdən birinə çevrilib. Mən də fəaliyyətimdə müəyyən hallarda süni intellekt texnologiyalarından istifadə edirəm. Xüsusilə məlumatların operativ toplanması, statistik təhlillər, beynəlxalq təcrübənin araşdırılması və ilkin layihələrin hazırlanması prosesində bu, faydalı olur.
Süni intellektin müsbət tərəfləri- vaxt itkisini azaltması, böyük həcmli məlumatı qısa müddətdə emal etməsi və qərarvermə prosesinə analitik dəstək göstərməsini qeyd edə bilərəm. Lakin mənfi tərəfləri də mövcuddur. Bəzən təqdim olunan məlumatların dəqiqliyi əlavə yoxlama tələb edir, həmçinin insan amilini – təcrübə, hiss, intuisiya və sosial məsuliyyəti – tam əvəz edə bilmir.
Gələcəkdə süni intellektin imkanlarının daha da genişlənəcəyinə əminəm. Bununla belə, hesab edirəm ki, süni intellekt köməkçi vasitə - "alət" kimi faydalıdır və elə də qalmalıdır. İnsan faktorunu isə tam əvəz etməməlidir və edə bilməz. Xüsusu olaraq yaradıcılıq sahəsində, təbii burada “digital art”, “digital musiqi” hər zaman var idi, indi isə süni intellekt sahəsində fərqli yanaşmaları tətbiq edəcəklər - yəni bu da qaçılmazdır və inkişafı dayandırmaq mümkün deyil. Lakin rəssamın, şairin beynindəki "kitabxana", "mətbəx " hər zaman daha maraqlı olacaq. Son dövr qulaq asa bilmədiyimiz və bayağı dediyimiz musiqi və mahnıları süni intellekt fərqli notlarda səsləndirdiyi üçün onları daha xoşagəlim məcraya yönəldə bilib. İnsanın daha yaradıcı yanaşması var və qərarvermə prosesində son söz və məsuliyyət hər zaman insana məxsus olmalıdır".



Azər Badamov: "Süni intellektin inkişaf etdirilməsi müasir dövrün çağırışıdır. Bu gün hansı ölkə süni intellektin inkişafına önəm vermirsə, sabah gec olacaq.

Süni intellektin əsasən iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqi ilə uğurlar əldə etmək mümkündür. Amma siyasətdə süni intellektin uğurlarının necə olacağı qeyri-müəyyəndir. Həm də heç bir süni intellekt insanın bilik və bacarıqlarını əvəz edə bilməz. Çünki süni intellekti yaradan da insandır.

Süni intellektin deputatların köməkçilərini əvəz edə biləcəyini düşünmürəm. Çünki deputatın köməkçiləri yalnız rəqəmsal şəbəkədə fəaliyyət göstərmirlər. Köməkçilərimiz həm də seçicilərimizlə canlı ünsiyyət qurur və müxtəlif tədbirlərin təşkilində yanımızda olurlar. Burada deputatın köməkçisi üçün süni intellektdən daha çox onun bilik və bacarıqları, eləcə də təşkilatçılıq xüsusiyyətləri vacibdir. Bu baxımdan köməkçimi süni intellektlə əvəz etməyi düşünmürəm".



Könül Nurullayeva: "Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.

Hesab edirəm ki, süni intellektin dövlət idarəçiliyində tətbiqi bütün dünyada aktualdır və strateji yanaşma tələb edir. Süni intellektdən daha çox köməkçi alət kimi istifadə edilməsinin tərəfdarıyam. Belə ki, bəzi məlumatlarla bağlı texniki dəstək, onların dəqiqləşdirilməsi, statistik məlumatların ümumiləşdirilməsi və s. baxımından süni intellekt köməyimizə çatır.

Lakin mənfi tərəflərə gəlincə, bəzi hallarda verilən məlumatların tam da dəqiq olmaması, reallıqların düzgün qiymətləndirilməməsi kimi risklər də ortaya çıxır. Bu mənada dövlət idarəçiliyində mütləq insan amili də nəzərə alınmaqla süni intellektlə əməkdaşlıq ən optimal modeldir".



Elçin Mirzəbəyli: "Süni intellekt, artıq gələcək deyil, bu gündür. Onun imkanlarından nə qədər tez və doğru istifadə etməyi öyrənsək, bir o qədər yaxşıdır. Amma unutmaq lazım deyil ki, süni intellektdən yerli-yersiz istifadə təbii intellekti sıradan çıxara bilər. İnsanın ən böyük üstünlüyü onun düşünmək, analiz etmək və qərar vermək bacarığıdır. Süni intellektə aludəçilik isə bu üstünlüyü insanın əlindən ala və onu texniki imkanlardan, o cümlədən süni intellektdən asılı vəziyyətə sala bilər. Son nəticədə süni intellekti idarə edən insan tipi əvəzinə süni intellektin, texnologiyanın idarə etdiyi insan prototipi ilə qarşı-qarşıya qala bilərik.

Köməkçimin fəaliyyətinin əsas hissəsini insanarla ünsiyyət təşkil etdiyi üçün süni intellektin köməkçimi əvəz edə biləcəyini düşünmürəm. Süni intellektdən istifadədə verilən tapşırıqların dəqiq və hərtərəfli olması, açar sözlərin düzgün seçilməsi vacibdir. Əks təqdirdə, eyni işi iki dəfə görmək məcburiyyətində qalacaqsan. Zənnimcə, hazırda ən böyük problemlərdən biri Azərbaycan dilinin lüğətlərinin virtual məkana, o cümlədən süni intellekt platformalarına inteqrasiya etməməsi və bu prosesin ləngiməsi ilə bağlıdır. Məsələn, rus və ingilis dilində verilən tapşırıqların, təqdim edilən qarşılığında daha dəqiq data məlumatları almaq mümkündür, nəinki Azərbaycan dilində... Bu çox təhlükəli tendensiyadır və əgər Azərbaycan dilinin lüğətlərinin tam inteqrasiya prosesi sürətlə, həm də dəqiq şəkildə süni intellekt platformalarına inteqrasiya etməzsə, insanlar təbii olaraq, xarici dillərə üz tutmalı olacaqlar".



Vüqar İskəndərov: "Son zamanlar süni intellektin imkanlarından ara-sıra istifadə edirəm. Əsasən hər hansı məlumatı əldə etmək üçün ona müraciət etmişəm. Təbii ki, müsbət cəhətləri kifayət qədər çoxdur, amma hər üstünlüyün öz əks tərəfi də olur. Məsələn, yaxşı bildiyim, dərin məlumatlı olduğum bir mövzunu süni intellektə soruşduqda, təqdim olunan məlumatın bəzən tam doğru və ya kifayət qədər aydın olmadığını görmüşəm. Belə hallar da mövcuddur.

Şübhəsiz ki, insan beynindən, təbii intellektdən və insan düşüncəsindən üstün heç nə ola bilməz. Əsas məsələ ondan ibarətdir ki, bu texnologiya artıq müasir dövrün və son illərin tələbinə çevrilib. Süni intellekt tətbiq olunmalıdır. O, işi həm asanlaşdırmalı, həm də müxtəlif məsələlərdə köməkçi rolunu oynamalıdır. Amma burada əsas məsələ insan faktorudur. Çünki süni intellekti yaradan da insandır. Onun istifadə etdiyi məlumat bazası, data ehtiyatları da insanlar tərəfindən formalaşdırılıb və məhz bu mənbələr üzərindən işləyir".



Azər Allahverənov: "Süni intellektin potensialı olduqca böyükdür və biz hələ onun çox kiçik bir hissəsindən istifadə edirik. Peşəkar qurumların bu imkanlardan məhdud şəkildə belə faydalanması işin keyfiyyətinin və göstərilən xidmətlərin səviyyəsinin artmasına səbəb ola bilər.

Eyni zamanda, beynəlxalq hesabatlarda da qeyd olunur ki, yaxın on–on beş il ərzində süni intellektin sürətli tətbiqi bir sıra peşələrin sıradan çıxmasına və əmək bazarında ciddi dəyişikliklərə səbəb ola bilər. Artıq musiqi, şeir, məqalə, video və digər məhsulların süni intellekt vasitəsilə hazırlanmasının şahidi oluruq. Bəzən bu məhsullar o qədər peşəkar görünür ki, insan əməyindən fərqləndirmək çətinləşir.

Bütün bunlara baxmayaraq, mən süni intellekti köməkçini əvəz edəcək bir vasitə kimi görmürəm. Süni intellekt alətdir, amma insan amilini, insan fədakarlığını və canlı ünsiyyəti əvəz edə bilməz. Köməkçinin fəaliyyəti yalnız texniki funksiyalarla məhdudlaşmır. İnsan faktoru istənilən halda öndədir və süni intellekt nə qədər inkişaf etsə də, onu tam əvəz edə bilməyəcək".

Oxunub: 98
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-01-2026, 09:58

Bu smartfonlarda süni intellekt pulsuz olacaq

Cəmiyyət / Sosial

16-12-2025, 10:01

DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi - Video

Cəmiyyət

11-03-2025, 10:58

Hansı deputatlar süni intellektdən istifadə edirlər? - "İçimdə qorxu var ki..."

