• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Yaşayış ola-ola bina söküldü – "Melissa Group”u hansı cəza gözləyir?

Cəmiyyət

28-03-2025, 09:54

Yaşayış ola-ola bina söküldü – "Melissa Group”u hansı cəza gözləyir?Bakının Yasamal rayonu, Alatava -1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb. Bu məlumatlar sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, “Melissa Group” tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.

Bəs belə bir vəziyyətdə tikinti şirkətinə, söküntünü icra edən işçilərə hansısa cəza tədbiri olması nəzərdə tutulurmu? Qanun bu barədə nə deyir? Məsələni “xebernur.com ”ə şərh edən hüquqşünas Vəkil Vamiq Şükürov bildirib.

Sözügedən məqaləni təqdim edirik.

Sosial şəbəkələrdə yayılmış videogörüntülərə əsasən tikinti şirkətinin ekskavator ilə içərisində sakinlər olduğu halda Yasamal rayonunda yerləşən yaşayış sahəsini sökməsi çox ciddi hüquq pozuntusudur və haqlı olaraq cəmiyyətdə böyük bir rezonans doğurdu. Sosial şəbəkələrdən görünür ki, evi sökülən şəxslər və izləyicilər çox naharat olub. Cəmiyyətin açıq şəkildə narahat olması başa düşüləndir. Yaşayış sahəsinin sakinlərin etirazına baxmadan sökülməsi hər birimizə qarşı hədədir və bu qorxunu hər kəs yaşayır.
Sakinlərin evdə yaşadığı, evdən çıxarılmadığı və yaxud ev boşaldılamdığı halda söküntü işinin aparılması Cinayət Məcəlləsində nəzərdə tutulan bir neçə maddə üzrə cinayət işinin başlanılmasına üçün əsas ola bilər.
Tikinti şirkətinin tələbi ilə evin sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdursa, bu əməl Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi hesab edilə bilər:
Maddə 186. Əmlakı qəsdən məhv etmə və ya zədələmə
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[444]
186.2. Eyni əməllər:
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Tikinti şirkətinin tələbi ilə evin sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa belə təhlükəsizlik qaydalarının pozulması ilə söküntü işləri aparmaq qanunsuzdur. Buna görə Cinayət Məcəlləsinin 222-ci maddəsinə əsasən cinayət işi açıla bilər:
222.1. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda -
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda -
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əgər istintaq zamanı qanunsuz söküntü işlərinin aparılmasına şirkət rəhbərliyi tərəfindən göstəriş verilməsi aşkar edilərsə, bu zaman Cinayət Məcəlləsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi barədə cinayət işi açılmalıdır:
308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstintaq şirkət rəhbərliyinin qəsdən belə bir əmr vermədiyini, lakin laqeydlik nəticəsində ictimai təhlükəli söküntü işlərinin aparılmasını müəyyən edərsə, bu zaman Cinayət Məcəlləsində nəzərdə tutulmuş səhlənkarlıq əməlinə görə cinayət işi açılmalıdır:
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda—
min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunda nəzərdə tutulmuş əsaslar müəyyən edilərsə, tikinti şirkətinin fəaliyyəti dayandırıla bilər.

Oxunub: 332
Paylaş:
Digər xəbərlər

Gündəm

21-07-2022, 14:51

Hovuza girən qadınları təhqir edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA

Cəmiyyət

27-03-2025, 14:37

Yasamalda vətəndaşın evini BAŞINA UÇURDULAR

Cəmiyyət

6-01-2025, 19:18

"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Bugün, 09:44
Laçında yanğın - GÖRÜNTÜ
21-09-2026, 09:53
İş adamının nəvəsi qonşusunu güllələdi
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
Son xəbərlər
  • Bugün, 14:09
    Azərbaycanda 4 qız qaçırılıb
  • Bugün, 13:29
    Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
  • Bugün, 11:29
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • Bugün, 11:23
    Azərbaycanın vizasız rejim tətbiq etdiyi ölkələr – SİYAHI
  • Bugün, 10:32
    Bütün sosial ödənişlər sabah ödəniləcək
  • Bugün, 10:29
    YAP-ın qurultayı oktyabrın 2-də keçiriləcək
  • Bugün, 10:25
    Putin G20 sammitinə dəvət alıb - Yekun qərar hələ verilməyib
  • Bugün, 09:44
    Laçında yanğın - GÖRÜNTÜ
  • Bugün, 09:20
    Prezidentin geri qaytardığı qanunlara Parlamentdə yenidən baxacaq
  • Bugün, 09:06
    Paşinyan Nyu-Yorkda Pezeşkianla görüşdü
  • Bugün, 09:02
    Kiyevə raket hücumunda 2 nəfər ölüb, 6 nəfər yaralanıb
  • Bugün, 08:54
    Ceyhun Bayramov “Tramp marşrutu”ndan danışdı
  • Dün, 15:38
    Yeni yaradılan iş yerlərdində maaşlar daha çox olacaq - DETALLAR
  • Dün, 15:35
    Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 MİLYON MANAT AYRILDI
  • Dün, 15:32
    Süni mayalanma sığorta hesabına həyata keçirilə bilər
  • Dün, 14:34
    Coğrafiya dərsliklərində Qarabağ xəritələri yenilənib – Nazirlik
  • Dün, 11:43
    Martin Ryan əfv edildi - SƏRƏNCAM
  • Dün, 11:23
    İlham Əliyev yeni səfiri qəbul edib
  • Dün, 11:20
    Mərkəzi Bankın inflyasiya proqnozu
  • Dün, 11:19
    Prezident Kralı təbrik etdi
  • Dün, 11:13
    Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
  • Dün, 10:57
    Deputatların vətəndaş qəbulunun CƏDVƏLİ
  • Dün, 10:54
    Azad edilmiş ərazilərdə yeni iş imkanları yaradılacaq
  • Dün, 10:49
    Azərbaycanda yeni zavod tikiləcək
  • 22-09-2026, 17:19
    Bəzi dövlət qurumları distant iş rejiminə keçdi
  • 22-09-2026, 15:34
    Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü
  • 22-09-2026, 14:49
    Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir
  • 22-09-2026, 14:36
    Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
  • 22-09-2026, 10:45
    İran Prezidenti Amerikaya getdi
  • 21-09-2026, 16:06
    Naxçıvan Müəllimlər İnstitutu ləğv olundu
  • 21-09-2026, 14:10
    Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır - GÖRÜNTÜ
  • 21-09-2026, 10:56
    Lənkəran Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
  • 21-09-2026, 10:54
    Rusiyada seçki nəticələri açıqlanır - Putinin partiyası öndədir
  • 21-09-2026, 10:37
    Nazir ona yüksək vəzifə verdi
  • 21-09-2026, 10:34
    Ramiz Mehdiyevi mühakimə edən hakim KİMDİR...
Daha çox
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
22-09-2026, 14:36
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Bugün, 13:29
Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
19-09-2026, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
18-09-2026, 09:39
Dünya birjalarında neft ucuzlaşıb
17-09-2026, 18:20
Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə