Şəhid anasının fəryadı: “Oğlumun plakatı və Azərbaycan bayrağı bərbad vəziyyətdədir” İcra Hakimiyyəti niyə tədbir görmür?
Xəzər rayonu, Südçülük qəsəbəsində şəhid Əhmədzadə Mürşüd Müdahil oğlunun plakatının və Azərbaycan bayrağının baxımsız vəziyyətdə olması ilə bağlı şəhid ailəsi narazılığını dilə gətirib.
Şəhidin anası bildirir ki, oğlunun plakatı uzun müddətdir lazımi vəziyyətdə saxlanılmır, ərazidə yerləşdirilən Azərbaycan bayrağı isə cırılıb və yararsız vəziyyətə düşüb.
Şəhid anasının sözlərinə görə, problemin həlli üçün dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin onun iddiasına əsasən, müraciətlərinə baxılmayıb və məsələ ilə bağlı konkret tədbir görülməyib.
O, həmçinin bildirir ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Rövşən oğlu Salahov tərəfindən qəbul edilməyib.
Şəhid anası aidiyyəti qurumlardan oğlunun xatirəsinə hörmət əlaməti olaraq plakatın bərpa edilməsini, cırılmış Azərbaycan bayrağının dəyişdirilməsini və müraciətinə baxılmasını xahiş edir.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışacağıq. Qarşı tərəfin açıqlaması daxil olduğu təqdirdə, oxucularımıza təqdim ediləcək.
Qeyd edək ki, yazıda səsləndirilən fikirlər şəhid ailəsinin müraciətində qeyd olunan məlumatlara əsaslanır.![]()
![]()
![]()
![]()
![]()
![]()