Cəmiyyət

1-05-2023, 09:07

Hər 4 nəfərdən biri işsiz qalacaq - Təhlükəli PROQNOZ

Cəmiyyət

31-10-2019, 09:40

Ekspert: “Süni intellekt”in tətbiqi bankların ön ofisdə işləyən əməkdaşlarının yarısının ixtisarına səbəb ola bilər”

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
26-07-2026, 12:55
Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
26-07-2026, 12:52
Qəbələdə "Aquapark" yanır
Son xəbərlər
  • Dün, 10:11
    Sabiq deputata vəzifə verildi
  • Dün, 09:55
    Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!
  • Dün, 09:32
    2025-ci ildə təxminən 500 milyon manatlıq 1360 satınalma ləğv edilib - Vüqar Gülməmmədov
  • Dün, 09:31
    Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar
  • Dün, 09:25
    Brent yenidən dəyər itirdi: 89 dollara düşdü
  • Dün, 09:24
    Günəşi palçıqla örtmək olmaz Kürdlər tarixdə: kürdofoblara cavab
  • Dün, 09:20
    Rəsmi məzənnələr açıqlandı: avro bahalaşdı, dollar isə...
  • Dün, 09:18
    "Qarabağ" bu gün həlledici oyununa çıxır
  • Dün, 09:15
    Ermənistan və Rusiya bir-birindən nə istəyir və Qazaxıstanın bununla nə əlaqəsi var?
  • Dün, 09:08
    Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - Rəsmi
  • Dün, 09:03
    Yaponiyada zəlzələ qurbanlarının 28 nəfər oldu
  • Dün, 09:01
    Bakının əsas yollarında TIXAC var
  • 29-07-2026, 16:30
    “Qarabağ” Bolqarıstana yola düşdü
  • 29-07-2026, 16:27
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:00
    İşdən çıxarılan məmura yeni vəzifə verdi
  • 29-07-2026, 14:03
    Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
  • 29-07-2026, 14:01
    Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA
  • 29-07-2026, 09:34
    Evi yararsız vəziyyətə düşən ailə üçün çadır quruldu - VİDEO
  • 29-07-2026, 09:31
    Anar Bayramov bu tibb mərkəzinə direktor təyin etdi
  • 29-07-2026, 09:28
    Daha bir bələdiyyə sədri saxlanıldı
  • 29-07-2026, 09:22
    Portuqaliyada azərbaycanlı gənc itkin düşdü
  • 29-07-2026, 09:21
    “Brent” nefti bahalaşdı
  • 29-07-2026, 09:15
    60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
  • 29-07-2026, 09:12
    Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi
  • 29-07-2026, 09:10
    Parlament jurnalistləri üçün qaydalar sərtləşdi: ciddi geyimdə gəlin!
  • 29-07-2026, 09:09
    Paytaxtın 4 əsas yolunda TIXAC var
  • 29-07-2026, 09:07
    Müəllimlərə imtiyazlar verin! - ÇAĞIRIŞ
  • 29-07-2026, 09:06
    Azərbaycanın lider universitetlərinin siyahısı
  • 29-07-2026, 09:04
    ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu
  • 29-07-2026, 09:00
    Yaponiyada ölənlərin sayı 13-ə çatdı
  • 29-07-2026, 08:58
    Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • 29-07-2026, 08:57
    Bu gün hava necə olacaq?
  • 28-07-2026, 20:25
    Qarabağ qazisi Bəhruz Məmmədovla bağlı iddialar: “Qazilərə qarşı belə münasibət qəbuledilməzdir”
  • 28-07-2026, 16:20
    Müəllimlərin nəzərinə: sertifikatlaşdırmada səhv AŞKARLANIB
  • 28-07-2026, 14:47
    Azərbaycanın Tacikistana yeni səfiri təyin olundu
Daha çox
24-07-2026, 15:37
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Qaradağ rayonunda keçirildi. 24.07.2026
24-07-2026, 14:29
“Space TV”nin bank hesablarına həbs qoyuldu
24-07-2026, 16:16
İki prokuror vəzifədən azad edildi, 8-i cəzalandırıldı
24-07-2026, 16:22
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu
24-07-2026, 22:13
Bakıda güclü yanğın - POLİS YOLU BAĞLADI - YENİLƏNİB
24-07-2026, 11:00
Qarabağ və Şərqi Zəngəzurda şəffaf işləməyənləri ciddi cəza gözləyir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə